2. Fövqəladə hallarda əhalinin köçürülməsi


İprit Z. Maddələrin təyini



Yüklə 48,71 Kb.
səhifə5/12
tarix25.06.2022
ölçüsü48,71 Kb.
#62282
1   2   3   4   5   6   7   8   9   ...   12
MM(1-15)

6. İprit Z. Maddələrin təyini

Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli,şəffaf,yağlı,rəngiz mayedir.O,üzvi həlledicilərdə,yağ və yağaoxşar maddələrdə yaxşı,suda xeyli zəif həll olur.Ərzaq məhsullarına,məsaməli materiallara,boyaq örtüklərinə,rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb olur.Ərazi uzun müddət-yayda 7sutka,qışda bir neçə həftə zəhərli qalır.İprit suda yavaş hidroliz olunur və neytrallaşır(zəhərsizləşir),qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir.Xlorlu əhəng,xloraminlər və sulfidlər ipriti tez zəhərsizləşdirir.İprit kontakta olduğu orqanlara və toxumalara(tənəffüs yollarına,gözlərə,dəriyə,mədə- bağırsaq sisteminə)təsir edir,bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə ümumzəhərləyici təsir göstərir.Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir.20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə tamamilə sorulur.İprit davamlı zəhərli maddədir.



7- cavabı 3cü sualın cavabı ilə eynidir
8.Radioaktiv zəhərlənmə zonalarının xarakterizəsi
Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya bölünürlər:
Zona А – mülayim (zəif) zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 40 rad. Və daxili sərhədində 400 rad. İlə xarakterizə edilir. A zonasının sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 70-80 % -dir.
Zona B – güclü zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 400 rad. Və daxili sərhədində 1200 rad. İlə xarakterizə edilir. B zonasının sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 10 % -dir.
Zona V – təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 1200 rad. Və daxili sərhədində 4000 rad. İlə xarakterizə edilir.
Zona Q – çox təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 4000 rad. Və daxili sərhədində 7000 rad. İlə xarakterizə edilir.

9. Hərbi kimyəvi təşkilat cihazları
Havada, ərazida, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici
Maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar eedirlər
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının: qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSP- 1M və QSP-11 avtomat qaz siqnalizatorları və s. Növləri olur. Bunların bir neçəsini nəzərdən keçirək.
Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC), ВПХР
Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər əşyaların səthindəki ZM-i təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə, texnikannı, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianid turşusu, xlorsian olub-olmadığı tə’yin edilir.
Cihazın quruluşu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indikator borucuqları yığılmış kağız kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan qızdırıcı yerləşdirilib (şəkil)
Cihazın dəstinə kürək, cihazın işlədilməsi, istismarı və zoman tipli ZM-i təyin etmək qaydaları barədə təlimat – yaddaş vərəqəsi də daxildir. Cihazı daşımaq üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır.
Əl nasosu – porşenlidir, yoxlanılan havanı indikator borucuqlarından vurub keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vurarkən indikator borucuğundan 2 l hava keçir. Nasos başlıq, silindr, ştok və dəstəkdən ibarətdir və cihazın gövdəsində quraşdırılmış metal boruda yerləşir. Borunun dibindəki yay, rəzəni (tutucunu) açarkən nasosu basıb bayıra çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf olmaqla yerləşdirilir.
10. Kimyəvi silah insan orqanizminə təsirinə görə təsnifatı
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub,zəhərləyici maddələr (ZM)və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir.Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir.Zəhərləyici maddələr (ZM)hərbi,sənaye və təsərrüfat obyektlərinə qarşı işlədilərkən qoşunların şəxsi heyətlərini,fəhlələri,qulluqçuları,əhalini sıradan çıxaran,yaxud onların döyüş və əmək qabliyyətinin zəifləməsinə,heyvanların zədələnməsinə,habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən)ibarətdir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır.

  • Maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı.ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki,bu da onlardan istifadəni çətinləşdirir;

  • Zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması

  • İstehsalın nisbətən ucuz başa gəlməsi.

Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM).Belə maddələrə zarin,zoman və V qazı aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl),səciyyəvi iyli mayelərdir.Bu maddələr üzvi həlledicilərdə,o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı,suda isə zəif həll olur,havada tez bir zamanda ölümcül təsir göstərən yüksək konsentrasiyalı buxar törədir.Yay vaxtı ərazini zarin damcıları 8 saata,zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər.
Ümumzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir.Son vaxtlar sianid turşusu güclü təsirli zəhərli maddələrə aid edildiyi üçün onun xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir.
Dəridə yaraçıxaran ZM elə zəhərli birləşmələrdir ki,onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilir.Boğucu təsirli ZM elə maddələrə deyilir ki,onlar xüsusən ağciyər toxumalarını zədələyir,orqanizmin digər toxumalarına güclü təsir göstərmir.
Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir.Fosgenin xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir.
Qıcıqlandırıcı ZM Si-Es və adamsit aid edilir.
Adamsit yaşılımtıl rəngli bərk maddədir,suda həll olmur,üzvi həlledicilərdə,xüsusən qızdırılarkən və asetonda yaxşı həll olur.Yavaş buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər.Suda parçalanmır,qələvi maddələr onun suda hidrolizini sürətləndirir.

Yüklə 48,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin