13.İctimai rəyin mahiyyəti



Yüklə 70,4 Kb.
səhifə17/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   13   14   15   16   17   18   19   20   ...   36
imtahan sualları

38.Dinin strukturu
Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: dini şüur, dini fəaliyyət, dini təşkilatlar.
Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. Dini ideologiya ən əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı və dini istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir.
Dini psixologiyanın varisliyində adət və ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər.
Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdankənar formaları mövcuddur. Dini kult dini inamların reallaşdırılması səyidir. Kult xüsusi hərəkətlər sistemidir; həmin hərəkətlərin köməyi ilə insanlar fövqəltəbii varlığa, onların inamının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar. Adətən kultun iki növünü ayırd edirlər: magiya və rəhm dilənən kult. Magiya real surətdə mövcud olan, müəyyən xassə və əlaqələrə malik olması güman edilən predmetlərə təsiri nəzərdə tutur. Rəhm dilənən kultda yüksək varlığın, yəni allahın obrazı əsasdır. Bu kultun müxtəlif formaları mövcuddur: dini mərasimlər, qurban kəsmə, dua, dini bayramlar və s. Kultdankənar fəaliyyət mənəvi və praktik sferalarda həyata keçirilir.
Dini ideyaların işlənib hazırlanması, teologiya müddəalarının sistemləşdirilməsi və şərhi, ilahiyyat əsərlərinin yaradılması - bütün bunlar, kultdankənar mənəvi dini fəaliyyəti təşkil edir. Praktik dini fəaliyyətə isə missionerlik fəaliyyəti, ilahiyyat fənlərinin tədrisi, dini təşkilatlarda və institutlarda idarəetmə fəaliyyəti, dini təbliğat və s. aiddir.
Dinin spesifikası dini münasibətlərdə də özünü göstərir. Dini münasibətlər sosial münasibətlərin tərkib hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapır. Dini fəaliyyətin növündən asılı olaraq, bu münasibətləri kult və kultdankənar münasibətlər kimi nəzərdən keçirmək olar. İctimai münasibətlər sistemində həmin münasibətlərin vəziyyəti və yayılması dinin cəmiyyətdəki digər institutlar içərisində tutduğu yerlə, onun ictimai həyat sferalarına təsiri ilə bilavasitə bağlıdır.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin