4.
2010-cu il
– Azərbaycanın tələbinə əsasən ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında erməni işğalı altındakı
torpaqlara beynəlxalq dəyərləndirmə missiyasının səfəri təşkil edildi. Missiya üzvləri həmin ərazidə yer adlarının
dəyişdirilməsini, talanların, qanunsuz məskunlaşmanın olduğunu təstiq etmişdilər.
5.
2016-cı il aprel döyüşləri
müharibəyə gedən yol zamanı
ən geniş hərbi əməliyyatlar
hesab edilir.
6. 2020-ci il iyul - Tovuz döyüşləri:
Münaqişə ilə əlaqəsi olmayan bölgə - Tovuz istiqamətində erməni hücumunun qarşısı alındı. Məqsəd enerji kəmərləri (Bakı-
Tbilisi-Ceyhan, Bakı-Supsa və s.) keçən əraziyə nəzarətin ələ keçirilməsi idi. Döyüşlər zamanı
general-mayor Polad Həşimov
və
Polkovnik İlqar Mirzəyev
şəhid oldu. Hər ikisi Milli Qəhrəman ordeni ilə təltif edildi. Ümumilikdə isə, 12 hərbçimiz Şəhid
olmuş, 1 nəfər mülki vətəndaş həlak olmuşdur.
7.
2020-ci il avqust
– Tərtər istiqamətində düşmən təxribatının qarşısı alındı
8.
Müharibəyə gətirib çıxaran digər amillər:
8.1. Qondarma rejim rəhbərinin (Arayik Arutunyan) Şuşada andiçmə mərasimi keçirməsi və burada parlament binasının tikilməsi
haqqında bəyanat
verməsi
8.2. 2018-ci ildə hakimiyyətə gələn Ermənistanın baş naziri N. Paşinyanın Şuşaya səfəri və bu zaman Cıdır düzündə rəqs və s.
kimi təxribatçı hərəkətləri
8.3. Paşinyanın Xankəndinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı. (Buna qarşılıq olaraq İ.Əliyev
Rusiyada “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini bəyan etmişdi)
8.4. Qarabağ və ətraf 7 rayonda qanunsuz olaraq ermənilərin məskunlaşdırılması.
8.5. Ermənistan Müdafiə nazirinin “yeni
müharibə,yeni ərazilər” bəyanatı
8.6. Ermənistanın Rusiya ilə birgə hərbi
təlimlər keçirməsi, Goranboy istiqamətinə diversiya
qrupu göndərməsi, Yaxın Şərqdən
gətirilən terrorçuların təmas xətti boyunca yerləşdirilməsi və s.
Qeyd:
Ermənsitanın bu hərəkətləri, müharibəyə hazırlaşması İ.Əliyev tərəfindən müharibənin başlanmasından
bir neçə gün əvvəl
BMT-nin sessiyasında videoformatda etdiyi çıxışında beynəlxalq ictimaiyyətə bildirilmişdi.
❖
Dostları ilə paylaş: