1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


İqtisadi sistemin tipləri



Yüklə 106,97 Kb.
səhifə5/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   2   3   4   5   6   7   8   9   ...   30
iqtisadiyyat son

8. İqtisadi sistemin tipləri
İqtisadi sistemin tipləri:
1. Planlı iqtisadi sistem
2.Bazar iqtisadi sistemi
3. Ənənəvi iqtisadi sistem
4.Qarışıq iqtisadi sistem
5. Keçid iqtisadiyyatı sistemi
Planlı iqtisadi sistem. Burada iqtisadi problemlər üzrə bütün qərarları dövlət qəbul edir, istehsal vasitələri, torpaq dövlət mülkiyyətindədir. Resurslar dövlət planı əsasında bölünür
Bazar iqtisadi sistemi Bu sistemdə əsas iqtisadi sualları (Nə? Necə? Kim üçün?) bazar həll edir: qiymət, mənfəət və zərər də həmçinin. Burada istehsal vasitələri xüsusi mülkiyyətdədir. Resurslar tələb və təklifə uyğun istifadə olunur. Bu sistemdə nə? Sualını pulla ifadə olunan tədiyyə qabiliyyətli tələb həll edir. Xüsusi mülkiyyət, yüksək mənfəət əldə etmək məqsədi istehsalçıları sistemin tələbi olan məhsullar istehsalına məcbur edir
Ənənəvi iqtisadi sistem zəif inkişaf etmiş ölkələrə xarakterikdir. Belə ki, müəyyən dövrün adətlərinə uyğun olaraq resursların bölgüsü, istehsal texnologiyası, maddi nemətlərin siyahısı müəyyənləşdirilir. Texniki tərəqqi bu sistemə çətin daxil ola bilir. Bu sistemdə istehsal, bölgü, mübadilə adət-ənənələrə, iqtisadiyyat isə vərəsəlik prinsipinə əsaslanır. Bu sistemdə insanlar özlərinin yaşaması üçün nə əldə edirlərsə onu da istifadə edirlər
Qarışıq iqtisadi sistem. Onun səciyyəvi cəhəti ondan ibarətdir ki, burada iqtisadiyyatın dövlət bölməsi mövcuddur. Dövlət burada iqtisadi fəaliyyətin tənzim edilməsində fəal rol oynayır. Qarışıq iqtisadi sistem ideyasını A.Vagner irəli sürmüş, XX əsrin 30-cu illərində Amerika iqtisadçısı C.Ceyz tədqiq edərək inkişaf etdirmişdir. Bu sistem iqtisadi resursların seçilməsi və istifadə olunmasında, insanların təsərrüfat fəaliyyətinin əlaqələndirilməsində bazar və inzibati sistemlərinin vəhdətidir
Keçid iqtisadiyyatı – bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid prosesində olan iqtisadiyyatdır. Bu sistemin xarakterik (səciyyəvi) cəhəti onda eyni zamanda həm keçmiş sistemin iqtisadi münasibətləri və həm də yeni meydana gələn iqtisadi münasibətlər mövcud olur. Burada həmçinin xarakterik cəhət eyni zamanda ondan ibarətdir ki, buraya sosial-iqtisadi münasibətlərin kəskinləşməsi xasdır.

9.Mülkiyyətin iqtisadi cəhətdən reallaşdırılması.


İqtisadi cəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə gəlir gətirsin, yəni iqtisadi xeyir versin. İqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s. əldə etməyə imkan yaradır. Hüquqi cəhətdən reallaşdırma - sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir. Müasir dövrdə Azərbayeanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi gedir. Nəticədə mülkiyyətin müxtəlif formaları yaradılır ki, bu da bazar iqtisadiyyatına keçmək üçün obyektiv zərurətdir Renta-Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir.Torpaq rentası


Mənfəət- Gəlirin xərci çıxdıqdan sonra qalan artıq hissəsi, pul gəliri mənfəət adlanır

10.Liberal iqtisadiyyatın xüsusiyyətləri hansılardır? ABŞ niyə liberal iqtisadiyyata daha çox üstünlük verir?



Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin