MÜƏYYƏN ETDI:
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, №1(089)-
96/2016 saylı hökmü ilə (Hakim: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev
Xamməd Abış oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət tərkibdə)
05 iyun 1969-cu ildə Sabirabad rayonunun Çiçəkli
kəndində doğulmuş, Azərbaycan Respublikasının
vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul
olan, məhkum olunmamış, Sabirabad rayonunun
Çiçəkli kəndində qeydiyyatda olan və yaşayan,
barəsində həbs qətimkan tədbiri seçilmiş
Əliyev Əlsafa Əlmusa oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü
maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona
Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə
azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə
3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməs, Azərbaycan
Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən
toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan
məhrumetmə cəzası təyin edilməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını
ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 03
sentyabr 2015-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri
hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Əliyev
Əlsafa Əlmusa oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
Dostları ilə paylaş: |