istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. II. Azərbaycan Respublikasının Prokurorluğu
ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası
Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. IV. Azərbaycan Respublikası
Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının
Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir.
V.
Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir .
AŞAĞIDA QEYD EDİLƏN MƏKƏMƏ VƏ HAKİMLƏR HAQQINDA QANUNDUR. ÖZÜM BU HİSSƏYƏ ƏLAVƏ EDİRƏM. MƏHKƏMƏLƏR I f ə s i l
MƏHKƏMƏ HAKİMİYYƏTİ M a d d ə 1 . Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan
Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin
VI
hissəsinə uyğun
olaraq
məhkəmələrin
səlahiyyətlərinin
dəyişdirilməsi
məqsədilə
müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.