Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Əliyev
Əlmusa oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona
elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,
ailəsi ilə birlikdə Sabirabad rayonunun Çiçəkli kəndində yaşayır. Yaşadığı kənddə fərdi
təsərrüfat işləri ilə məşğul olmuşdur. Uzun illərdir ki, narkotik vasitə olan marixuanadan
istifadə edir. Təxminən 10 il əvvəl, hazırda rəhmətə getmiş Müşfiq adlı şəxsdən nəşə
bitkisinin toxumlarını almışdır. Məqsədi həmin toxumları səpib özünün istifadəsi üçün
marixuana əldə etmək olmuşdur. Lakin bu illər ərzində o, toxumlardan istifadə
etməmişdır. 2015-ci ilin aprel ayının axırlarında həyətindəki bağ sahəsində meyvə
ağaclarının əhatəsində olan torpaq sahəsini kol-kosdan təmizləyib həmin yerləri
şumladıqdan sonra oraya çətənə bitkilərinin toxumlarını səpmişdir. Məqsədi özünün
istifadəsi üçün marixuana hazırlamaq olmuşdur. Bir müddət sonra toxumları əkdiyi
yerlərdən 19 ədəd çətənə bitkiləri boy atmışdır. O, bitkilərə qulluq etmiş, yəni onların
diblərini yumşaldaraq su vermişdir. Həmin bitkilər inkişaf edib boy atmışdır. 2015-ci ilin
avqust ayında çətənə bitkilərinin yarpaqları sıx olduğuna görə yarpaqları yolub yerə
tökmüş, sonra istifadə üçün yararsız olan bu yarpaqları sellofan torbaya yığıb evinin
zirzəmisinə aparıb orada gizlətmişdir ki, sonradan kənarda torpağa basdırmaqla məhv
etsin. Sellofan torbaya yığdığı yarpaqlardan istifadə etməmiş, həmin yarpaqlar tam
yararsız olmuşdur. 03 sentyabr 2015-ci il tarixdə saat Sabirabad RPŞ-nin əməkdaşları və
3
başqa tanımadığı şəxslər yaşadığı evə gəlmişlər. Polis əməkdaşları ona həyətində çətənə
bitkiləri əkməsi barədə məlumat olduğunu və buna görə də həyətinə baxış keçirəcəklərini
bildirmişlər. O, polis işçilərinin həyətinə baxış keçirmələrinə etiraz etməmişdir. Polis
əməkdaşları tərəfindən həyətinə baxış keçirilərkən həyətdə olan meyvə ağaclarının
əhatəsində əkdiyi 19 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Həmçinin evin zirzəmisinə
qoyduğu, çətənə bitkilərinin yararsız yarpaqlarını yığdığı sellofan torba da aşkar
olunmuşdur. Polis əməkdaşları 19 ədəd çətənə bitkilərini kökündən çıxarıb kisələrə
yığmışlar. Sellofan torbada olan yararsız yarpaqlar orada çəkilməmiş, çəkisinin nə qədər
olduğunu bilməmişdir. Lakin sonra ona bildirilmişlər ki, sellofan torbada olan
marixuananın çəkisi 700 qramdır. Lakin o, bununla razılaşmır, hesab edir ki, həmin
torbada olan marixuananın çəkisi 200-300 qram olmuşdur, həm də həmin bu marixuana
yararsız olmuşdur. Ona görə də o, həmin yarpaqları kiməsə satmaq üçün yığıb
saxlamasına dair ittihamı qəbul etmir. O, heç kimə marixuana satmamış və bu işlə də
məşğul olmamış, həmin marixuananə yalnız öz istifadəsi üçün əkmişdir.
Göstərilənlərə əsasən məhkum edilmiş şəxs ona elan olunmuş ittiham üzrə əməlinin
CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1.3-cü maddəsinə tövsif edilməklə
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli hökmünün
dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi.
Məhkum edilmiş şəxsin müdafiəçisi Qasımov İdris İbadulla oğlu hüquqlarını
müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya
şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı
il tarixli hökmünün dəyişdirilməsini, Əliyev Əlsafa Əlmusa oğlunun əməlinin CM-nin
234.4.3-cü maddəsindən CM-nin 234.1.3-cü maddəsinə tövsif edilməsini məhkəmə
kollegiyasından xahiş etdi.
Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan
Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru
Hüseynov Elnar Əli oğlu məhkum edilmiş şəxs Əliyev Əlsafa Əlmusa oğlunun
apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, onun əməllərinin Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə məhkəmə
tərəfindən düzgün tövsif olunduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində
nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları,
şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin
kifayət qədər nəzərə alındığını, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya
dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək birinci instansiya məhkəməsinin
hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini
xahiş etdi.
Dostları ilə paylaş: