Tələbənin soyadı, adı, atasının adı



Yüklə 411,5 Kb.
səhifə29/66
tarix25.12.2016
ölçüsü411,5 Kb.
#2952
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Peyvənd otağında iş
Tələbə bilməlidir:

- peyvənd otağınının tələblərini, onun təşkilinı;

- peyvənd otağının san-epidemioloji rejimini;

- peyvəndlərin təqvimini, vaksinasiyanın vaxtlarını, profilaktik peyvəndlərə yanaşmanı, peyvəndlərdən tibbi yayınmaları, onların müddətini;

- vaksinlərin növlərini, onların xarakteristikasını, saxlanma şərtlərini, istifadə müddətini;

- vaksinasiyaya göstəriş və əks göstərişi;

- ümumi və yerli postvaksinal reaksiyaların klinik simptomlarını;
Tələbə bacarmalıdır:

- peyvəndlərin təqvimini tərtib etməyi;

- anafilaktik şok zamanı təxirəsalınmaz yardımın göstərilməsini;

- peyvənd olunmuş uşağa patronaj aparılmasını;

- profilaktik peyvəndlərin qeydiyyatını sənədləşdirməyi;

Sağlam uşaq otağı
Tələbə bilməlidir:

- sağlam uşaq otağına olan tələbləri, onun təşkilini, sanitar-epidemioloji rejimi;

- uşaq yaşlarının anatomik– fizioloji xüsusiyyətlərini;

- südəmər uşaqların yedizdirilməsini və onlara qulluq qaydalarını;

- müxtəlif yaşlı uşaqlara gimnastika və massajın aparılma texnikasını;

- doğuşönü və doğuşdan sonrakı patronajın məzmununu;


Tələbə bacarmalıdır:

- göbək yarasının işlənməsini;

- südəmər uşağın menyusunu tərtib etməyi;

- şirə, meyvə və tərəvəz püresinin, sıyıqların, ət bulyonunun və ət püresinin hazırlanmasına göstərişlər verməyi;

- kontrol yedizdirməni;

- uşağı bələməyi nümayiş etdirməyi;

- gigiyenik tədbirlərin aparılmasına göstərişlər verməyi;
Təcrübənin sonunda tədris xəstəlik tarixinin müdafiəsi və təcrübi hazırlığın attestasiyası aparılır.

Təcrübə zamanı işin qiymətləndirilməsinin kriteriyaları:
1. Nəzəri hazırlıq (mənimsəmənin 3-cü səviyyəsindən aşağı olmayaraq)

- klinik, diaqnostik, differensial-diaqnostik, struktur-məntiqi məsələləri və situasiyaları həll etmək;

- düzgün açıqlama və dəqiq təyinat vermək;

- fənnarası və fənndaxili əlaqələrdən istifadə etməklə öz cavabını əsaslandırmaq;


2. Təcrübənin proqramına və tələblərinə uyğun olaraq təcrübi bacarığa malik olmaq.

3. Yerinə yetirilmiş işə maraq və aktivlik (və ya əksinə);

4. Etik tələblərə riayət etmək;

5. Kommunikativ bacarıqları yerinə yetirmək;

6. Xarici görkəminə fikir vermək;

7. İş qrafikinə və daxili qaydalara riayət etmək;


Təcrübələrin yekun qiyməti işə görə qiymətdən çıxarılır, gündəliyə görə və tədris xəstəlik tarixinin müdafiəsi ilə birlikdə attestasiyanın qiyməti isə qiymət kitabçasına yazılır.

2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ

Subbakalavr hazırlığı üçün

«MÜALİCƏ İŞİ» ixtisası üzrə diplomqabağı

istehsalat təcrübəsinin


P R O Q R A M I

«040701 - MÜALİCƏ İŞİ»

ixtisası üzrə


Yüklə 411,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin