2-ci mövzu. Sosial fəlsəfənin predmeti
və cəmiyyətin öyrənilməsində rolu
Sosial fəlsəfə ümumi fəlsəfənin ayrılmaz və özünəməxsus tərkib hissəsidir. O, cəmiyyəti, insanı və onların qarşılıqlı əlaqələrini öyrənir.
Onun müstəqil elm kimi fəaliyyəti bununla şərtlənir ki, cəmiyyət, sosial həyat varlığın son dərəcə spesifik sahəsidir. Burada gedən proseslər və baş verən hadisələr öz unikallığı ilə seçilir, digər sahələrdən fərqlənir. Sosial fəlsəfənin predmetini bütöv bir tam, ictimai sistem kimi götürülən cəmiyyətin problemləri təşkil edir. Bu problemlər insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri, əmək fəaliyyəti şəraiti, sosial qruplarda təmsil olunma vəziyyəti, yaşayış səviyyəsi, təhsili, səhiyyəsi, sosial təminatı və sairi əhatə edir. Lakin sosial fəlsəfə bu tərəfləri müfəssəl öyrənmir.
Onun məqsədi cəmiyyəti bütöv sosial sistem kimi öyrənmək, onun fəaliyyət və inkişaf qanunlarını araşdırmaq, müxtəlif ictimai hadisə və prosesləri onların qarşılıqы təsiri halında makrosəviyyədə təhlil etмəkdir. Konkret detalları öyrənmək ayrı-ayrı ictimai elmlərə xasdır.
Ictimai həyat varlığın spesifık sahəsi olduğu üçün onu səciyyələndirən cəhətlər burada özünəməxsus şəkildə çıxış edir. Buna görə də sosial idrakı idrakın xüsusi forması kimi seçib götürmək, ona xas olan əlamətləri aşkar etmək zəruridir.
Insan cəmiyyəti təbiətin inkişafının müəyyən mərhələsində yaranmışdır. O, təbiətin inkişafının özünəməxsus şəkildə davamıdır. Buradan aydındır ki, sosial həyatı öyrənən, sosial idrak ümumilikdə idrak prosesini səciyyələndirən qanunauyğunluqlara tabedir. Lakin nəzərdə tutulmalıdır ki, burada sosial mövcudatlar, yəni şüurlu insanlar yaşayırlar. Sosial idrakın obyektini sosial reallıq təşkil edir. Digər elmlər kimi, onun da əsas vəzifəsi - öyrəndiyi obyektin mahiyyətini və inkişaf qanunauyğunluqlarını aşkar etməkdir. Lakin sosial idrakın obyekti aşağıdakı mühüm spesifıkliyə malikdir:
1.Бurada obyekt kimi insan, yəni subyekt çıxış edir. Başqa sözlə, insanlar həm idrakın subyektidir, həm də real fəaliyyət göstərən şəxslərdir. Bununla yanaşı, idrakın obyekti və subyektinin qarşılıqlı təsiri də idrakın obyekti rolunu oynayır. Beləliklə, təbiət elmləri və texniki elmlərdən fərqli olaraq, burada lap əvvəldən idrakın subyekti onun obyektini təşkil edir.
2. Иctimai həyat son dərəcə mürəkkəb, çoxtərəfli və çoxsəviyyəli xarakter daşıyır. Onu məcmu halında götürdükdə cəmiyyətin özü və burada yaradılan hər şey insanların fəaliyyətinin nəticələridir. Bu prosesdə sosial qüvvələrin zəkası və ağlı ilə yanaşı, hissləri və ehtirasları da fəal iştirak edir. Deyilənlərdən əlavə ictimai həyat həm də insanların fəaliyyətinin şüuri və qeyri-şüuri (təhtəlşüur) tərəflərini, habelə rasional və irrasional ünsürləri əhatə edir.
Cəmiyyəti təşkil edən müxtəlif insan qrupları və fərdlər daim öz tələbatlarını, mənafelərini və məqsədlərini həyata keçirməyə çalışır. Ictimai həyatın bu rəngarəngliyi sosial idrakın mürəkkəbliyini şərtləndirir. Sonuncu səbəb üzündən cəmiyyətin mövcudluğu və inkişafına dair müxtəlif baxışlar və nəzəriyyələr mövcuddur. Bu müxtəliflik sosial idrakm bütün əsas tərəflərinin (ontoloji, qnoseoloji və aksioloji) izahında özünü göstərir.
Dostları ilə paylaş: |