2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ



Yüklə 0,61 Mb.
səhifə5/5
tarix04.05.2017
ölçüsü0,61 Mb.
#16565
1   2   3   4   5

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


«Qurani Kərim» Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi.

«Sələsətil Usul» Muhəmməd b. Saleh əl-Useyminin şərhi ilə - Türk Dilində.

«Fəthu Rabbil Bəriyyə bi Təlhisil Həməviyyə» Muhəmməd Saleh əl-Useyminin şərhi ilə - Türk Dilində.

«Aləmus Sunnətul Mənşura» Hafiz b. Əhməd əl-Həkəmi - Türk dilində.

«əl-Vəciz Fi Əqidətul əs-Sələfi əs-Salihin» Abdullah b. AbdulHəmid əl-Əsəri - Türk Dilində.

«əl-Əqidətul Təhaviyyə» İbn Əbil İzz əl-Hənəfinin şərhi ilə - Türk Dilində.

«əl-Əqidətul Təhəviyyə əl-Muyəssər» Muhəmməd əl-Humeyyisin şərhi ilə - Türk Dilində.

«əl-Əqidətul Vasitiyyə» İbn Teymiyyə. Muhəmməd Xəlil Hərrasın şərhi ilə - Türk Dilində.

«Судба и Предопределение» Умар Сулейман ал-Ашкар – Перевод Э.Р.Кулиева.

«Ərbəin ən-Nəvəviyyə» Nazim Muhəmməd Sultanın şərhi ilə - Türk Dilində.

«Səhih Müslim» - Türk Dilində.

«Muxtəsər Səhih Buxari» - Rus və Türk Dillərində.

«Əhli Sünnə Vəl Cəmaatın Etiqadi Özəllikləri» Muhəmməd Abdulhadi əl-Misiri - Türk Dilində.

«Əhli Sünnətə Görə İman» Abdullah b. AbdulHəmid əl-Əsəri - Türk Dilində.



Muxtar qardaşımızın «QəzaQədər» dərslərindən istifadə etmişəm.

1 Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini bizə: – Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul Yəum vəl Leyl» 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi «əl-Musnəd» 1557, AbdurRazzaq «əl-Musənnəf» 10449, Bəzzar «əl-Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «əl-Musnəd» 5233-5234,5257, Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim «əl-Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud - radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90, İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4, İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi «Şərhul Müşkilil Asar» 5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit - radıyallahu anhu – yolu ilə, Əbu Yəla «əl-Musnəd» 7221, Nəsəi «Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 № 9148 Əbu Musa əl-Əşari - radıyallahu anhu – dən.

2 Hədisin Ikinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah - radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad - radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani «Muxtəsər Səhih Müslim» 409, «Mişkətul məsabih» 3149,5860.

3 Əbu Davud.

4 İbn Həcər "Fəthul Bəri" 1/118, Firuzabadi "Qamus" s. 591, Saffrani 1/348.

5 İbn Əsir "Nihayə" 4/78.

6 Fəthul Bəri 11/149.

7 Xattabi "Maalim Sünnə" 7/70.

8 İsfəhani "Mufadat" s. 406.

9 Müslim 2655.

10 Müslim 2656, əl-Albani "Səhih Sünən Tirmizi" 3/229.

11 İbn Həcər "Fəthul Bəri" 11/477.

12 Məcmuul Fətava 8/308.

13 Məcmuul Fətava 8/258.

14 Elm əhli isə bu hədislərdən belə bir nəticəyə gəlmişlər ki, İslam və İmanın deyiliş forması vardır. Yəni bunların həm xüsusi və ümumi mənaları vardır. Ümumi mənası odur ki, bütün dini əhatə edir. Yəni İman ümumi mənada gələrsə bütün dini əhatə edir. Həmçinin də İslam ümumi mənada gələrsə bütün dini əhatə edir. Bəzi sözlər də belədir. Məs: Miskin və Fəqir. Allah: «Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq fəqirlərə, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə ….». (ət-Tövbə 60). Bir dəlildə həm fəqir, həm də miskin ləfzi işlədilmişdir. Bunun da hər birinin həm xüsusi, həm də ümumi mənaları vardır. Fəqir kəlməsi işləndiyi zaman onun içinə miskin də girər. Miskin kəlməsi də tək başına işləndiyi zaman onun içinə fəqir də girər. Lakin iksinin arası birləşdiyi zaman isə hər biri ayrı-ayrı mənaları ifadə edər. Fəqir sözü ayrı işlənərsə içərisinə miskin kəliməsi də daxildir. Həmçinin də Miskin sözü ayrı işlənərsə içərisinə fəqir kəliməsini də daxil edir. Lakin bir yerdə işləndiyinə görə ayrı-ayrı mənaları vardır. Lakin baxmayaraq ki, onlar ehtiyacda müştərəkdilər. Yəni ehtiyac sahibidirlər. Yanaşı gəldiklərinə görə aralarında fərq vardır. Lüğəti mənalarına görə İslam və İman ayrı-ayrı şeylərdir. Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlikdə iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Yəni İslam ləfzi tək gələrsə həm qəlbi (batini) əmlləri, həm də zahiri əməlləri əhatə edər. Həmçinin İman ləfzi də tək gələrsə həm zahiri, həm də qəlbi (batini) əməlləri əhatə edir. Çünki varlılıqları bir-birinə bağlıdır. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) - ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin: «Məni müsəlman olaraq öldür…». (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» - eyni zamanda - «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa - məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə - mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər.

15 İlk olaraq Qədər barəsində danışan Bəsrə sakini olan Sansavayh olmuşdur. əl-Auzai – rahmətullahi aleyhi – deyir ki: "Qədərdən ilk danışmağa başlayan İrak sakini olan Sausan olmuşdur. Xristian bir kimsə idi. Islamı qəbul etdikdən sonra yenidən Xristianlığa qayıdır. Onun görüşlərini özünə (əqidə) edən isə Məbəd əl-Cuhəni idi. Ondan isə öyrənən Qaylan olmuşdur". İbn Həcər "Fəthul Bəri" 10/179. Yunus b. Ubeyd – rahmətullahi aleyhi – deyir ki: "Bəsrədə olduğum zaman bunlardan başqa Qədəri yox idi: Sansavayh, Məbəd əl-Cuhəni və bir də Bəni Afvadan olan lənətlənmiş". Lələkai 3/749. Yəhyə b. Yamər deyir ki, Bəsrədə qədərdən ilk söz edən (yəni qədəri inkar edən) Məbəd b. Cuheyni idi. Onlar qədərin olmadığını və işlərin əzəldən Allahın təqdiri olmadan meydana gəldiyini söyləyirlər. Müslim 1/150. Məbəd əl-Cuhəni görüşləri Vasil b. Ata, Amir b. Ubeyd, Qaylan əd-Diməşkiyə ötrüldü. Vasil b. Ata – Mötəzilə əqidəsinin başçısı idi. Onlar deyirlər ki: "Qullar azad olaraq, Allahdan aslı olmayaraq öz pis və yaxşı əməllərini yaradır, kafir və ya mömin olurlar, Allaha asi olurlar və ya itaət edirlər. Hər bir şeyin Onun qədəri ilə baş verməsini də inkar edirlər". Əməvi xilafətinin sonlarında isə bəndələrin azad seçimini inkar edərək məcbur edildiyini söyləyən kimsələrdə çıxdı. Bunların başında Cəhm b. Saffan dururdu. Əbu Muxriz kimi tanınır. H. 128-ci il Mərvəzdə öldürülür. İbn Teymiyyə “əl-Fətava əl-Hənbəliyə əl-Kubra” deyir ki: “(Allahın bütün sifətlərini inkar edənlərdir) İlk olaraq bu fikirləri Cud İbn Dirhəm təbliğ etməyə başlamışdır. Ondan da Cəhm İbn Saffan bu fikirləri alır və yaymağa başlayır. Cəhmilər də ona nisbət edilərək belə adlanmışlar. Rəvayət edilir ki: Cud İbn Dirhəm bu görüşləri (fikirləri) Abana İbn Səbanadan, o da Talutdan, o da öz əmisi Lubeyd İbn əl-Əsləmdən almışdır. Lubeyd İbn Əsləm isə Peyğəmbər - sallallahu aleyhi və səlləm - sehr (cadu) edən Yəhudi sehirbaz idi”. Ömər b. Xeysəm rəvayət edir ki: "Bir gün gəmidə səfərə çıxmışdıq. Bizimlə bərabər gəmidə bir Qədəri və Məcusi də vardı. Qədəri: "İslamı qəbul et!" dedi. Məcusi: "Allah istəsə" dedi. Qədəri: "Allah istəyir, lakin şeytan istəmir" dedi. Məcusi: "Allah bir şey istəyir, şeytan başqa şey və Şeytanın istədiyi alınır. Bu güclü şeytandır. Daha yaxşı olar mən güclü olanla qalım" dedi. "Şərh Əqidətul Təhaviyyə" s. 278.

16 Cəbr – Cəbərilər – Məcburiyyət, məcbur edilmək deməkdir. Onlar deyirlər ki: Allah məcbur edir insanları bu və ya digər əməlləri etməyə. Bəzən onlara: "Azad seçimi inkar edən Qədərilər" deyilir. Uca və Böyük olan Allah barəsində bu cür düşünmək böyük bir xətadır. Allah Uca və Böyükdü ki, kimisə hər-hansısa bir işə məcbur etsin. Məcbur edə bilər O, kəs ki, onun istədmək iradəsi yoxudur. Allah bundan münəzzəhdir. Əbu Bakr əl-Həlləl – rahmətullahi aleyhi – "Sünnə" adlı əsərində deyir ki, əl-Marruzi – rahmətullahi aleyhi – İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: "Ey Əbu Abdullah! Bir nəfər deyir ki: "Allah məcbur edir?". İmam öz etirazını bildirərək: "Biz belə demirik. Lakin Allah istədiyini azdırır, istədiyini də doğru yola yönəldir". Məcmuul Fətava 8/103,463.

17 Əbu Davud «Aunul Məbud» 12/452, əl-Albani «Səhihul Cəmi» 5039, «Şərhu Təhaviyyə» s 273 həsən hədis.

18 Müslim «İman» 1.

19 İbn Əsakir, Əbu Yala, əs-Suyuti, əl-Albani "Səhih Cəmi" 212.

20 Tirmizi 2146, İbn Məcə «Muqəddimə» 81, Həkim.

21 əl-Albani "Səhih Cəmi" 224.

22 Tirmizi 2155.

23 Tirmizi 2152, əl-Albani "Həsən".

24 Qadi İyad «Tərtibul Mədarik» 2/47.

25 İbn Əbi Asim «Sünnə» 1/88, Hilyə 6/326.

26 Beyhəqi «Mənakibus Şafii» 1/413.

27 Beyhəqi «Mənakibus Şafii» 1/413.

28 əl-Laləkai «Şərhu Usuli Etiqadi Əhli Sünnə vəl Cəmaat».

29 əs-Sünnə 1/384.

30 Beyhəqi «Mənakibus Şafii» 1/413.

31 Əbu Davud.

32 Buxari, Müslüm.

33 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.

34 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2).

35 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.

36 Buxari 3208, Fəthul Bəri 11/477, Müslim 2643.

37 Buxari 6595, Fəthul Bəri 11/477, Müslim 2646.

38 Müslim 2645.

39 əl-Albani "Səhih Sünən Tirmizi" 2/223.

40 Fəthul Bəri 11/477.

41 "Şərh Əqidətul Təhaviyyə" s. 276.

42 Lələkai 3/157.

43 "Şifaul Alil" s. 14.

44 Müslim, əl-Albani "Səhih Hədislər" 2/655,659.

45 "Şərh Əqidətul Təhaviyyə" s.252-254.

46 "Favaid" s. 141.

47 Buxari, Müslim.

48 Buxari, Müslim.

49 Müslim.

50 Tirmizi 2155, Əbu Davud 4/225,226, Musnəd 5/317, əl-Albani "Səhih" 2\228.

51 İbn Qeyyim «Şifaul Alil» s. 10, İbn Cərir «Təfsir» Əhməd Şakirin təhqiqi ilə 13/244-250, Əbu Davud 4/224.

52 İmam Əhməd «Musnəd» 1/172, İbn Əbi Asim «əs-Sünnə» 202, İbn Cərir «Təfsir», əl-Albani «Səhih Hədislər Silsiləsi» 1623, "Mişkət" 1/43.

53 Xatib Təbrizi "Mişkət" 1/42.

54 Tirmizi 2642, əl-Albani "Səhih".

55 İbn Teymiyyə – rahmətullahi aleyhi – müşriklərin uşaqlarından danışarkən deyir ki: "Allah onların nə edəcəklərini daha gözəl bilir – Həddi-buluğa çatdıqları zaman Onlardan kimin kafir, kimin isə mömin olduğunu Allah daha gözəl bilir. Əbu Hureyrə - radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Qiyamət günü Allah onların cəm olduqları yerə bir Peyğəmbər göndərəcəkdir. Kim ona tabe olacaqsa Cənnətə, kim də asilik edəcəksə Cəhənnəmə girəcəkdir. Bu zaman Allahın onlar barəsində bildiyi həyata keçəcəkdir. Əməllərinin qarşılığı onlara veriləcəkdir". Məcmuul Fətava 4/246. Ölmüş Körpə Uşaqlar Haqqında Bir Cox Rəylər Var: 1) Onlar Allahın istəyi altındadırlar. 2) Onlar hamısı Cənnətlikdirlər. 3) Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər. Valideyinlərinə tabe olurlar. Valideyinlərindən biri Cənnətə girərsə Cənnətə, Cəhənnəmə girərsə Cəhənnəmə girərlər. Aişə - radıyallahu anhə – deyir ki, peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Müşriklərin kiçik ikən ölən uşaqlarının axirətdə halı necə olacaqdır?”. O: “Atalarına tabe olurlar”. Heç bir əməl etmədən necə atalarına tabe olurlar. O: “Onların nə əməl etdiklərini Allah bilir” deyə buyurdu. Əbu Davud. 4) Torpağa çevriləcəklər. 5) Cənnət ilə Cəhənnəm arasında bir yerdə olacaqlar. 6) Müşriklərin uşaqları Cənnət əhlinə xidmət edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Rəbbimdən kiçik ikən ölən müşrik uşaqlarının Cənnətdə möminlərə xidmət etmələrini istədim. Rəbbim də qəbul etdi”. Həkim, Tirmizi. 7) Bu məsələni araşdıranda susmaq lazımdır. 8) Araşdırmamış susmaq lazımdır. 9) Hamısı Cəhənnəmdədir. 10) Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı 1-ci və 10-cu rəylərdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər doğulan təbiətinə görə (fitrət üzərə) doğular. Sonradan ata-anası onu Yəhudiləşdirər, Xristianlaşdırar, Atəşpərəstləşdirər. Həqiqətən heyvalarda dünyaya sağ-salamat gəlirlər. Məgər sən onların içərisində kəsik qulaqlı doğulan görmüsən. «(Ya Muhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəruiyyəti bilməz». (ər-Rum 30) (Başqa rəvayətdə: Bir nəfər: «Ya Rəsulullah! Əgər uşaq Yəhudi, nəsrani və Məcusi olmamışdan qabaq ölərsə nə deyirsə?». Peyğəmbər: «Allah onların nə edəcəklərini daha yaxşı biləndir)». Müslim 2658. Bu hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmadı ki: "Müsəlmanlaşdırar". Çünki hər doğulanın doğulduğu təbiəti İslamdır. Ayə: Allah qullarını Həniflər olaraq yaratdı və doğru olanı qəbul etmək üçün onlara fərasət vermişdir. Lakin sonradan şeytanlar onları azdırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Rəbbindən buyurduğu rəvayətdə: «Mən qullarımı Həniflər olaraq yaratdım. Lakin sonradan şeytanlar onları dinlərindən sağa-sola sürüklədilər. Onlara halal etdiyimi qadağan etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmağı əmr etdilər». Buxari, Müslim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü bağışlanmış olduqlarını iddia edərək dəlil gətirəcək dörd təbəqədən olan insanlar vardır. Qulağı eşitməyən kar, axmaq adam, yaşlı adam və fitrət zamanı ölən insanlar. Kar belə deyər: «Ey Rəbbim, İslam gəldi lakin mən heç bir şey eşitmədim». Axmaq isə: «Ey Allahım, İslam gəldi lakin balaca uşaqlar belə məni ələ salıb başıma dəvə təzəyi atırdılar». Yaşlı dedi: «İslam gəldi, lakin mən heç bir şey başa düşmürdüm». Fitrət zamanı ölən insanlara gəlincə isə: «Ey Rəbbimiz, sənin elçilərin olan Peyğəmbərlər bizə gəlmədilər». Uca Allah Ona itaət etmələri barədə onlara əhd edir. Oda girin – hökmünü onlara təbliğ etmək üçün onlara bir Peyğəmbər göndərir. Peyğəmbər: «Nəfsim əlində olan Allaha and içirəm ki, əgər onlar oda girsəydilər bu onlar üçün sərinlik və salamatlıq olardı". Təbərani 841, İbn Hibban 1827, Əhməd 4/24, əl-Albani 1434.

56 Buxari, Müslim 2662.

57 Muvatta 3/92, Tirmizi 5/266, Əbu Davud 4/227, Musnəd 1/44,45, əl-Albani "Mişkət" 95, "Səhih".

58 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.

59 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2).

60 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.

61 Fəthul Bəri 11/477, Müslim 2643.

62 Məcmuul Fətava 8/517,540.

63 əl-Həkim «Mustədrək» 2/519.

64 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.

65 Müslim.

66 Buxari, Müslim.

67 Əbu Davud 4/295, Musnəd 5/384,394,398.

68 Buxari «Xalqu Əfalul İbad» s. 25, Beyhəqi «Əsməu və Sifət» s. 23.

69 Müslim 2651.

70 Tirmizi 2142, əl-Albani "Səhih".

71 Müslim 2651.

72 Buxari 6607, Müslim 112.

73 İbn Macə, 2045; Beyhəqi, 7/356. əl-Albani «Mişkətul-Məsabih» 6293-cü hədis.

74 Təbərani «Məcmul Kəbir» 10/223,224, Əbu Nuaym «Hilya» 4/108, əl-Lələkai «Şərhu Usuli Etiqad» 1/126, əl-Albani «Səhih Hədislər Silsiləsi» 1/46.

75 Məcmuul Fətava 8/198.

76 Əbu Davud 2155,3319, Tirmizi 3319, Musnəd 5/317, İbn Əbi Asim "Sünnə" 102-107, əl-Albani "Ziləlul Cənnə" 1/48-50, "Mişkət" 94, "Səhih Silsilə" 133. Şeyx, mühəddi əl-Albani – rahmətullahi aleyhi – sözü keçən bu hədis ilə əlaqəli gözəl bir təhrici vardı. Bu təhricdə «Ona yaz dedi» sözünün başında bir «» və ya «Summə - Sonra» olmasını təhric etmişdir. Buna görə də o, qələmin ərşdən öncə yaranmış olduğunu, ərşin isə yazmadan öncə yradılmış olduğunu təhric etmişdir".

77 Müslim.

78 əl-Hərras «Şərhu Nuniyə» 1/165, İbn İsa Şərhi 1/374.

79 «Səhihul Cəmi» 7461, «Cəmiul Usul» 7574, 7575, 7576.

80 Buxari, Müslim.

81 Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.

82 Aləqa – laxtalanmış qan, ziyil deməkdir. «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2).

83 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.

84 Fəthul Bəri 11/477, Müslim 2643.

85 Tirmizi 2800.

86 İncildə: İsus Navin.

87 Xıdır – yaşıl, yaşıllıq deməkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xıdıra – Xıdır deyilməsinin səbəbi budur: «Xıdır otsuz quru bir yerə oturduğu zaman o, otsuz yer yaşıllıqa qərq olardı (bürünərdi)» Buxari 3402.

88 Buxari 1/169, H. 74, 1/174, H. 78, 1/217, H. 122, 4/445, H. 2267, 3278, 3400, 4726, Müslim 2380.

89 Müslim 2652.

90 Həmçinin Qədəri günaha sübut kimi bu halda da gətirmək olar: Bağışlanmış bir günah. Əgər tövbə etmisənsə və o, günahdan uzaqsansa. O, günahı edə-edə Qədəri dəlil gətirmək isə doğru deyildir.

91 Darakutni «əs-Sifət» s 45, Beyhəqi «əl-Əsmə və əs-Sifət» s 403 Mərfu hədis.

92 əs-Səədi "Təfsir" s. 232.

93 Suyuti «Durrul Mənsur» 2/185.

94 Namaza giriş təkbirindən sonra edilən dua.

95 Müslim 771, Əbu Davud 760, Tirmizi 3422, Nəsai 2/130.

96 İbn Məcə, İmam Əhməd, əl-Albani «Səhih Silsilə» 106.

97 Müslim 2980 – Hicr – Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Saleh – əleyhissəlam – ın qövmü olan Səmudun mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv etmişdir. Tarixçilər Səmudu Nuh – əleyhissəlam – ın nəslindən sayırlar. Səmud b. Cabir b. İram b. Şam b. Nuh. Saleh – əleyhissəlam – İbrahim – əleyhissəlam – dan əvvəl yaşamışdır. Quran surələrinin adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər.

98 Zülm – hər hansı bir şeyi qoyulması lazım olan yerdən başqa bir yerə qoymaqdır. Zülm üç növdür. 1) Allaha qarşı olan zülmdür – «(Ya Muhəmməd!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdir: «Oğlum! Allaha şərik qoşma. Doğurdan da Allaha şərik qoşmaq ən böyük zülmdür». (Loğman 13). 2) İnsanlara qarşı olan zülm. 3) İnsanın özü özünə etdiyi zülm. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zülmdən çəkinin, çünki zülm qiyamət günü zülmətdir» Müslim şərhi 5/441. Əbu Umamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən iki sinif vardır ki, mənim şəfaətimə əsla nail olmayacaqdır. Zalım və gözü zülmdən başqa bir şey görməyən başçı ilə haqdan uzaqlaşan və oğurluq edən hər kəs» Səhih Cəmi 3692. Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah zalıma möhlət verər. Nəhayət onu yaxaladımı artıq buraxmaz» Buxari 5/214, Müslim şərhi 5/444. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qardaşınız istər zalım olsun, istərsə də məzlum ona yardım edin». Səhabələrdən: «Ey Allahın Rəsulu! Məzluma yardım etdik, zalıma necə yardım edək?» deyə sorudular. Peyğəmbər: «Onu zülm etməkdən çəkindirməkdir» Buxari 3/98. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar zalımı görüb onun əllərini zülmdən çəkməzlərsə (Başqa rəvayətdə: «Yaxşılığı əmr edib pislikdən çəkindirməzlərsə») aradan çox vaxt keçməz ki, Allah onları bir cəza ilə hamısını məhv edər (Başqa rəvayətdə: «Sonra ona dua etsəniz də O, sizin duanızı qəbul etməz»)» Səhihul Cəmi 1969, 6947.

99 Həmçinin Bəqərə 279,281, Nisa 40,49,124, Ənam 160, Ənfal 51, Tövbə 70, Yunus 44,47, Hud 101, Nəhl 33,111,118, İsra 71, Məryəm 60, Ənbiya 47, Həcc 10, Muminun 62, Ənkəbut 40, Rum 9, Yasin 54, Kəhf 49, Zumər 69, Zuxruf 76, Casiyə 22, Əhqaf 19, Qaf 29, Fussilət 46 və s. ayələr dəlildir ki, Allah zülm edən deyildir.

100 Müslim 2577, Əhməd «Musnəd 5/160.

101 Əbu Davud 4699, İbn Məcə 77.

102 Buxari 3150, Müslim 1061.

103 İbn Adi "Kamilə", Təbərani "Mucəmul Vasit", əl-Albani "Səhih Cəmi" 3232.

104 Buxari, Müslim.

105 Buxari 1283, Müslim 926.

106 Buxari, Müslim.

107 Buxari, Müslim 2647,2648.

108 Buxari, Müslim.

109 Tirmizi 2135, əl-Albani "Səhih".

110 Tirmizi 2141, əl-Albani "Həsən".

111 Səbəblərdən istifadə etdiyin zaman Allaha etimad etməlisən. Çünkü səbəb də, nəticə də Allahın təqdiri ilədir. İnsan səbəbdən tutduğu zaman səbəbə deyil Allaha güvənməlidir. Əgər tək səbəbə güvənərsə o, yalnız, tək qalar. Ona heç bir kömək olunmaz. Rəsulullah - səllallahu aleyhi və səlləm – duasında buyurur ki: «Ya Həyyu! Ya Qayyumu! Rəhmətinlə yardım diləyirəm. Bütün işlərimi islah et və məni bir göz qırpımı belə öz ixtiyarıma (nəfsimə) buraxma». Həkim 1/545, «Səhihul Tərğib vət Tərhib» 1/273. Səbəbin özündən tutmaq vacibdir. Lakin bununla bərabər Allaha etimad olunmalıdır.

112 Buxari 5645

113 Tirmizi 2398, əl-Albani zəif.

114 Buxari «Tıbb» 56, Müslim «İman» 109, 175, Tirmizi 2044, 2045, Əbu Davud 3872 Həmçinin başqa rəvayətdə: Sabit b. Dahhaq - radıyallahu anhu – (ağac altında Peyğəmbər – sallallahu aleyhi və səlləm – beyət edənlərdən biridir) rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim İslamdan başqa bir din adına yalandan and içərsə o, kimsə elə dediyi kimidir, kim də özünü bir şeylə öldürüb (intihar edərsə) Qiyamət günü ona o, şeylə də əzab verilər, bir kimsəni yerinə yetirə bilməyəcəyi (gücü çatmadığı) bir şeylə nəzir etməsi mötəbər deyildir, mömini lənətləmək onu öldürmək kimi bir şeydir, kim özünü bir şeylə kəsərsə Qiyamət günü o, şeylə kəsilir, hər kim bir mömini küfürdə ittiham edərsə onu öldürmüş kimidir, hər kim malı çox olsun deyə yalan bir iddia edərsə Allah ona mal azğınlığından başqa bir şey verməz». Buxari 6047, Müslim 110, Tirmizi 2638, Əbu Davud 3257, Nəsai 5-7.

115 Buxari, Müslim.

116 Buxari 3464, Müslim 2964.

117 İbn Kəsir «Təfsir» 4/314.

118 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.

119 Buxari 1/255, Müslim 1/414.

120 Buxari, Müslim.

121 Buxari, Müslim.

122 Buxari 5647, Müslim 2571.

123 Tirmizi 2401.

124 Buxari 6424.

125 Buxari 5653.

126 Buxari 5645.

127 İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Dua baş verən və baş verməyən (hadisələrdən) kömək edir. Ey Allahın qulları! Allaha dua edin". Həkim, əl-Albani "Səhih Cəmius Sağir" 1/641.

128 Cavabul Kəfi s. 24.

129 İbn Həcər "Fəthul Bəri" 10/179.

130 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834.

131 Müslim 2956.

132 Himmə – Qarşındakı çətinlikləri asant görmək, iradə sahibi.

133 Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834, əl-Albaninin təhqiqi ilə «Riyadus-Salihin» 63.

134 Əbu Davud 3699.

135 Buxari, Müslim.

136 Beyhəqi.

137 Müslim.

138 Müslim 2999.

139 Tirmizi 2398, əl-Albani zəif.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin