13.İctimai rəyin mahiyyəti


Sosial idarəetmənin funksiyaları



Yüklə 70,4 Kb.
səhifə25/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
imtahan sualları

49.Sosial idarəetmənin funksiyaları
İdarəetmənin funksiyalarına münasibətdə də vahid mövqe formalaşmamışdır. Müasir elmi ədəbiyyatda ən müxtəlif funksiyalardan bəhs edilir: planlaşdırma; təşkiletmə; sərəncamçılıq; motivləşdirmə; nəzarət; kommunikasiya; tədqiqetmə; qiymətləndirmə; qərarların qəbul olunması; işçi heyətin seçilməsi; danışıqlar aparılması və s. İdarəetməyə dair ayrı-ayrı nəşrlərdə demək olar ki, idarəetmə funksiyaları sadalanır, lakin onların fərqi çox azdır.
Mütəxəssislərin fikrincə, Amerika menecmentində belə bir yanaşma üstünlük təşkil edir ki, idarəetmə fəaliyyətinin mühüm növlərini bir neçə anlayışda birləşdirməklə ifadə etmək olar. Hesab olunur ki, idarəetmə prosesi 4 funksiyadan ibarətdir: planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət. Qeyd edilən bu funksiyalar əlaqələndirici proseslərlə - kommunikasiya və qərarların qəbulu prosesləri ilə birləşirlər.
Planlaşdırma bu məqamları nəzərdə tutur: bütövlükdə idarəetmə sisteminin, o cümlədən onun ayrı-ayrı hissələrinin elmi cəhətdən əsaslandırılmış inkişaf proqramının işlənib hazırlanması; həmin proqramı reallaşdırmaq sahəsində idarəetmə subyektlərinin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; proqramın zəruri ehtiyatlarla (maddi-maliyyə, əmək, təşkilati) təmin olunması; planlaşdırılan nəticələrə nail olmaq vasitələrinin müəyyən edilməsi.
Planlaşdırma proqnozlaşdırma ilə sıx bağlıdır, çünki idarəetmə sisteminin məqsədyönlü inkişafının təmin olunması həmin sistemin gələcək vəziyyətinin mümkün variantlarını işləyib hazırlamağı nəzərdə tutur.
Təşkiletmə idarəetmə subyektlərinin fəaliyyətinin çox mühüm növü olub, daha konkret məqsədlərə istiqamətlənir, idarəedən və idarəolunan sistemlərin formalaşmasını, onlar arasında münasibətlərin nizamlı sahmana salınmasını nəzərdə tutur.
Təşkiletmə zərurət olduqda yeni idarəetmə orqanlarının, strukturlarının yaradılması, kadrların seçilməsi və yerləşdirilməsi, müvafiq orqanların və vəzifəli şəxslərin səlahiyyətlərinin müəyyənləşdirilməsi, struktur məsələlərin həlli, idarəetmə münasibətləri iştirakçılarının qarşılıqlı təsir və əlaqə qaydalarının müəyyənləşdirilməsi və s. kimi məsələlər kompleksini əhatə edir.
Motivləşdirmə funksiyası qarşıya qoyulan və planda əksini tapan vəzifələrin təşkilat üzvləri tərəfındən yerinə yetirilməsində mühüm rol oynayır. Faktlar sübut edir ki, qədim zamanlardan işçilərə hədə, cəza və s. ilə, nisbətən az adama isə mükafatlarla təsir göstərmək imkanlarından istifadə olunmuşdur. XVIII əsrin sonundan etibarən belə bir inam möhkəmlənmişdir ki, adamların çox qazanmaq imkanı olduqda onlar daha səylə, daha yaxşı işləyirlər. Bu motivləşdirmə asan və sadə qavranılan məsələ hesab olunmuşdur.
Tədricən insan münasibətlərinə diqqətin artması, Elton Meyonun eksperimentləri («Uestern Elektrik» zavodunda -ABŞ) sayəsində belə bir cəhət aydınlaşdı ki, insan hərəkətlərinin motivləşməsi əsasən iqtisadi amillərlə deyil, müxtəlif tələbatlarla şərtlənmişdir. Hazırda artıq dərk edilir ki, işçiləri effektiv motivləşdirmək üçün müəyyənləşdirmək vacibdir ki, hansı tələbatlar hansı işçilər üçün aktualdır, həmin tələbatları hansı işlə ödəmək mümkündür. Yaxşı təşkil olunmuş səmərəli əmək işçinin fəaliyyətini motivləşdirən çox mühüm amildir.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin