20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş ssri-nin



Yüklə 9,72 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix02.01.2022
ölçüsü9,72 Mb.
#2533
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   38
                  

Azərbaycan Tibb Universitetinin insan anatomiyası 

kafedrasında  yanvarın 10-dan 12-nə kimi “Endosko-

pik sinus  və kəllə əsası cərrahiyyəsi” mövzusunda sayca 

2-ci disseksiya kursu öz işinə başlamışdır

İki gün davam edən tədbiri giriş sözü  ilə açan universi-

tetin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov 

bildirdi ki, hər il neçə- neçə  beynəlxalq konfransların və 

eləcə  də    bu  cür  layihələrin  həyata  keçirilməsində  daim 

qardaş  Türkiyə  Cümhuriyyətinin    universitetləri  ilə  birgə 

əməkdaşlıq    etmişik.  Türkiyəli  alimlərin  də  qatıldığı  dis-

seksiya  kursunun      əhəmiyyətini  qeyd  edən  rektor  dedi 

ki,  biz  hər  təşəbbüslə  bağlı  Türkiyə  tərəfinin  köməyini 

hiss etmişik və belə kursların keçirilməsi də gənc həkim-

mütəxəssislərimiz və rezidentlərimiz üçün faydalı olacaq. 

Ə. Əmiraslanov bu tədbirə təşkilati dəstək verən hər kəsə 

öz dərin təşəkkürünü bildirdi və bütün iştirakçılara uğurlar 

dilədi. 


Daha sonra toplantının işini davam etdirən universitetin 

elmi işlər üzrə prorektoru, ə.e.x, professor İbrahim İsayev 

disseksiya kursunun proqramına əsasən nəzəri hissədə çı-

xış etmək üçün sözü məruzəçilərə verdi.

Otorinolarinqologiya    kafedrasının  müdiri,  professor 

Əzizağa  Talşinski  “Otorinolarinqologiyada    disseksiya-

nın    əhəmiyyəti”,  anatomiya  kafedrasının  müdiri,  ə.e.x,  

professor  Vaqif  Şadlinski  və  həmin  kafedranın  professo-

ru  Ağasəmid  İsayev  “Burun  və  burunətrafı  ciblərin  kliniki 

anatomiyası”, uzman doktor Yusif Hacıyev ”Sellar bölgəyə 

yanaşma”  Türkiyəli  alimlər  -  professor  Ömər  Taşkın  Yü-

cel  “Endoskopik  sinus  cərrahiyyəsinin  ağırlaşmaları”  və 

professor  Mustafa  Berker  isə  “  Genişlənmiş  endoskopik 

kəllə  əsası  yanaşmaları”  mövzusunda  məruzələr  etdilər.   

Məruzəçilər burun içi diaqnostik  endoskopiya,  orta konxa 

rezeksiyası,    nazoseptal  flep  hazırlanması,    etmoidekto-

miya, arteria sfenopalatinanın bağlanması, sinus frontalis 

açılması, endozal hipofiz cərrahiyyəsinə yanaşma  haqqın-

da ətraflı məlumat verdilər .   

Məruzələrdən sonra praktiki hissədə tədbir iştirakçılarına 

kəsilmiş baş üzərində burunətrafı ciblərin  və burun boş-

luqlarının endoskopik  müayinəsi və cərrahi əməliyyatları 

nümayiş edilib. Məşğələdə ümumilikdə 12 nəfər tibb işçisi 

iştirak edib ki, onlardan da 6 nəfəri az təcrübəli, 6 nəfəri isə 

peşəkar tibb işçisi olub.

Məşğələnin  sonunda  tədbirdə  iştirak  edən  bütün 

həkimlərə sertifikat təqdim olunub.  

Tədbirdə    disseksiya  kursuna  təşkilati  dəstək  göstərən 

bir sıra tibb müəssisələrinin sərgisi də açılmışdır

.

 




Yüklə 9,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin