2-ci mövzu. Sosial fəlsəfənin predmeti



Yüklə 273 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü273 Kb.
#46598
1   2   3   4   5   6   7   8   9
2 мцщазиря

Ikinci, təbiət və cəmiyyət qanunlarmın fəaliyyət müddəti bir-birindən fərqbnir. Belə ki, təbiət əbədi olduğu kimi, onun qanunları da daimi və uzunömürlüdür (məsələn, enerjinin saxlanması və çevrilməsi qanunu, ətalət qanunu və s.)- Bundan fərqli olaraq ictimai inkişaf qanunları nisbətən qısaömürlüdür. Onların əksəriyyəti az-çox uzun zaman keçdikdən sonra dəyişilir. Bu qanunların xeyli hissəsi isə yalnız müəyyən dövrdə fəaliyyət göstərir, həmin dövr başa çatdıqda yeni qanunlarla əvəz olunur.

Üçüncü, cəmiyyət qanunları öz xarakteri üzündən ayrı-ayrı sosial qrupların və şəxslərin mənafeləri ilə sıx bağlıdır. Təbiət qanunları isə bir qayda olaraq insanların mənafelərinə biganədir və onlarla yalnız dolayısı ilə əlaqədə olur. Ictimai inkişaf qanunları insanların fəaliyyəti vasitəsilə əks etdirilir. Dördüncü fərq bundadır ki, yuxanda deyildiyi kimi, təbiət qanunları özü yaranır, cəmiyyət qanunları isə müəyyən mənada insanlar tərəfmdən yaradılır. Bu cəhətə diqqət yetirərək vaxtilə Monteskye yazırdı ki, ictimai qanunlar ölkənin fiziki xassələrinə, iqlim şəraitinə, torpaрının münbitlik dərəcəsinə, onun ərazisinə, əhalisinin həyat tərzinə, dövbt quruluşuna, dininə, peşə məşрuliyyətinə, əxlaq və adətlərinə müvafiq olmalıdır.11


Yüklə 273 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin