HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə
görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin
faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual
Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə
görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya
4
instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya
protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət
qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası
məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı
olmayaraq yoxlanılır.
Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı
olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş
hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-
göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət
və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq
sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin
tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv
yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və
bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin
mötəbərliyi müəyyənləşdirilir.
Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti,
mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün
sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət
verilməlidir.
Qeyd edilən normaların tələbi baxımdan məhkəmə kollegiyası iş üzrə müəyyən
olunmuş bütün sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutu mənsubiyyəti,
mümkünlüyü və mötəbərliyi baxımından qiymət verərək, cinayət işinin materiallarını,
apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyib
habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq
edilməsinin düzgünlüyünü yoxlayıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə
apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral
2016-ci tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir.
Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan
sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam,
hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol
verilməmiş, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ağlabatan müddətdə
baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət
prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq
imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Əliyev
Əlsafa Əlmusa oğlunun qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam
həcmdə istifadə etmələri üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır.
Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilmiş «məhkum edilmiş şəxsin
həmin narkotik vasitələrin satışı ilə məşğul olmaması, yalnız özünün istifadəsi üçün
əkməsi» dəlillərini araşdıraraq qiymət verərkən məhkəmə baxışı zamana bu faktı təsdiq
edən heç bir sübüt müəyyən etmədi. Bunun əksinə olaraq Əliyev Əlsafa Əlmusa oğlunun
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə
təqsirli bilinməsi həm məhkum edilmiş şəxsin qismən etiraf ifadəsi, həmçinin şahidlərin
ifadələri, ekspertza rəyi, istintaq hərəkətlərini əks etdirən protokollar və iş materiallarında
olan digər sübutların məcmusu ilə tam təsdiq olunur.
5
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq
cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq
məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin
protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi
qəbul etmişdir.
Belə ki, iş materiallarına məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2015-ci il
tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş bir ədəd polietilen torbada
təmiz çəkisi -750,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan
çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş
marixuanadır. Habelə tədqiqata təqdim olunmuş 3 ədəd sintetik torbalarda ayrı-ayrılıqda
11 ədəd təmiz çəkisi-1200 qram, 4 ədəd təmiz çəkisi- 5500 qram, 4 ədəd təmiz çəkisi-
4500 qram, cəmi 19 (on doqquz) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi-11200 qram
(11 kq 200 qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində
narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun
(mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur.
Tədqiqata təqdim olunmuş polietilen torbadakı qurudulmuş marixuana və sintetik
torbadakı 19 ədəd çətənə bitkiləri eyni tərkiblidir. Marixuananın təmiz çəkisi-750,0 qram,
tədqiqata istifadə olunmuşdur- 0,1 qram, qalıq-749,90 qramdır.
Həmçinin məhkəmə kollegiyası Əlsafa Əliyevin apellyasiya şikayətində göstərdiyi və
apellyasiya məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni “ona məxsus
evin həyətyanı sahəsində aşkar olunmuş çətənə bitkilərini özünün istifadəsi üçün əkib-
becərməsi, evinin zirzəmisində olan sellofan torpanın içərisinə yığdığı yarpaqların yararsız
olması, torbada olan marixuananın çəkisinin 200-300 qram olması, qurudulmuş
marixuananı yalnız özünün istifadəsi üçün saxlaması, kiməsə satmaq məqsədi ilə çətənə
bitkilərinin yarpaqlarını sellofan torbaya yığıb saxlamamasına” dair dəlillərə qiymət
verərək həmin dəlillərin məhkəmədə tədqiq olunmuş sübutlarla, habelə məhkəmə iclasında
elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur.
Məhkəmə kollegiyası Əlsafa Əliyevin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə
verdiyi ifadəsinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi
qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir.
Habelə məhkəmə kollegiyası Əlsafa Əliyevin qanunsuz olaraq külli miqdarda
tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmə, yetişdirmə, kultivasiya etmə və
onların hissələrindən toplayıb satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan
qurudulmuş marixuna hazırlama, əldə etmə, saxlama və daşıması ilə bağlı aşağıda
göstərilənləri də nəzərə alır:
Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli ”Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-
cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası
dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları
pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya
toplanması başa düşülür.
Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq
olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə»
6
Siyahılara əsasən beynəlxalq adı “marixuana-kannabis” olan (qurudulmuş və ya
qurudulmayan) maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq
hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə
(təmiz halda qramlarla) külli miqdar hesab olunur.
Habelə həmin Qanunun III Siyahı üzrə (qanunsuz kultivasiya edilən, tərkibində
narkotik maddələr olan bitkilər) Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası
qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə
növlü bitkilər»in ölçü vahidləri-sayı 15 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur.
Eyni zamanda «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların
prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi
haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il
tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar
şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla
və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi,
narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün
avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Göründüyü kimi, təqsirləndirilən şəxs Əlsafa Əliyevə məxsus olan və polis
əməkdaşları tərəfindən aşkar edilib götürülmüş 19 ədəd çətənə bitkiləri, həmçinin 750
qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla
külli miqdar təşkil edir.
Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası
cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Əliyev Əlsafa
Əlmusa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü
maddələri ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci
instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-
146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin
törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər
sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi
üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul
edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
29 yanvar 2016-ci tarixli hökmü ilə Əliyev Əlsafa Əlmusa oğlunun əməli Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə düzgün
tövsif edilmişdir.
Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi
məsələsini də müzakirə edərək, həmçinin cəza təyini ilə əlaqədar apellyasiya şikayətində
göstərilən dəlillərə qiymət verərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə
bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci
maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik
dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini,
cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci
maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir.
Məhkum edilmiş Əliyev Əlsafa Əlmusa oğlunun barəsində cəza təyin edilməsi
məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsində işə
baxılarkən Əliyev Əlsafa Əlmusa oğlunun yaşadığı yer üzrə müsbət xarekterizə
olunmasını nəzərə almış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu
7
maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 61.1-ci maddəsinə əsasən onun hərəkətlərində cəzanı ağırlaşdıran hal
müəyyən edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən
cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı
Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda
təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun
vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci
maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti
törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli
olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi
hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə
təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin
edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 58.3-cü maddəsinə görə cəza
təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın
şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin
olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə
alınır.
Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan
birinci instansiya məhkəməsi düzgün olaraq məhkuma cəza təyin edərkən onun yalnız
təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlıqdan
məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə
görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya
qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin
etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs
Əliyev Əlsafa Əlmusa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli,
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, №1(089)-96/2016
saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası,
Dostları ilə paylaş: |