http://www.amu.edu.az
15 yanvar 2013-ъц ил
2
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a
bildirilmişdir ki, Amerika Birləşmiş Ştatları, Kanada, La-
tın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da
daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar
faciəsinin qurbanları yad ediləcəkdir.
Yanvarın 19-dan başlayaraq Vaşinqton, Hyuston,
Nyu-York, San-Fransisko və azərbaycanlıların kom-
pakt yaşadıqları digər şəhərlərdə anım mərasimlərinin,
“dəyirmi masalar”ın keçirilməsi, faciəni əks etdirən vi-
deoçarxların və sənədli filmlərin nümayişi nəzərdə tu-
tulur.
Almaniyada da 20 Yanvar faciəsi ilə bağlı müxtəlif
formatlı tədbirlər təşkil olunacaqdır. Maqdeburq, Berlin
və digər şəhərlərdə silsilə mərasimlər keçiriləcəkdir.
Yanvarın 18-23-də Niderlandın Haaqa, Amsterdam
və Rotterdam şəhərlərində digər ölkələrin diaspor
təşkilatlarının nümayəndələrinin iştirakı ilə 20 Yan-
var faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım
tədbirlərinin keçirilməsi, həmçinin Niderlandın, Belçi-
kanın və Lüksemburqun siyasi partiyalarına faciə ilə
bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.
Yanvarın 19-da Türkiyənin Kocaeli şəhərində “41”
televiziya kanalında Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının sədri Bilal Dündarın iştirakı ilə bri-
finq keçiriləcəkdir. Brifinqdə ölkəsinin azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə
qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında
ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Yanvarın 20-də isə tarixçi-yazıçı Abdulla Köktü-
rün iştirakı ilə konfrans, Mədəniyyət Evində fəaliyyət
göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana
şəhərində isə “Azərbaycan tarixinin qanlı səhifəsi”
mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir.
Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərində
qanlı faciədən bəhs edən sənədli filmlərin nüma-
yiş etdirilməsi, yerli qəzetlərdə isə bu barədə ətraflı
məlumatların dərc olunması nəzərdə tutulmuşdur.
Həmçinin yanvarın 19-20-də Gürcüstanın Qarda-
bani, Marneuli, Tbilisi, Rustavi şəhərlərində də faciə
ilə bağlı anım mərasimləri, konfrans, “dəyirmi masa”,
şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olu-
nacaqdır.
Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kiyev, Xar-
kov və Dnepropetrovsk, Minsk, Kişinyov şəhərlərində
də anım mərasimləri keçiriləcəkdir.
Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Mi-
sirin Qahirə şəhərində 20 Yanvar faciəsi qurbanlarının
xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və
“Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş oluna-
caqdır.
Eyni zamanda, Qırğızıstanın Bişkek şəhərində “20
Yanvar faciəsinin Azərbaycan xalqının milli azad-
lıq hərəkatında yeri və rolu” mövzusunda konfrans
keçiriləcək, fotosərgi və sənədli filmlərin nümayişi
təşkil olunacaq, “20 Yanvar qəhrəmanlıq tariximizin
səhifəsi” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.
Qazaxıstanın Astana şəhərində “Azərbaycan xalqı-
nın azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzu-
sunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20
Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı
törədilmiş dəhşətli cinayət” mövzusunda konfrans və
fotosərgi təşkil ediləcəkdir.
Digər ölkələrdə də 20 Yanvar faciəsinin 24-cü ildönü-
mü ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Dostları ilə paylaş: