Dövlət qulluğu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR M a d
M a d d ə 1 .
Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində
dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
M a d m a d d ə 2 . Dövlət qulluğu
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq
dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun
icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu
keçən qulluqçulara şamil edilir.
2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd
xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti,
daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət
qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının 1)dövlət qulluğuna qəbul edilmək hüququna, 2)dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, 3)dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və 4)dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, 5)həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan
Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla)
aparatlarında çalışan və hərbi və