4) Gündəlik Qədər
«Göylərdə və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O, hər gün (hər an) bir işdədir. (Birini öldürər, birini dirildər, zalimə zülm edər, acizə kömək, birinin duasını qəbul edər, birinə mərhəmət əta edər, digərinə cəza verər. Bir işlə məşğul olmaq onu digərindən yayındırmaz)». (ər-Rəhman 29). İbn Abbas - radıyallahu anhu – deyir ki, şübhəsiz Allahın yaratdıqları içərsində ağ incidən Lövhi-Məhfuz da vardır. Onun hər iki qapağı qırmızı bir yaqutdandır. Qələmi nurdur, yazısı da nurdur. Hər gün ona üç yüz altımış dəfə baxar. Bu baxışların hər birində yaradır, ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər nə diləyərsə onu da edər və bu ayəni oxudu: «O, hər gün (hər an) bir işdədir». (ər-Rəhman 29)63.
3. Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmətlə Allahın iradəsi və qüdrəti ilə meydana gəlir. Kainatda Allahın diləməsi olmadan heç bir şey vücuda gəlməz. O, dilədiyini rəhməti ilə hidayətə yönəldir, dilədiyini hikməti ilə sapdırır. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edəndir». (İbrahim 27). «Əgər Allah istəsəydi sizi (eyni dində olan) tək bir ümmət edərdi. Allah dilədiyini yoldan çıxardar, dilədiyini isə doğru yola salar. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız». (ən-Nəhl 93). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər». (əl-Ənam 39). «(Ya Muhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir». (əl-Qəsəs 56). Dilədiyi hər bir şey qaçınılmaz olaraq onun qüdrəti ilə olur. Olmaması mümkün deyildir. Olmasını diləmədiyi isə olmaz. «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!» deməkdir. O, da dərhal olar. (Yasin 82). "Allah istəsəydi, onları yığıb doğru yola salardı". (əl-Ənam 35). "Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!". (əl-Ənam 107). "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir)". (Yunus 99). "Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi). Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər)". (Furqan 45-46). "Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!". (əl-Maiidə 48). Qurani Kərimdə bu cür ayələr çoxdur. Əgər bir şey baş vermirsə bu o, demək deyil ki, Allah buna qadir olmadı. Əsla, Allah bunu belə istəyir. Allah hər bir şeyə qadirdi.
O, qulları üçün nəyi dilərsə o, da olur. Nəyi də diləməzsə, insanların hamsı bunun olmasını diləsələr də belə onun olması mümkün deyildir. «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyr diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan və rəhm edəndir». (Yunus 107). «(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən Allah (hər şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29). İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə bir neçə nəsihət verərək buyurdu: «…Bunu da bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur»64. «Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir». (əl-Buruc 16). Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğullarını qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. Rəhman onları dilədiyi (istədiyi) yerə çevirib döndərir»65. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah istədiyi vaxt ruhlarmızı aldı və istədiyi vaxt onları geri qaytardı»66. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Allah istəsə və filan kişi istəsə deməyin. Yalnız Allah istəsə deyin»67. O, etdiyi heç bir şeydən soruşulmaz, yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən kənara çıxa bilməz. «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23). «…Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlardan bəziləri Allaha iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-birləri ilə vuruşmaz-dılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə 253). «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət və hikmət sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir Peyğəmbər üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla boşla getsin». (əl-Ənam 112).
4. Uca Allah hər şeyin yaradıcısı olduğuna, göylərdə və yerdə onlar arasında olan hər şeyi onun yaratdığına inanmaqdır. Ondan başqa bir yaradıcı, ondan başqa Rəbb yoxdur. Ondan başqa hər nə varsa yaradıl-mışdır. O, əməldə olan hər kəsi və onun əməlini, hərəkət edən hər bir varlığı və hərəkətini yaradandır. «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əs-Saffat 96). «And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz Allahdır». (ər-Rum 40). «Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11). «…Lakin Allah imanı sizə sevdirmiş, onu ürəklərnizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır….». (əl-Hucurat 7). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah bir işi edəni və onun etdiyi işi yaradandır»68.
Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına (yəni pis və yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc və qüvvəti olmasına zidd deyildir. «Allahdan (Allahın əzabın-dan) bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin. Özünüz üçün qabaq-cadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).
Qədərə iman gətirmək kamil olmaz ta ki, insan bu dörd şeyə iman gətirmədikcə.
QƏDƏRİ DƏLİL GƏTİRMƏK
Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil gətirməsi doğru deyildir.
1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək olanların hamsını bilir. Bunların saylarında artma və əskilmədə olmaz. Allah hər insanın ana bətnində ikən iman əhli mi, yoxsa küfr əhli mi olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır. Allahın bu haqda elmi əsla dəyişməz.
Yenə də quların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də Allaha bəllidir. Bu Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir. Bir kimsə pis əməldən sonra saleh əməl etmək yazılmışsa o, etdiyi pis əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməl işlədiyi halda həyatı Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli olaraq yazılar. Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın diləməsi ilə mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. Sad - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan xeyrli əməllər edər. Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cəhənnəmliklərə aid pis əməllər edər. Halbuki o, Cənnətlikdir»69. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər Allah bir quluna xeyir diləyərsə onu istəfadə edər". Biz: "Necə istifadə edər? Ya Rəsulullah" dedik. Peyğəmbər: "Ölüm anında ona saleh əməl etməyə yardımçı olar" deyə buyurdu70. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman Cənnət əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cənnət əhlinin əməli ilə son olub möhürlənər»71. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Xeybər günü müşrik Yəhudilərlə qarşılaşdı. Bu döyüşdə səhabələrin içindən olan bir nəfər mərdanə düşmənlərə qarşı vuruşurdu. Səhabələr: «Bu gün bizdən heç kimsə filankəsin göstərdiyi igidlik kimi igidlik göstərməyib» dedilər. Peyğəmbər: «O, Cəhənnəm-likdir» deyə buyurdu. Səhabələrdən biri onu izləməyə başladı. Nəhayət döyüş əsnasında o, kimsə ağır yaralandı və ağrıdan ölmək istəyən o, kimsə qılıncının iti ucunu qarnına arxa tərəfini isə yerə diriyərək üstünə sancıldı və öldü»72. Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz Peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurur-sunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı.
2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlili və ya bir iddiası yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə Peyğəmbərlər göndərmiş və qulun əməlini ona başa salaraq bunu qulun qazandığı olaraq təqdir etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165). Əgər Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi, peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırılmamalıydı. Lakin əksinə Allah peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə qədəri dəlil göstərməkdə heç bir əsası yoxdur.
3) Uca Allah əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə onu sorumlu etmişdi. «Allahdan (Allahın əzabından) bacardığı-nız qədər qorxun». (ət-Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul əməllərini etməyə məcbur olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan ötrü sorumlu olmayacaqdır. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib»73.
4) Uca Allahın qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi əməlin meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada faildir. Allah da onların feillərini (əməllərini) yaradandır. Qul mömin, kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda iman və əməlləri yaradan da Allahdır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti, iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da Allahdır. Sonra da xeyr və şərri bir-birindən ayırd etmək üçün ağıl da vermişdir. «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29).
5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəldiklərini, onları əldə etməyə çalışdıqlarını, (xeyrli işləri) kənara qoyaraq uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı) buraxaraq zərərli (haram) şeylərə yönələrək qədəri dəlil göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi? Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu iki yoldan hansını seçər? Əlbətdəki rahatlıq və ədalətli olan ölkəyə aparan yolu seçər. Heç vaxt ağlı başında olan adam birinci yolu seçib bununlada qədəri dəlil gətirməz. O, halda axirət ilə əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.
6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil göstərən bir kimsənin malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib və qədəri dəlil göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan bu haqsızlığım Allahın qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil göstərilməsini qəbul etmirsə, Uca Allahın haqlarını tapdalayaraq qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin əmri Ömər b. əl-Xəttab - radıyallahu anhu – nun dövründə oğurluq üçün əlinin kəsilməsi hökmü verilmiş birisini gətirirlər. O, da əlinin kəsilməsi qərarını verdikdə oğru: «Ağır ol! Ey möminlərin əmri. Mən Allahın qədəri ilə oğurluq etdim» dedi. Ömər - radıyallahu anhu – da: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik» deyə cavab verdi.
Qədərin əsli Allahın sirridir. O, haqda biliyə nə bir mələk, nə bir peyğəmbər, nə də onlardan aşağı olan hər hansı bir insan sahib deyildir. Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür fikirlər yürütmək doğru deyildir. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərdən danışanda susun»74. Əli - radıyallahu anhu – deyir ki, qədər Allahın sirridir. Onu açmayasan. Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar. Şişirdər və həddi aşar. Çünki qədərin həqiqətini Allahdan başqa heç kəs bilməz. İnsanlar nə qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə vara bilməzlər. Ancaq biz, Əhli Sünnə vəl Cəmaat Allahın hər şeyi bildiyinə, yazdığına iman edirik. «Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamsı Rəbbimiz tərəfindəndir» deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7).
ALLAH - Subhənəhu Və Təalə – NİN İRADƏSİ (İSTƏMƏSİ)
Əhli Sünnə Vəl Cəmaat iman gətirir ki, Allah - subhənəhu və təalə – istədiyini edəndir. «O, istədiyini edəndir». (əl-Buruc 16). Allah nəyi istəmişsə onu da edir və Ona mane olan bir şey də yoxdur. Məxluqa gəldikdə isə o, istədiyini edə bilmir. Çünki bəzən görürsən ki, insan bir şeyi istəyir lakin onu etməyə aciz və qadir olmur. Bəzən də bir şeyi etməyə qadir olduğu halda istəyir lakin onunla istədiyi şey arasına maneə girir. Məxluq hər dəfə istədiyini edə bilmir. Lakin Allah istədiyini istədiyi vaxt «OL!» deməklə edir. «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!» deməkdir. O, da dərhal olar. (Yasin 82) və etdiyi şeylər barəsində soruşulmur. «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23) – Bu ayədə sorğu-sual olunmaz – sözündən qəsd Allahın etdiyi hər bir iş hikmətə uyğundur. Heç kəs deyə biməz ki, Allah bu işi əbəs yerə edib. İnsanlar isə etdikləri işlər barəsində sorğu-sual ediləcəklər. Çünki onlar hər bir işi hikmətlə edə bilməzlər.
Biz iman gətiririk ki, Allahın iradəsi (istəyi) iki cürdür: 1. Kovni İradə. 2. Şəri İradə.
Kovni İradə – Allahın yaratması, əzəli qədər və s. başa düşülür. Allahın istədiyi şey mütləq mənada olmalıdır. Olmaması mümkün deyildir. Kovni iradə baş verən hər bir şeyi əhatə edir. İstər şərr olsun, istər xeyir. O, baş verən şeyin Allaha sevimli olması da vacib deyildir. Məs: İblisin və əsgərlərinin var olmasını diləməsi kimi, insanların etdikləri günahları, fahiş işləri Allah kovni olaraq istəyib. Lakin Allah kafirləri sevməz, fasiqlər topluluğundan razı qalmaz, həyasızlığı əmr etməz, qullarının da kafir olmalarına razı olmaz, fəsadı da sevməz. «Allah fitnə-fəsadı sevməz». (əl-Bəqərə 205). «Yer üzündə təkəbbürlə gəzib dolaşma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən. Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən pis şeylərdir». (əl-İsra 37,38). «Amma bəndələrinin küfr etməsi Ona xoş getməz». (əz-Zumər 7). Allah təqva sahiblərini, ehsan edənləri, ədalətli olanları, iman edib saleh əməl işləmələrini Allah kovni olaraq istəyir və həmçinin də bu əməllər Allaha sevimlidir. Kovni iradə mütləq baş verir və onun gecikməsi də mümkün deyildir. Həmçinin də bu baş verən şeyin də Allaha sevimli olması şərt deyildir.
Bəs onda Allah necə sevmədiyi bir şeyi istəyə bilər. Allahı məcbur edənmi var? İnsanlar içərisində heç kəs istəmədiyi bir şeyi etmir. Lakin biz deyirik ki, heç kəs və heç nə Allahı bu aləmdə məcbur edə bilməz. Lakin Allahın sevmədiyi bir şeyi istəməsində xeyir vardır. Hansıki o, xeyir məsləhət xoşlamadığı bir şeydən daha da üstündür. Məs: Kafirlərin küfrü. Əgər onlar küfr etməsəydilər Allahın yaratdıqlarında etdiyi hikməti yoxa çıxardı. Əgər kimsə mömin, kimsə kafir olmasaydı artıq əmrlər və qadağalar yoxa çıxardı. «Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!». (ət-Təğabun 2). «Əgər Rəbbin istəsəydi bütün insanları tək ümmət edərdi… Artıq Rəbbinin: «Mən Cəhənnəmi bütün cinlər və insanlarla dolduracağam!» – sözü təmamilə yerinə yetdi». (Hud 118,119). Allah ayədə buyurur ki, Cəhənnəmi insanlar və cinlərlə doldurmaq kəliməsi artıq tam olaraq yerinə yetdi. Əgər Allah onları müxtəlif yaratmasaydı Allahın vədi yerinə yetməzdi. Əgər insanlar bir ümmət və bir dində olsalardı onda mömin və kafir bilinməzdi. «Məgər biz müsəlmanları kafirlərlə eynimi tutacağıq!». (Nun 35). «Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq. Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik». (Sad 28). «Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər! Onlar nə pis mühakimə yürüdürlər!». (əl-Cəsiyə 21).
Əgər sizə sual verilsə ki, Allah məni hidayət yolundan uzaqlaşdırıb həlak yoluna yönəldərsə O, mənə yaxşılıq edib, yoxsa pislik. Cavab: «Əgər O, sənə sənin haqqını verməyibsə artıq pislik etmişdir. Əgər öz fəzilətindən verməmişsə o, da Allahın rəhmətindəndir ki, qullarından istədiyinə verir. Məs: On kasıb sənin qarşında durub ki, sən onlara nə isə verəsən. Sən də beş nəfərə nə isə verirsən. Sən vermədiklərinə pislikmi etdin? Xeyr. O, beş nəfərə isə öz fəzilətindən istədiyinə verdin. Həmçinin Allah da hidayəti fəziləti ilə istədiyinə verir. «Əgər Allah istəsəydi bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillədən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Onlardan bəziləri Allaha iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah öz istədiyini edər!». (əl-Bəqərə 253). Onların döyüşmələri Allaha sevimli deyildir. Lakin Allah kövni olaraq bunu istəyir. «Əgər Allah sizi azdırmaq istəyirsə mən sizə nəsihət vermək istəsəm də heç bir faydası olmaz. O, sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız». (Hud 34).
Şəri İradə – Şəri iradə Allahın sevdiyi, razı qaldığı, şəriət etdiyidir. Günahları və bu günahları edənləri sevmir və insanlara da əmr etmir. Bunu Kovni qədər ilə yaratsa da belə. Bundan razı deyil və sevmir. Başqa bir şey ola da bilməz. «Allah sizə bilmədiklərinizi bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah hər şeyi biləndir və hikmət sahibidir! Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə düz yoldan sapdırmaq istəyirlər. Allah istər ki, üzərinizdə olan ağırlığı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır». (ən-Nisa 26-28). «Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz!» (əl-Maidə 6). «Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!» (əl-Əhzab 33). Şəri istək kovni istəyin tam əksidir. Şəri istəkdə hər bir şey Allahın sevdiyi şeylərdir. Lakin şərrən istədiyi şey hər zaman baş vərməyə də bilər. Məs: Allah istəyir ki, qullarının ibadət etmələrini, əmr etdiklərini yerinə yetirməyi və qadağan etdiklərindən çəkinmələrini, mömin olmalarını istəyir. Lakin bu hər zaman baş verməyə də bilər. Hamı mömin deyildir. Bu şəri istəkdir. Lakin kovni istəklə Allah onların kafir olmalarını istəyir. Kovni istək də mütləq baş verir. Allahın kovni və şəri iradəsi də hikmətə tabedir.
KOVNİ VƏ ŞƏRİ İRADƏ ARASINDA FƏRQ
1. Kovni iradə Allahın əzəli istəyi və yaratması ilə bağlıdır. Kovni iradə baş verir Allah bu iradədən razı qalsa da, qalmasa da belə. Şəri iradə isə Allahın məhəbbəti, razı qalması, şəriət etməsi ilə bağlıdır.
2. Kovni iradə mütləq baş verəcəkdir. Baş verməməsi mümkün deyildir. Şəri iradə isə yalnız səbəbləri götürənlərdə baş verir. Ola bilər ki, baş versin. Ola bilər ki, baş verməsin.
3. Kovni iradə Allahın məhəbbətindən aslı deyildir, şəri iradə isə Allahın məhəbbətindən aslıdır.
4. Kovni iradə bütün məxluqata yonəldilmişdir, şəri iradə isə mükəlləflərə (ağlı başında olan və həddi-buluğa çatanlara) yönəldilmiş-dir. Məs: Körpə uşağa biz namaz qılmağı əmr etmirik. Çünki həddi-buluğa çatmayıb və ağlı da başında deyildir. Lakin kovni olaraq o, uşağın ağlaması, külməsi yazılmışdır.
KOVNİ VƏ ŞƏRİ İRADƏYƏ ƏSASƏN ALLAHIN İRADƏSİ BU DÖRD HALDA OLA BİLƏR
1. Allahın hər iki iradəsinin eyni anda baş verməsi: Kovni və Şəri iradənin bir insanda cəm olması Saleh əməllər etməsi və qadağalardan çəkinməsidir75.
2. Yalnız Şəri iradə ilə baş verir, kovni iradə isə yox. Bu o, saleh əməllərdir ki, Allah bizlərə şərən buyurub. Lakin bu əməlləri kafirlər, fasiqlər tərk edərək asiliklər edirlər. Kafirlərə iman gətirmək əmr olunub, fasiqlərə isə asiliklər etməmək əmr olunmuşdur. Lakin onlar Allahın şəriətinə müxalif çıxaraq asiliklər edirlər və bu da kovni olaraq baş verir, şəri olaraq isə yox. Allah Fironun, Əbu Cəhlin, Əbu Talibin iman gətirib, saleh əməl etməsini istəyirdi, lakin kovni olaraq bu belə deyildir. Ona görə də kovni iradə baş verir, şəri iradə isə yox. Baş verib-verməməsindən aslı olmayaraq Allah Şəri iradədən razıdır.
3. Yalnız kovni iradədən aslı olan əməllərdir. Allah həmən əməlləri Kovni olaraq istəyib və qədər edib, lakin edilməsini bizlərə əmr etməyib. Bu da mübah olan əməllər, fasiqlik, asilik, fahiş işlər və s. Allah bunları sevmir və bunlardan razı da deyildir. Lakin Qədər edibdir. Şərən isə bizə buyurmamışdır.
4. Allah onu nə Kovni olaraq istəyib, nə də Şəri olaraq istəyib. Bu növə baş verməyən və yaradılmayan asiliklər, icazəli əməllər daxildir. Asiliklər olduğuna görə Allah sevmir, istəmir. Kovni olaraq istəmədiyinə görə də baş verməyib. Kovnən onu istəməyib, istəsəydi baş verərdi.
ƏRŞ VƏ QƏLƏM
İbn Ömər, Ubadə İbn Sabit və İbn Abbas - radıyallahu anhum – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Allahın ilk yaratdığı şey qələmdir». Ona: «Yaz!» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» dedi. Allah: «Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz!» deyə buyurdu76. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır. Ərşi də suyun üzərində idi»77.
Bu hədislərə görə elm adamları Ərş və qələmin hansının daha öncə yaradılmış olduğu xüsusunda fərqli görüşlərə sahibdirlər. Böyük elm adamı İbn Qeyyim – rahmətullahi aleyhi – bu xüsusda iki görüş nəql etmiş və ərşin qələmdən öncə yaradılmış olduğu görüşünü tərcih etmişdir. O, «ən-Nuniyə» adlı əsərində deyir: «İnsanlar görüş ayrılığına düşmüşlər. Qələm xüsusunda, ərşdən öncəmi idi? Yoxsa ondan sonramı idi? İki görüş vardır. Əbu Əla əl-Həmədaniyə görə həqiqət budur ki, ərş öncədir. Çünki yazmadan əvvəl onun (ərşin) rukunları vardı. Yazma isə sonradan gerçəkləşir»78.
Hədisdən də göründüyü kimi qələmin yaradılması (yəni qədərin yazılması) ərşin yaradılmasından sonra meydana gəlmişdir. Məxluqatın qədəri isə Qələmin yaradılması ilə birlikdə olmuşdur. Bu qələm də qələmlərin ilki, ən fəzilətlisi və ən dəyərlisidir. Təfsir alimlərinin bir çoxu belə deyirlər: «Bu qələm Uca Allahın: «Nun! And olsun qələmə». (Qələm 1) buyurduğunda and içdiyi qələmdir».
Birinci - qələm qiyamət gününə qədər meydana gələcək hər bir hadisəni və hər bir varlığı yazmış olduğuna görə bütün bunlar qələm ilə yazılana uyğun olaraq meydana gəlirlər. Buna görə də insanın başına gələn hər bir şey onu ötüb keçməməli idi. Onu ötüb keçən hər bir şey isə onun başına gəlməməli idi. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərin xeyri və şərri ilə Allahdan olduğuna iman etmədikcə və sənin başına gələn hər bir şeyin səni ötüb keçməməsinə, sənin başına gəlməyən bir şeyin isə sənə toxunmamasına kəsinliklə inanmadıqca heç bir qul iman etmiş olmaz»79.
İkinci - qələm isə vəhy qələmidir. Allahın Peyğəmbərlərinə və Rəsullarına göndərmiş olduğu vəhyi yazdığı qələmdir. Bu qələmlərin sahibləri mələklərdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – İsra gecəsində qələmlərin cızıltılarını eşitdiyi bir yerə qədər çıxarılmışdır80.
Üçüncü - qələm isə Mələyin, insan ana bətnində olarkən göndərilərək ona ruh üflər və dörd şeyi yazmaqla əmr olunar. Əbu AbdurRahmən Abdulla b. Məsud – radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə81 şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər aləqa82 şəklində olur. Sonra yenə bu müddət qədər mudğa83 şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»84.
Dördüncü - qələm qulun həyata gəlməsi ilə onun əməllərini yazan qələmdir. Bu da Kiramə və Kətibin mələkləridir ki, Adəm oğullarının əməllərini yazırlar. Allah onları üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi ancaq ayaq yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl dəftərinizə) yazır-lar». (Yunus 21). «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltıla-rını və xəlvəti danışıqlarını eşitmirik! Xeyr, yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara ikramınız olsun»85.
MUSA VƏ XIDIR
– Əleyhimussəlam –
Bəzən insanlar Allahın qədəri ilə baş vermiş hadisələrdə olan hikməti anlaya bilmir və ya görmürlər. Lakin hərdən Allah insanlara bu hikməti açaraq göstərir və insanlar baş vermiş bədbəxtçiliyin, zülmün, fəlakətin onlar üçün fayda və xeyirlərlə dolu olduğunu görürlər. Buna misal olaraq: Musa və Xıdır - əleyhimussəlam – ın hadisəsini söyləmək kifayət edər.
Səid b. Cubeyr - radıyallahu anhu – deyir ki, İbn Abbas - radıyallahu anhu – ya dedim: «Kufədə Noufa əl-Bikali adında bir nəfər vardır. İddia edir ki: Xızır – əleyhissəlam – ilə olan Musa – əleyhissəlam – İsrail Övladlarına göndərilən (Peyğəmbər) olan Musa – əleyhissəlam – deyildir. İbn Abbas - radıyallahu anhu – (qəzəblənərək) Allahın düşməni yalan söyləmişdir. Həqiqətən mənə Ubey b. Kəb - radıyallahu anhu – belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Bir gün) Musa – əleyhissəlam – İsrail oğullarına xütbə ilə müraciət etdi. Müraciətdən qəlblər yumşaldı və gözlər isə yaşardı. Sonra onlardan bir nəfər Musanın arxasınca gedərək (və ya İsrail oğulları): «İnsanların ən elmlisi (alimi) kimdir?» deyə soruşdular. Musa: «İnsanların ən elmlisi (alimi) mənəm? (Başqa rəvayətdə: Bilmirəm)» deyə cavab verdi. Lakin bu xüsusda elmi: «Allah ən gözəl bilir!» deyərək Allaha həvalə etmədiyindən ötrü Allah onun bu sözlərinə etiraz bildirərək: «Həqiqətən iki dənizin qovuşduğu yerdə mənim qullarımdan biri vardır ki, o səndən də çox elmlidir!» deyə ona vəhy etdi. Musa: «Ya Rəbbim! Mən onunla necə görüşə bilərəm?» deyə soruşdu. Ona: «Zənbilin içinə bir balıq qoy və (səfərə çıx), harada balığı itirsən mənim qulum orada olacaq! (Başqa rəvayətdə: Ölü balığı götür və onunla (Xızır) ilə görüşəcəyin yerdə balığa can veriləcəkdir)» deyə buyrudu. Bundan sonra Musa, yanında gənc xidmətçisi olan Yuşa b. Nun86 ilə birlikdə səfərə çıxdılar. Balığı zənbilin içində (xidmətçisi) daşıyırdı.
Nəhayət (iki dənizin qovuşduğu yerdə) bir qayanın yanına çatdılar. (İstirahət üçün qayanın yanında) Musa və yanındakı gənc xidmətçisi yuxuya daldılar. Bu an (zənbildə gətirdikləri) balıq zənbildən sıçrayıb çıxaraq dənizdə bir yarğana tərəf üz tutdu. (Dəniz içində belə bir yarğanın (yolun) açılması) Bu hal gənc xidmətçini çox təcübləndirdi. Xidmətçi bu haqda Musa – əleyhissəlam – xəbər verməyi unutdu. (Oyandıqdan sonra) onlar yollarına davam edərək bütün gecəni yol getdilər. Səhər açıldıqda, Musa öz xidmətçisinə: «Nahar yeməyimizi gətir. Bu səfər bizi lap əldən salıbdır!» dedi. Halbuki Musa (görüş üçün) əmr olunduğu yeri keçmədikcə heç bir yorğunluq hiss etməmişdir. Xidmətçisi: «İş burasındadır ki, biz qayanın yanında olduğumuz vaxt mən balıq haqqında təmamilə unutmuşdum. Doğrusu onu xatırlamağı mənə şeytandan başqası unutdurmadı. Balıq (dirilib) əcaib bir şəkildə dənizə tərəf yollandı!» deyə cavab verdi. Musa: «Elə bizim axtardığımız da budur!» deyə cavab verdi. Onlar öz izlərinə (ləpirlərinin) izinə düşərək gəldikləri yoll geri qayıtdılar. Gənc xidmətçi balığın getdiyi yeri ona göstərdi. Musa: «Mənə vəsf olunan yer elə buradır deyərək ətrafında o, şəxsi axtarmağa başladı. Nəhayət qaynın yanına çatdıqda əbaya bürünərək arxası üstə yatmış vəziyyətdə birisini – Xıdırı87 gördülər (Başqa rəvayətdə: Xızır – dənizin ortasında, yaşıl xalçanın üzərində, əbasına bürünmüş olaraq gördük. Əbanın bir ucu ayaqlarının altında, digər ucu isə başının altında idi)». Musa: «Əssələmu Aleykum!» deyə onu salamladı. Xıdır üzünün örtüyünü açaraq: «Və Aleykuməs Salam! Sənin ölkəndə belə bir salam haqqında haradan bilirlər?» deyə soruşdu. Musa: «Mən – Musayam!» deyə cavab verdi. Xıdır: «İsrail oğullarından olan Musasan?» deyə soruşdu. Musa: «Bəli!» deyə cavab verdi. Xıdır: «Sən Allahın sənə öyrətdiyi elə bir elm üzərindəsən ki, mən onu bilmirəm. Mən də Allahın mənə öyrətdiyi elə bir elm üzərindəyəm ki, sən onu bilmirsən!» dedi. Musa: «Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?» deyə soruşdu. Xıdır: «Doğrusu sən (məndən öyrənmək üçün) mənimlə bir yerdə əsla səbr edib dözə bilməzsən. Axı sən (batininə, mahiyyətinə bələd olmadığın) bilmədiyin bir şeyə necə səbr edib dözə bilərsən (Başqa rəvayətdə: Məgər sənə əlində olan Tövrat və vəhyin gəlməsi kifayət deyilmi?). (Yəni – sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir)» deyə cavab verdi. Musa: «İnşəallah! Mənim səbrli olduğumu görəcəksən və sənin heç bir əmrindən çıxmayacağam!» deyə cavab verdi. Xıdır: «Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etmədikcə məndən heç bir şey haqqında soruşma» deyə cavab verdi. Musa: «Bəli!» dedi. Xıdır ilə Musa – əleyhimussəlam – gəmiləri olmadığı üçün dənizin sahili ilə getməyə başladılar. (Bir müddətdən sonra) bir gəminin yanına çatdılar. Onları da gəmiyə götürmələri üçün (dənizçilərdən) xahiş etdilər. Gəmiçilər Xıdır - əleyhissəlam – ı tanıdıqları üçün onlardan heç bir gediş haqqı da tələb etmədilər. (Bir müddətdən sonra) bir sərçə uçub gələrək gəminin kənarına qondu və dənizdən bir, iki dimdik su götürdü. (Bunu görəcək) Xıdır: «Ya Musa! Sənin aldığın elm ilə, mənim aldığım elm Allahın elmindən bu sərçənin dənizdən əskiltdiyi qədər belə əskiltməz!» dedi. (Bir müddətdən sonra) Xıdır gəminin (taxtalarından) birinə əl atıb onu sökməyə başladı. Musa: «(Bu) insanlar bizi öz gəmilərinə heç bir gediş haqqı tələb etmədən götürdülər. Sən isə bilə-bilə onların gəmilərini deşdin ki, onları suya qərq edərək batırasan. Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Unutduğum bir şeydən ötrü məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!» dedi. Beləliklə Musa – əleyhissəlam – (səfərin ilk başında) birinci dəfə unutqanlıq göstərdi. Gəmidən düşdükdən sonra onlar yollarına davam etməyə başladılar. (Bir müddətdən sonra) uşaqlarla oynayan gözəl (kafir) bir oğlan uşağını gördülər. Xıdır – əleyhissəlam – dərhal (uşaqlarla oynayan) oğlan uşağının yanına yaxınlaşaraq əliylə onun başından tutub yerində qopardı! (Başqa rəvayətdə: Yerə yıxaraq onu bıçaqla urdu)». Musa: «Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak, məsum bir cana qəsd etdin? Doğrusu olduqca məzəmmətə layiq bir iş gördün!» dedi. Xıdır: «Mən sənə demədimmi ki, sən mənimlə bir yerdə (görəcəyim işlərə) görə əsla səbr edib dözə bilməyəcəksən!» deyə cavab verdi. Musa: «Əgər bundan sonra səndən bir şey haqqında xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzürlüsən (məni atıb getməyə haqqın vardır) deyə cavab verdi. Sonra yenə də yollarına düzəlib getdilər. Axırda bir məmləkətin əhalisinə yetişib, onlardan yeməyə bir şey istədilər. Məmləkətin əhalisi onları qonaq (müsafir) etməkdən çəkindilər. Onlar o, məmləkətdə yıxılmaq (uçulmaq) üzərə olan bir divar gördülər. (Xıdır) o, divarı əlilə düzəltdi. Musa: «Bunlar elə bir qövümdür ki, biz onların yanına gəldik, lakin onlar bizi qonaq (müsafir) etməkdən çəkindilər. İstəsəydin sözsüz ki, bu iş müqabilində onlardan (çörək pulu) alardın!» dedi. Xıdır: «Bu o, deməkdir ki, artıq biz səninlə ayrılmalıyıq. Zahiri gördüyün və dözə bilmədiyin şeylərin daxili mənasını (batinini, mahiyyətini) sənə xəbər verəcəyəm.
Belə ki, gəmiyə gəlincə o, dənizdə işləyən bir qurup yoxsula məxsusdur. Ona görə mən onu xarab etdim ki, bu adamların arxasında hər bir yaxşı gəmini zorla (ədalətsiz olaraq) ələ keçirən bir hökmdar (Hudad b. Budad adlı hökmüdar) vardır. Gəmini almaq üçün gələn hökmüdar onun deşik olduğunu gördüyü zaman onu zorla ələ keçirməkdən vaz keçdi. Sonra gəmi sahibləri o, gəmini taxta ilə düzəldib təmir etdilər. Oğlan uşağına gəldikdə isə onun ata-anası mömin kimsələr idi. (Mən onun daxilinə baxıb) gördüm ki, həddi-buluğa yetişdiyi zaman kafir olacaqdır. Böyüdükdə isə ata-anasını da öz arxasınca azğınlığa, küfrə sürükləyəcək-dir. İstədim ki, Rəbbi onun əvəzində onlara daha təmiz və ata-anasına qarşı daha mərhəmətli olan başqa bir övlad versin (Başqa rəvayətdə: Qız övladları dünyaya gəlir). Divara gəldikdə isə o, məmləkətdə yaşayan iki yetim oğlanındır. Altında onlara çatan bir xəzinə vardır. Onların atası əməlisaleh bir adam idi. Allah onların həddi-buluğa çatmalarını və Rəbblərindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxarmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim. (Yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili (batini) mənası budur!» dedi. Peyğəmbər: «Allah Musaya rəhmət etsin! İstərdim ki, o, daha çox səbr edərdi və biz də onların aralarında baş verən hadisələrdən daha çox xəbərdar olardıq!» deyə buyurdu88.
Bu dünyada baş verən hadisələrdən danışdığımız zaman Allaha qarşı ədəb formalarına diqqət etməliyik. Xıdır – əleyhissəlam – xeyirin (bərəkətin) Allahdan olduğuna: "Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi". (əl-Kəhf 82), Həmçinin Musa – əleyhissəlam – ın köməkçisi balıq barədə unutduqda demədi ki: "Bunu mənə Allah unutdurdu". Əksinə bunu Şeytana nisbət etdi. "Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu". (əl-Kəhf 63). Şərrin və Xeyrin Allah tərəfindən yaradılması və təqdir edilməsinə baxmayaraq şərr Allaha nisbət edilməz. Şeyx Useymin – rahmətullahi aleyhi - "Əqidətl Vasitiyyə" 1/70,71 deyir ki: "Xeyir və Şərrin Qədərdən olduğuna iman gətirmək – Şərdən qəsd – baş verən (təqdir edilən) hadisələrin şərr olmasıdır, Qədərin özü isə şərr deyildir. Uca və böyük olan Allahın əməli şərr ola bilməz. Çünki Onun əməli Xeyir və Hikmətlə doludur. Şərr Alahın təqdir etdiyi və yaratdığındadır. Allahın əməlində isə şərr yoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Şərr sənə nisbət edilməz...". Bizlər şərr olaraq təqdir olunanda və yaradılanda görürük. Vəhşi heyvanlar, ilanlar, əqrəblər, quraqlıq, xəstəliklər, kasıblıq və s. Bütün bunlar insanlar üçün şərdir. Çünki insan bunları qəbul edə bilmir. Həmçinin asiliklər, günahlar, bədbəxtçilik, qətillər və s. şərdir. Lakin bütün bunlar Allah üçün xeyirdir. Çünki Allah bunlarda böyük hikmətlər və faydalar təqdir etmişdir. Allahın istədiyi kimsələr bu hikmətləri görür, diləmədiyi kimsələr isə bunları görməzlər. Bizə şərr kimi görünən bir çox hadisələrdə faydalar ola bilər. "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar". (ər-Rum 41).
ADƏM VƏ MUSA
– Əleyhimussəlam –
Üsyankarlar etdikləri günahları, asiliklərini Allahın onlar üçün yazdığı qədərin bir nəticəsi olaraq göstərməyə çalışırlar. Öz xətalarını, günahlarını qədərin üzərinə yükləyirlər. Bu mövzuda dəlilləri isə Adəm ilə Musa – əleyhimussəlam – ın Allahın dərgahında bir-birləri ilə mücadələ etmələri ilə əlaqədar olan hədisdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdirdiyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsən?» deyə soruşdu. Adəm: «Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər şeyin bəyanı olan Lövəhləri verdiyi və səninlə (vasitəçisiz) danışmaq üçün Allahın özünə yaxınlaşdırdığı Musa deyilsən? Səncə Mənim yaradılmağımdan neçə il əvvəl Allahın Tövratı yazdığını bilirsən?» deyə soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın içində: «Və Adəm Rəbbinə asi oldu …». (Ta ha 121) ayəsini oxudunmu?» deyə soruşdu. Musa: «Bəli, oxudum» deyə cavab verdi. Adəm: «Elə isə Allahın məni yaratmamışdan qırx il əvvəl üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni qınayırsan?» dedi. Peyğəmbər: «Beləcə Adəm, Musanı hüccətlə məğlub etdi!» deyə buyurdu89.
Buna belə cavab verilir. Bu hədis Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən səhih olaraq nəql edildiyi üçün biz onu qəbul edir, dinlər və itaət edərik. Qədəriyyənin etdiyi kimi rədd ilə ravisini yalanlamaqla qarşılıq vermərik. Faydasız təvillərə də yol vermərik. Səhih olan budur ki, Adəm – əleyhissəlam – Qəza və Qədəri günahına dəlil göstərməmişdir. Çünkü o, Rəbbini də, günahını da çox gözəl bilən bir kimsə idi. Onun mömin övladlarından da heç kimsə qədəri günahının əleyhinə dəlil göstərməz. Çünkü bu batil bir şeydir. Musa – əleyhissəlam – da öz atasını çox gözəl tanıyırdı. Çünkü atasını da Allah seçmiş, bəyənmiş və hidayətə yönəltmişdir. Bura da olan qınama sadəcə Adəm övladlarını Cənnətdən çıxardan müsibətdir. Adəm – əleyhissəlam – ın etdiyi xətaya və günaha görə deyil, müsibətə qədəri dəlil gətirmişdir. Çünkü müsibətlər halında qədəri dəlil gətirmək olar. Ayıblamaq və qüsuru üzə çıxartmaq məqsədilə qədər dəlil göstərilməz. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki, qədər günahlarda deyil, müsibətlərdə dəlil gətrilir. Qulun öz istəyi və iradəsi olmadan başına gələn hər bir müsibətdə qədəri dəlil gətirməsində bir xətər yoxdur. Məs: Qulun gözünü, qulağını və s. orqanlarını itirməsi, xəstələnməsi, doğuşdan şikəst çıxması və s. buna bənzər xüsuslarda qədəri dəlil gətirməsində bir xətər yoxdur. Çünkü müsibətlərdə qulun seçimi yoxdur. «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır». (əl-Hədid 22). Günahlara gəlincə isə qulun içki içməsi, zina etməsi, oğurluq və s. kimi günahları işləməsində qədəri misal çəkməsi düzgün deyildir. Çünkü o, bütün bunları öz iradəsi ilə seçərək edir. İbn Qeyyim – rahmətullahi aleyhi – «Şifaul Alil» isimli kitabında deyir ki: "İnsan bir günaha batdığı zaman dərhal tövbə edərsə Allah da tövbəsini qəbul edərsə bu vəziyyətdə qədəri dəlil gətirə bilər. Əgər günah edər və günahında davam edərsə bu vaxtı qədəri dəlil gətirməsi batildir. Kafirlərin və müşriklərin vəziyyəti belədir. Adəm – əleyhissəlam – da olmuş və bitmiş, təkrarlanmamış bir vəziyyəti dəlil gətirdi90. Allahın əmrinə və iradəsinə təslim olduğu üçün gətirdi. Allahın əmrinə və iradəsinə təslim olunduğu üçün belə vəziyyətlərdə qədəri dəlil gətirmək olar. Lakin Allahın əmr etdiyi tövhid və iman mövzusunda qədərə qarşı çıxdıqları və davamlı şirk içində olduqları halda ondan qaçmadıqları üçün müşriklərin qədəri dəlil gətirmələri batil bir şeydir. Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydı, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz Peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil etsəydı, Allah onlara əzabını daddırmazdı".
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Babamız Adəm – əleyhissəlam – ın dəlili daha güclü idi». Babamız Adəm – əleyhissəlam – ın dəlilinin gücü nədə idi? Çünki Adəm – əleyhissəlam – ın başına gələn hər bir şey Allahın təqdir etdiyi qədər ilə olmuşdu. Bütün bu dəlillər Allahın Qədərini inkar edən Qədərilər və Mötəzilə əqidəsində olanlara rədddir. Allah Tövratı Öz əli ilə Adəm xəlq etməmişdən 40 il əvvəl yazmışdır. Bu da Tövratın möhtəşəmliyinə dəlildir. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah üç şeyi əli ilə yaratmışdır. Adəmı, Tövratı əli ilə yazmışdı və Ədn Cənnətindəki (ağacları da) əli ilə əkmişdi»91. Həsənul Bəsri – rahmətullahi aleyhi – Bəsrə əhlindən olan, insanın seçimini inkar edənlərə məktub yazaraq deyir: "Kim Qəza və Qədərə iman etməzsə kafirdir. Kim edilmiş günaha görə məsuliyyəti Allahın üzərinə atarsa o, da kafirdir. Heç kəs Allahın iradəsinə zidd olaraq Ona itaət edə bilməz, heç kəs də Onun iradəsinə zidd gedərək Ona asi ola bilməz..."92.
Allah şərrindən qorusun İblis, Adəm – əleyhissəlam – ın yanına ixlaslı bir nəsihətçi şəkilində gəldi və ağacın meyvəsindən yeyərsə ona bir zərərin toxunmayacağını, əksinə faydası olacağını, Cənnətdə əbədi qalacağını, mələklərdən olacağını və buna bənzər Adəmlə zövcəsini aldatan bir çox şeyi nəsihət olsun deyə Allahın adından and içdi. Adəm – əleyhissəlam – isə fitrətinin təmizliyi və nəfsinin hiylədən uzaq olması səbəbiylə İblisin sözlərinin haqq olduğunda şübhə etmədi. Çünkü o, Allah adına yalan yerə and içə biləcəyini zənn etmədi. Adəm və zövcəsi Allah adına içilən anda sayğı duydular. Lakin İblis bu andın dəyərini doğrultmadı. Buna görə də Allah da onu kiçiltdi və lənətlədi. Adəm və zövcəsini tövbə etməyə müvəffəq etdi. Ayrıca Adəmi Peyğəmbər olaraq seçdi və hidayətə yönəltdi, hidayət rəhbəri etdi.
Dostları ilə paylaş: |