Sözün məhdud mənasında sosial dedikdə isə ictimai həyatın xüsusi bir sferası başa düşülür. Bu sfera insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri, həyat səviyyəsi, təhsili və sair məsələləri əhatə edir. Beləliklə,
Сosial fəlsəfə sosial hadisələrin qarşılıqlı təsirinin ən ümumi qanunauyğunluqları və meylləri haqqında, sosial həyatı bütöv proses kimi ifadə edən, cəmiyyətin mövcudluğu və inkişafı haqqında nəzəri biliklər sistemidir. Bu elm sabit və böyük insan qruplarını, onlar arasındakı münasibətləri, onlarm əlaqələri və cəmiyyətdə rolunu ifadə edən qanunları öyrənir. Sosial fəlsəfə-
nin problemləri geniş əhatə dairəsinə malikdir. O ictimai münasibət-
lər sistemini, cəmiyyət həyatının bütün tərəflərini araşdırır. Sosial həyatın dəyişilməsi və sosial sistemin inkişafını bütöv bir tam kimi təhlil edir.
Cəmiyyətin sosial həyatı insanların birgə varlığını ifadə edir. Buraya onların maddi və mənəvi həyatı, habelə digər hadisə və proseslər daxildir. Bütövlükdə sosial həyat özünün mütəşəkkilliyi və strukturluluğu ilə səciyyələnir. Sosial sistem müxtəlif yarımsistemlərin və elementlərin sahmanlı düzülüşü deməkdir.
Sosial fəlsəfənin predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və empirik yol ilə qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarakter daşıyan xassələr, formalar və əlaqələr daxildir. Sosial fəlsəfə insanların başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar və ondan yüksəkdə duran formalarm, əlaqələrin və münasibətlərin sistemi kimi götürülən cəmiyyət haqqında düşüncələr deməkdir.
Sosial həyatdakı forma və əlaqələrin mahiyyəti bir növ açıq-aydın görünmür, bir növ gizli xarakter daşıyır. Buna görə də hər bir insanm bunlar haqqında təsəvvürləri doрru olmaya da bilir. Deməli sosial həyatı öyrənərkən bu və ya digər fərdin təsəvvürləri deyil, onların bütöv bir tam kimi əhatə olunduрu birliklərin fıkirləri əsas götürülməlidir.
Sosial fəlsəfənin öyrəndiyi məsələlərin əyani surətdə görünməməsi heç də onları araşdırmaрın qeyri-mümkünlüyü demək deyildir. Belə ki, həmin gizli sosial əlaqələr, münasibətlər və formalar dolayısı ilə, bilvasitə, müxtəlif yardımçı vasitələr şəklində (predmetlərdə, insanlarm hərəkətlərində, dilində, bədənində, onların yaratdıqları təşkilatlar və müəssisələrdə) ifadə olunur. Bu sonuncuları təhlil etməkb biz ümumi sosial əlaqə və münasibətlər haqqmda dəqiq bilik əldə edə bilirik.
Hər bir insan həyatda heç də həmişə özü istədiyi kimi hərəkət etmir. O öz hərəkətini ölçüb-biçir. Buna görə dəistədiyi kimi deyil, lazım olduğu kimi hərəkət edir. Çünki insanların həyatı bir-birindən aynlmazdır. Məsələn, hər bir insan öz fikirlərini dil vasitəsilə ifadə edir, lakin bu dili o yaratmamışdır. Dil ümumiyyətlə, cəmiyyətin məhsuludur. Hətta insanın getdiyi küçə də o şəxsin özünün deyil, ümuminindir.
Bir sözlə, hər bir insan özündən asıh olmadan ictimai əlaqələrin və münasibətlərin çoxsaylı şəbəkəsi ilə əhatə olunur. Bu sosial şəbəkə və formaların özü də insanların birgə fəaliyyətinin məhsuludur. Məsələn, biz müəyyən hərəkəti edərkən, onu nıövcud normalara uyğunlaşdırırıq. Çox vaxt fərqinə varmırıq ki, bu normaları da insanlar yaratmışlar. Yuxarıda deyilənlər sübut edir ki, insan ilə cəmiyyət bir-birinə qırılmaz tellərlə bağlıdır. Ilk nəzərdə aydın görünən bu münasibətlər nəzəri fikirdə birmənalı izah edilmir. Burada iki əsas yanaşma özünü göstərir.
Dostları ilə paylaş: |