1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Mülkiyət hüququ nədir və necə qorunur



Yüklə 106,97 Kb.
səhifə8/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
iqtisadiyyat son

13. Mülkiyət hüququ nədir və necə qorunur
mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, onnan istifadə etmək və sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan bir hüququdur. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.
Mülkiyyət hüququ — iqtisadi agentin müəyyən bir qadağan olunmamış və / və ya icazə verilən qərarlar sinifindən bir mal və ya bir qaynaq ilə əlaqədar qərar qəbul etmək hüququ. Qanuni olaraq mülkiyyət həm də bəzi mənbələrə və ya mallara sahib olmaq, istifadə etmək və sərəncam vermək qabiliyyəti kimi qəbul edilir. Mülkiyyət dövlət tərəfindən qorunur məsələn hər hansısa bir ölkədən bir baçqa ölkəyə yada ölkə daxilində yol tikilməsi nəzərdə tutulursa və bu yolun üzərində kasıb təbəqənin yıxıq sökük bi rdaxması varsa və bu evin sahibinin əlində bu evin ona aid olması haqqında sənəd varsa həmin şəxsin təsdiqi razılığı olmadan bu ev sökülə bilməz və məcbur hər hansısa bir tədbir görmək istəyərlərsə əgər bu zaman müvafiq dvlət qurumları araya girmək və bu mülkiyyət hüququnu qorumaq məcburiyyətindədir.
14. Bazarın iqtisadiyyatının İsveç və Alman modellərinin xüsusiyyətləri
Bazar iqtisadiyyatı – azad seçim əsasında müstəqil iqtisadi subyektlərin qeyri-mərkəzləşdirilmiş qərarlar qəbul etdiyi iqtisadi sistemdir. O, ictimai istehsalın təşkilinin elə bir formasıdır, orada istehsalçı və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, bir-biri üçün işləyir. Öz iqtisadi mənafelərini reallaşdırmaq üçün alqı-satqı əlaqəsinə girirlər. Bu iqtisadi sistemin başlıca məqsədi mənfəətdir, gəlirdir. Cəmiyyətdə bazar münasibətlərinin formalaşması yalnız sırf iqtisadi məsələ olmayıb, həm də ictimai, siyasi, sosial, əxlaqi dəyərlərlə bağlı mürəkkəb bir prosesidir. Şübhəsiz, bu çoxcəhətli və ziddiyyətli formalaşma gedişində prosesin müsbət (pozitiv) cəhətləri inkişaf etdirməli, mənfi (neqativ) cəhətləri isə ağıllı üsullarla tənzimlənərək, hökmən yumşaldılmalı, imkan və şərait yarandıqca aradan qaldırılmalıdır. Bazar iqtisadiyyatı hər şeydən əvvəl, mülkiyyət plüralizmi (müxtəlifliyi) ilə, sahibkarlıq və biznes fəaliyyəti ilə səciyyəvidir. Burada iqtisadiyyat azad demokratik prinsiplər əsasında idarə olunur. Onun nəzəri əsasları klassik siyasi iqtisadın baniləri U.Petti, A.Smitt, D.Rikardo tərəfindən yaradılmış, Marksistlər və müasir iqtisadçılar tərəfindən daha da inkişaf etdirilmişdir.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin