Nəhayət axırıncı fərq bunda ifadə olunur ki, cəmiyyətdə qanunlann xüsusi çəkisi daha yüksəkdir və onlar daha çox yer tutur. Başqa sözlə desək, cəmiyyətdə təsadüflər daha çox hökmranlıq edirlər.
Lakin tarixdə baş verən konkret hadisələrin təkrarolunmaz fərdiliyində və təsadüflüyündə nə isə müəyyən bir ümumi cəhət özünü göstərir. Məsələn, Böyük Vətən miihariləəsi ilə Qarabaр mühariləəsi bir-birindən tamamilə fərqbnir. Lakin bu fərqlilik daxilində onları mühariləə anlayışı altında fəlsəfi mənalandırmaq mümkündür. Tarixdə fərdi olan hər bir hadisə ümuminin konkret təzahürüdür. Lakin burada ümumi cəhət fərdini heçə endirmir, əksinə yalnız təkrarolunmazlıрın daha dolрun özünü göstərdiyi şəraitdə həyata keçirilə bilir. Buna görə də cəmiyyət qanunları daha çox statistik qanunlar kimi, yəni meyllər kimi fəaliyyət göstərir. Qanun-meyl isə ümumdünya tarixinin əsas inkişafı yolundan müəyyən kənara çıxma hallarını qəbul edir. Həm də nəzərdə tutulmalıdır ki, ictimai-qanun eb belə sadə meyl kimi deyil, aparıcı və əsas meyl kimi çıxış edir.
Göründüyü kimi təbiət və cəmiyyət qanunlarınm qarşılıqlı münasibəti çox mürəkkəbdir. Onları tam eyniləşdirmək və qarşı-qarşıya qoymaq yol verilməzdir.
49
Halbuki hər iki qəbildən olan baxışlar mövcud olmuşdur. Məsələn, sosial-darvinistlər ictimai həyatı biologiyarım qanunları üzrə izah edirdilər. Cəmiyyət ilə təbiət qanunlarının eyniləşdirilməsi sosial həyatı mexanikanın, fızikanm qanunları ilə izah etmək cəhdləri üçün də səciyyəvidir.
Digər ifrat mövqedən çıxış edən yenikantçılar təbiət və cəmiyyət qanunlarmı bir-birinə qarşı qoyurdular. Onların fıkrincə, təbiətdəki proseslər ümumi qanuauyğunluqlara tabedir. Cəmiyyətdəki hadisələr isə sırf fərdi və təkrarolunmaz xarakter daşıyır. Bu keyfıyyəti həddən artıq şişirtməklə onlar təbiət və cəmiyyət qanunlarınm bir-birinə tam əks olduğunu iddia edirdilər.
Ictimai qanunlar öz əhatə dairəsinə görə müxtəlifdir. Bu baxımdan onları iki qrupa bölmək olar:
1) ümumsosioloji qanunlar; 2) ictimai inkişafın spesifik qanunları.
Birinci qrupa daxil olan qanunlar ümumi xarakterə malikdir, yəni bütün tarixi dövrlərdə fəaliyyət göstərir. Öz mahiyyətinə görə bu qanunlar bir növ tarixi inkişafm varisliyini ifadə edir, cəmiyyət inkişafının bütün pillələrinə və mərhəblərinə xas olan ən ümumi və ən mühüm cəhətləri göstərir. Məsələn, ictimai istehsal ilə tələbatın dialektik vəhdəti qanunu bu qəbildəndir.
Ictimai həyatın spesifık qanunları isə bir neçə və ya bir tarixi mərhələnin keyfıyyət özünəməxsusluрunu ifadə edir. Bunlara misal olaraq sinfi mübarizə qanununu göstərmək olar. Həmin qanun yalnız antaqonist sinifli cəmiyyətlərdə fəaliyyət göstərir.
Ictimai qanunlarm fəaliyyət göstərdiyi şərait dəyişildikdə həmin qanunlarm fəaliyyəti də dəyişilir: bir sıra qanunlar sıradan çıxır, digər qrup qanunların fəaliyyəti
daha dolрun şəkil alır. Üçüncü bir tərəfdən isə əvvəllərdə mövcud olmayan yeni qanunlar (dəyişilmiş formada fəaliyyət göstərmə mənasında) yaranır.
Cəmiyyət qanunlarının mahiyyəti və məzmununun dərk olunması sosial determinizmin başa düşülməsindən çox asılıdır. Əslində ictimai qanunauyğunluрun qəbul edilməsi sosial determinizm prinsipindən irəli gəlir. Məhz ona əsaslanmaqla tarixi qanunauyğunluq zərurət ilə insanlarm şüurlu fəaliyyətinin (azadlıq) qarşılıqlı münasibətini düzgün başa düşmək olar.
Sosial determinizm sübut edir ki, insanların fəaliyyəti maddi olanda ideal olanın, obyektiv ilə subyektivin vəhdəti kimi çıxış edir.
Sosial determinizm tarixi zərurətin qəbul edilməsidir. Lakin nəzərdə tutulmalıdır ki, tarixi zərurət çox müxtəlif formada təzahür edə bilir. Buna görə də sosial determinizmin fatal labüdlük formasmda çıxış edən tarixi zərurət ilə heç bir əlaqəsi yoxdur. Tarixi zərurət dedikdə insanlarm fəaliyyətinin labüdlüyü və zəruriliyi ictimai həyatın müəyyən istiqamətdə və ardıcıllıqla inkişafı nəzərdə tutulur. Beləlikb, sosial determinizmin qəbul edilməsi cəmiyyət tarixində zərurəti, obyektivliyi və habelə müəyyən təkrarlanmanı qəbul etməyə gətirilə çıxarır. Lakin qeyd edilməlidir ki, tarixdə təkrarlanma inkişafın fərdi xüsusiyyətlərini, özünəməxsusluqlarmı istisna etmir, çünki hər cür belə təkrarlanma başqa şəraitdə, başqa inkişaf mərhəbsində baş verir. Sosial determinizm prinsipi cəmiyyət tarixində obyektivliyi, zəruriliyi, səbəbiyyət əlaqələrini və təkrarlanmanı qəbul etməkb ictimai inkişafm obyektiv və qanımauyğun xarakterini aşkar etmək imkanı verir.
Ədəbiyyat
1.Барулин В.С.Социаль ная философия. Т. 1-2, М., 1993
2.Bayмaн 3. Философия и постмодернистская социология. - «Bonpосы философии», 1993 r., № 3, с. 46-61.
3.Введение в философию. M., 1989, b 2-х частяx. Ч.2, c.
385-391
4.Вебер М.,Смысл «свбоды от оценки» в социологической и экономической науке.- Избр. произв. M., 1990, c. 577-600.
5. E.Ocıınoвa. Социология Э.Дюркгейма. M.,1977, c. 52-113.
6. Саблина Н.А. Критика концепции социологического познания Р.Арона. МГУ, 1973, c. 4-10.
7. Философия. Под ред. В.Губина. M., 1998.
Dostları ilə paylaş: |