Şərqi Zəngəzur iqtisadi-
coğrafi
rayonu
idi.
17. 2021-ci il 27 sentyabr – Anım günü ilə əlaqədar olaraq Bakıda yürüş təşkil edildi.
18. 2021-ci il – İ.Əliyev və R.T.Ərdoğan “Qarabağın hava qapısı” adlanan Füzuli Beynəlxalq Hava Limanının açılışında
iştirak
etdilər. (Hazırda Laçın və Zəngilanda beynəlxalq hava limanları tikilir)
19. 2021-ci il – “Zəfər yolu”nun açılışı oldu.
❖
Bir neçə qeyd:
1. I və II Qarabağ müharibəsi arasındakı dövrdə
ən aktiv hərbi əməliyyatlar
oldu: 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin
Tovuz döyüşləri.
2. 2020-ci il oktyabrda – Ermənistan terror siyasətini davam etdirərək mülki əhaliyə qarşı kütləvi qırğın silahlarından ( ballistik
raketlərdən, kassetli və fosforlu bombalardan) istifadə etdi.
Gəncə və Bərdəyə
raketlər atıldı və Azərbaycanın 100-ə yaxın
mülki vətəndaşı da müharibə zamanı şəhid oldu.
Bundan başqa, Mingəçevir, Goranboy və Tərtər rayonları
da intensiv artilleriya
atəşinə tutuldu.
3. Dağıntılar səbəbindən
Ağdam Qafqazın Hirosiması, Tərtər Azərbaycanın Stalinqradı
adlandırıldı.
4.
“Azərbaycan Bayrağı” ordeni
verildi :
Cəbrayıl Dövlətzadəyə və Xudayar Yusifzadəyə
5. Tarixi adı bərpa olunmuş yaşayış məntəqələrimiz:
5.1.
Madagiz – Suqovuşan
5.2.
Hadrut – Ağoğlan
5.3.
Vəng – Çinarlı
6. Qarabağ müharibələri və torpaqlarımızın müdafiəsi zamanı verilən ən yüksək fəxri ad –
Vətən Müharibəsi Qəhrəmanı
.
(Bundan əvvəl Azərbaycanın Milli Qəhrəmanı adı ən yüksək ad hesab olunurdu)
7. Bundan başqa yeni Vətən müharibəsindən sonra təsis edilən yeni medal və ordenlər də oldu: Vətən müharibəsi qəhrəmanı
fəxri adı, Zəfər ordeni, Qarabağ ordeni, Vətən uğrunda medalı, Cəsur döyüşçü medalı, Döyüşdə fərqlənməyə görə medalı,
Vətən
müharibəsi iştirakçısı medalı, Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə medalı və ayrı- ayrı rayonların azad
olunmasına görə təsis edilən medallar (məsələn, Cəbrayılın azad edilməsinə görə medalı).
Qeyd 1
: I Qarabağ müharibəsindən sonra Tovuz döyüşlərini ayı, Vətən müharibəsinin başlama
və bitmə günü, Moskva
və Şuşa
bəyannamələrinin ayları, eləcə də işğaldan azad edilən rayonların günləri də öyrənilməlidir.
Qeyd 2
: Xəritə üzərində Azərbaycana
dəstək olan Türkiyə, İsrail, Ukrayna, Pakistan və Əfqanıstanın yerlərini bilmək lazımdır.