24. Sığınacaq və daladalanacaqlardan istifadə qaydaları. Sığınacaqlar sığınan insanları nüvə silahının zədələyici amillərinin təsirindən, müasir adi qırğın vasitələrinin, həmçinin, bakterial, zəhərləyici maddələrin təsirindən, güclü təsirli zəhərləyici maddələrin, nüvə enerjisi qurğularında qəzalar zamanı parçalanan radioaktiv maddələrin təsirindən və yanğınlar zamanı yanma məhsullarının və alovun təsirindən mühafizə edir.Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə təchiz olunur. Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və kənarda quraşdırıla bilər. Daxili sığınacaqlara binaların tərkibində olan zirzəmilər, xaricdə quraşdırılanlara isə binadan kənarda quraşdırılmış sığınacaqlar aiddir.Sığınacaqların təsnifatı.
Sığınacaqlar aşağıda sadalanan xüsusiyyətlərə görə təsnif olunur:
Sülh şəraitində istifadə məqsədinə görə. Həcminə görə sığınacaqlar:
Kiçik - 150- 600 insan yerləşən;
Orta ölçülü -600 – 2000 insan yerləşən
Böyük həcmli -2000-dən çox insan yerləşə bilən növlərə.
150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir ki, həm yerli şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli olsun. 1000-2000 nəfərlik tutumu olan sığınacaqlar inşa edilərkən tikintinin adambaşına maya dəyəri aşağı düşür.
Yerləşdiyi əraziyə görə:
Tikililərdə (binanın zirzəmi və baza hissələrində);
Metropolitendə və dağ oyuqlarında
Kənarda yaradılanlar (bina tərkibində olmayanlar);
25. Nüvə silahı və onun qırma amilləri. Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən təyyarədən atom bombası atmaqla Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nəticədə 313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yer altında, suda və su altında partladıla bilər.
Nüvə silahının istifadəsi zamanı yaranmış vəziyyət. Nüvə zədəsinin mərkəzindəki ərazi, harada ki nüvə silahı tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi və məhv edilməsi, binaların. Qurğuların. Kommunal-enerqetik xətlərin. Nəqliyyat qovşaqlarının və digər obyektlərin dağılması və zədələnməsi baş verir.
Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlardan istifadə edilir.
Nüvə silahının partlayışı nəticəsində 5 cür zədələyicı amillər (zərərli təsir) əmələ gəlir.
Bunlar aşağıdakılardır:
SS Amillər Düşən enerji
1 Zərbə dalğası 50%
2 İşıq şualanması 35%
3 Nüfuzedici radiasiya 4%
4 Radioaktiv zəhərlənmə 10%
5 Elektromaqnit impulsu 1%
Göründüyü kimi, zədələyicı amillərin hər birinin müəyyən təsir qüvvəsi, həcmi var.
26.Radiometr- Rentgenometr Dp V5 işləmə prinsipi və hissələri