19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları


Praqmatizm. Praqmatizmin başlıja nümayəndələri Ç.Pirs, U.Jemis, J.Dyuidir. Praqmatizm fəlsəfəsi ABŞ



Yüklə 35,41 Kb.
səhifə12/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#141073
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
questions and answers

Praqmatizm. Praqmatizmin başlıja nümayəndələri Ç.Pirs, U.Jemis, J.Dyuidir. Praqmatizm fəlsəfəsi ABŞ-da çox yayılmışdır. O, obyektiv aləmin dəyişkənliyi faktını qeyd edir, lakin onu əsassız olaraq mütləqləşdirir. Praqmatizmdə təjrübə hadisələrin aydın görünən gələjəyinə doğru rəvan, sakit axını deyildir. O daha çox bizim görüş dairəmizin indiki anda yaranmış şəraitin çərçivəsi ilə məhdudlaşdığı, bizdən tez həllini tələb edən gözlənilməz situasiyalar silsiləsidir. Gözlənilməz bir şey daim meydanda real təhlükə, çətinliklər və problemlər yaradır. Yanılmadan fəaliyyət göstərmək üçün davranışı tənzimləyən səmərəli vasitənin olması zəruridir. Belə bir vasitə intellektdir. Dyuiyə görə, idrakın funksiyaları gerçək aləmin obyektlərinin surətini çıxartmaq deyil, gələjəkdə bu obyektlərlə daha səmərəli və faydalı münasibətlərin yaradılması yollarını müəyyən etməkdən ibarətdir. İnsanın vəzifəsi dünyada ən yaxşı yola düşməkdən ibarətdir, praqmatizmin vəzifəsi isə ona bu işdə kömək etməkdir..
Məqsəd vasitəni doğruldur.
Qaliblər mühakimə olunmur.
Bir metod uğurludursa o həqiqətə yaxındır.
Praqmatikdirlər, reallığa uyğun hərəkət edirlər.


Bu, o deməkdir ki, əgər hansısa ijtimai dəyişikliklərin zəruriliyi meydana çıxırsa, onda belə dəyişikliklərin universal vasitəsi kimi vərdişlərin dəyişdirilməsi, göhnələrindən imtina edilməsi və yenilərinin, daha faydalı və səmərəlilərinin yaradılması kimi başa düşülür. Beləliklə, hər şey bir inamın digəri ilə əvəz edilməsinə münjər edilir. "Faydalı olan hər bir əməl mə"nəviyyata uyğundur" prinsipi bu fəlsəfənin əsasını təşkil edir.


Bu fəlsəfənin çərçivəsində təjrübə anlayışı xüsusi şərh edilir. Təjrübə əsil dəyərlərin, yə'ni bizim jəhd etdiyimiz, çox qiymətləndirdiyimiz və öz həyatımızda saxlamaq istədiyimiz hər bir şeyin yeganə real aləmidir. Buradan da mə'lum olur ki, idrak dəyərlərin saxalnılmasına, faydanın əldə edilməsinə yönəldilmiş fəaliyyət növündən başqa bir şey deyildir. İdrakın belə anlaşılması həqiqəti və dəyərləri prinsip e'tibarilə eyniləşdirir. Jemis hesab edir ki, həqiqət bizə xeyirli, faydalı olan inamdır.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin