Diplomqabağı təcrübənin təşkili
Baza məqsədilə müasir, yaxşı təmin olunmuş və yüksək ixtisaslı tibb bacılarının işlədiyi kliniki xəstəxanalardan, şöbələrindən, ixtisaslaşmış şəhər xəstəxanalarından istifadə etmək.
Təcrübə keçən yarımqrupu bir briqadada birləşdirmək, hər bir tələbəni isə bilavasitə təcrübə rəhbərinə həvalə etmək.
Təcrübə rəhbəri təcrübəli I və ya yüksək katiqoriyaya malik, təcrübə rəhbərləri üçün ixtisaslaşdırama kursu keçmiş tibb bacılarından seçilməlidir. Təcrübənin metodik rəhbəri isə ixtisas ( terapiya, cərrahiyyə, pediatriya) fənni tədris edən fənn müəllimlərindən təyin olunur. Hansı ki, o təcrübə proqramının yerinə yetirilməsinə nəzarət edir, tələbələrlə işləyir, diplomqabağı təcrübənin sənədlərini hazırlayır, təcrübə rəhbərinə kömək edir, tələbələrin diplomqabağı təcrübənin nəticələrini qiymətləndirir.
Tələbələr təcrübə keçdiyi müəsisədə əməyin mühafizəsi və qaydaları ilə tanış edilir.
Diplomqabağı təcrübə keçərkən tələbələrin iş günü həftədə 40 saatdan az olmamalıdır.
Diplomqabağı təcrübə zamanı tələbələr feldşerin bütün funksiyalarını sərbəst yerinə yetirməlidir, xəstəyə şöbəyə daxil olan andan evə buraxılanadək nəzarət etməlidir.
Diplomqabağı təcrübə zamanı tələbələr hər gün üçün gündəlik yazır ki, orada müəyyən şöbədə gördüyü işlər əks edilir. Diplomqabağı təcrübədə tələbələr öyrənmək üçün xəstələrin tədris xəstəlik tarixini yazır.
Diplomqabağı təcrübəni bitirdikdən sonra tələbələr peşə xasiyyətnaməsi, təcrübə davamiyyətini qiymətləndirməklə diplomqabağı təcrübə gündəliyi, tədris üçün xəstəlik tarixi ilə birlikdə tədris müəssisəsinə təqdim edilir.
İzahedici qeyd
Proqramda tələbələrə əsas tələblər əks olunmuş, feldşerin diaqnostika, müalicə, təcili tibbi yardım, xəstəliyin profilaktikası və pasiyentə qulluq zamanı fəaliyyətinin əsas etapları işlənmişdir. Tələbənin mənimsəməli olduğu bilik və bacarıqların siyahısı verilmiş, əsas klinik fənnlər üzrə (terapiya, cərrahiyyə, pediatriya uşaq infeksiyaları ilə birgə, reanimatologiya) təcrübi hazırlığın attestasiyası üçün təcrübi məsələlər, variantlar işlənmiş, təcrübənın qiymətləndirilmə kriteriyaları açıqlanmışdır. Proqram orta təhsilli tibb işçilərinin professional fəaliyyətinin beynəlxalq standartlarına uyğun hazırlanmış və tibb məktəbləri və kolleclərində praktik dərslər üçün təqdim oluna bilər.
Dostları ilə paylaş: |