Daşaltı kəndindən artilleriya dəstəyi həyata keçirilmişdi. Şuşa əməliyyatına rəhbərliyi prezidentin şəxsən
təbrik etdiyi H.Mirzəyev edirdi. Müharibədən sonra Şuşaya komendant təyin edildi – General-mayor Zaur Məmmədov.
15. 9 noyabr – Şuşanın azad edilməsindən sonra ordumuz 71 kənd, bir qəsəbə və 8 strateji yüksəkliyi azad etdi.
Qeyd: Müharibə dönəmində Laçın dəhlizinə nəzarət ələ keçirilmişdi, bütün cəbhə boyu hərbi əməliyyatlar həyata keçirilirdi.
16.
10 noyabr – Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş
naziri Nikol Paşinyan arasında
atəşkəsi nəzərdə tutan üç tərəfli
“Bəyanat” imzalandı.
Sənədə əsasən: 16.1.
Hərbi əməliyyatlar dayandırılmalı idi. Azərbaycan və Ermənistan qüvvələri tutduqları mövqelərdə qalmalıdırlar.
16.2. Buna paralel olaraq (eyni vaxtda) münaqişə zonasına
Rusiya “sülhməramlıları” yeridilməli idi. Sülhməramlı kontingetin
qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansısa biri hazırkı vəziyyətə etiraz etməsə avtomatik
olaraq müddət 5 il də uzadılacaq.
16.3.
Ermənistan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz geri qaytarmalı idi .
16.4. Laçın dəhlizinə nəzarət rus “sülhməramlıları” tərəfindən həyata keçirilməli idi. Üç il sonra Ermənistanla Qarabağ arasında
əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu təyin edilməlidir. (Yəni, Laçının mərkəzi dəhlizə düşməsi səbəbilə
dəhlizin keçmə yerində dəyişiklik olacaq). Azərbaycan dəhlizin təhlükəsizliyinə zəmanət verməli idi.
16.5. Atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı monitorinq mərkəzi yaradılmalı idi
16.6. Regionda nəqliyyat və kommunikasiya xətləri (dəmir yolları, avtomobil yolları və s.) yenidən bərpa edilməli idi
16.7. Ermənistan Mehri rayonu (Zəngəzur) üzərindən Azərbaycanın qərb torpaqlarından Naxçıvana dəhliz (Mehri dəhlizi)
açmalı idi. (red: Bu maddə Naxçıvanın 30 illik blokadasına son qoymalı idi)
16.8. Məcburi köçkünlərimiz BMT-nin nəzarəti altında öz doğma torpaqlarına qaytarılmalıdır.
16.9. Hərbi əsirlər, girovlar, meyidlər dəyişdirilməli idi.
Qeyd: “Bəyanat Ermənistanın imzaladığı kapitulyasiya aktı idi”.
17. Müharibə dövründə xarici siyasətdəki uğurlar:
17.1.