2
İŞİN HALLARI:
Məhkəmənin hökmünə əsasən Əliyev Əlsafa Əlmusa oğlu 2015-ci ilin aprel ayının
axırlarında Sabirabad rayonunun Çiçəkli kəndində yaşadığı evin həyətyanı sahəsində
meyvə ağaclarının əhatəsində torpağı şumlayıb qanunsuz olaraq tərkibində narkotik
maddələr olan külli miqdarda- 19 ədəd çətənə (kannabis) bitkilərini əkib, yetişdirmiş və
onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə
həmin bitkilərin hissələrini toplayıb qanunsuz olaraq külli miqdarda- 750 qram narkotik
vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək sellofan torbaya qablaşdırıb
daşıyaraq həyətində evin zirzəmisində gizlədib saxlamış və 03 sentyabr 2015-ci il tarixdə
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 19 ədəd çətənə bitkiləri və 750
qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür
Dostları ilə paylaş: