Əməliyyat otağinda
Tələbə bilməlidir:
- əməliyyat otağının sanitar-epidemioliji rejimini;
- təhlükəsizlik texnikasını;
- aseptika və antiseptikanı;
- steril stolun yığılma texnikasını;
- antibiotiklərin həll olunma qaydasını;
- yuyucu məhlulların hazırlanma qaydalarını;
- etik normaları;
- əməliyyat otağında dərmanların saxlanma qaydalarını;
- anafilaktik şok zamanı təxirəsalınmaz yardımın göstərilməsini;
Tələbə bacarmalıdır:
- kabinetin gündəlik, son və əsas dezinfeksiyasını həyata keçirməyi;
- steril stolun yığılmasını;
- antibiotikləri həll etməyi;
- d/a, əz/d, v/daxili inyeksiyaları yerinə yetirməyi;
- biokimyəvi müayinə üçün qan götürülməsini;
- v/daxili köçürülmə üçün sistemin hazırlanmasını;
- kabinetin tibbi sənədləşdirməsini yerinə yetirməyi;
Uşaq poliklinikasında
Tələbə bilməlidir:
- uşaq poliklinikasında işin quruluş prinsipini, uşaqlara tibbi yardımın təşkili zamanı səhiyyənin profilaktik istiqamətlərinin üstünlüklərini;
- uşaq poliklinikasında sanitar- epidemioloji rejimi, sahə tibb bacısının işini, cəmiyyətdə profilaktik, müalicəvi və sanitar-maarifi işinin aparılmasını;
- sahənin tibbi sənədləşməsinin aparılmasını;
- sağlam və xəstə uşağa patronajın aparılma qaydalarını:
- uşaq poliklinikasında sahə dispanserizasiyasının təşkilini;
- profilaktik peyvəndlərin təqvimini, uşaqların peyvənd üçün seçilməsini;
- azyaşlı uşaqların süd mətbəxində qidalanmasının təşkili prinsiplərini;
- xəstə uşağa qulluğun və evdə stasionarın təşkilində sahə tibb bacısının həkimə köməyini;
- uşaq yaşlarında rast gəlinən müxtəlif xəstəliklərin əsas klinik simptomlarını;
- xəstə uşaqların xəstəxanaya köçürülməsinə olan göstərişləri;
Dostları ilə paylaş: |