Təcrübənin təşkili
Cərrahiyyədən istehsalat təcrübəsi xəstəxananın cərrahiyyə şöbəsində, poliklinikanın cərrahi kabineti və ya travmatoloji punktda keçirilir.
Tələbələr işi təhsil müəssisəsinin metod rəhbərinin, ümumi və ya bilavasitə rəhbərin nəzarəti altında aparır. Metod rəhbər manipulyasiyaların yerinə yetirilmə
metodikasına görə tələbələrlə fərdi söhbət, təcrübənin nəticələrinə görə seminar məşğələlər aparır:
- cərrahiyyədə tibb bacısının işi
- cərrahiyyədə xəstəxanadaxili infeksiya profilaktikasının texnologiyası
- feldşer- mama məntəqəsində (FMM) cərrahi yardımın təşkilati-taktiki məsələləri.
Tələbələr cərrahi stasionarda rejimin xüsusiyyətləri və işin xüsusiyyəti ilə tanış olur, xəstələrə qulluq və nəzarət edir.
Tələbələr şöbədə növbətçiliyin təhvili və qəbulunda iştirak edir, konfranslarda, tibb bacısının istehsalat seminarlarında, sarğı otağında işləyir, müalicə və diaqnostika manipulyasialarının texnikasını təkmilləşdirir. Tələbələrin cərrahi kabinetdəki işi xüsusilə vacibdir. Burada onlar cərrahi xəstələrin ilkin qəbulunu, ilkin xəstələrə cərrahi yardımın diaqnostik-müalicəvi və təşkilati-taktiki məsələləri həll etməyi öyrənirlər.
Təcrübənin gedişində tələbələrə tədris-tədqiqat aparmaq, cərrahiyyənin əsas bölmələri üzrə referatlar yazmaq təklif olunur.
Dostları ilə paylaş: |