TƏHSİLİN MƏZMUNU
Təhsilin məzmunu dedikdə şagirdin müxtəlif dərslərdə yiyələnməli olduqları bili,bacarıq və vərdişlərin həcmi nəzərdə tutulur.
HARADA ÖZ ƏKSİNİ TAPIR? -Milli kurikulumda,dövlət təhsil standartında,tədris planında,tədris proqramında,dərslik və dərs vəsaitində əks olunur.
Təhsil standartının məqsədi: Vətəndaşların təhsil səviyyəsinin aşağı düşməsinə yol verməmək,bütün tədris müəsisələrində təhsilalanlar üçün bərabər şərait yaratmaq və s.
Tədris planı – Məktəbdə öyrədilən fənləri,onların siniflər üzrə ardıcıllığını,hər fənnə verilən saatların miqdarını,təhsilin müddətini,şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir
Tədris proqramı – Tədris planına əsasən fənninin hissələrini və ya bölmələrini,mövzulara aid məsələləri göstərən ,fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.
Dostları ilə paylaş: |