Tələbənin soyadı, adı, atasının adı


Tələbələrə nəzarət və hesabat



Yüklə 411,5 Kb.
səhifə45/66
tarix25.12.2016
ölçüsü411,5 Kb.
#2952
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
Tələbələrə nəzarət və hesabat
Proqramın tələblərinin yerinə yetirilməsinə tibb məktəbinin müəllimi-təcrübə rəhbəri, müalicə-profilaktika müəssisəsinin rəhbərliyi, həkim kollektivi və s. məsul şəxslər cavabdehlik daşıyır. Təcrübə müddətində tələbələr mövcud müəssisənin daxili intizam qaydalarına əməl etməli, sanitar-epidemiya əleyhinə rejimi gözləməli, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etməlidir. Təcrübə rəhbərinin – müəllimin, müalicə-profilaktik müəssisənin nümayəndəsinin əsas vəzifələrindən biri tələbələrin təcrübə müddətində proqramın tələblərinin yerinə yetirilməsinə, tələbələrin iş cədvəlinin düzgün təşkilinə nəzarət etməkdən ibarətdir. Təcrübə müddətində tələbələrin tələb olunan normativ sənədləri olmalıdır. Həmin sənədlərin vaxtında doldurulmasına təcrübənin rəhbəri nəzarət edir. Tələbənin işləri gündəlik qiymətləndirilir və gündəlikdə qeyd edilir (5 ballıq sistemlə). Bu cari nəzarət tələbələrin peşəkar fəaliyyətini düzgün istiqamətləndirir və idarə edir. Təcrübənin sonunda hər bir tələbə üçün MPM-nin hər bir bölməsinin (şöbəsinin) rəyi nəzərə alınmaqla ümumi xasiyyətnamə verilir. Həmin xasiyyətnamə tələbənin attestasiyasında nəzərə alınır.

Tələbələrin attestasiya komissiyasına ( komissiyanın tərkibinə metodik rəhbər, təcrübə işləri üzrə direktor müavini, MPM-nin nümayəndəsi daxil edilir ) aşağıdakı sənədləri təqdim etməlidir.

- təcrübənin gündəliyi

- təlim üçün nəzərdə tutulan xəstəlik tarixi

- ümumi xasiyyətnamə
Hesabata aşağıdakılar da əlavə edilir.

- yerinə yetirilən manipulyasiyaların sayı

- təcrübənin yekunu haqda rəy və təkliflər


Yüklə 411,5 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin