zəhərli güllələr ilə.
bulanmışdı al qan ilə.
http://www.amu.edu.az
15 yanvar 2013-ъц ил
4
•
2013-cü ilin sonun-
da ATU-nun Tədris
Cərrahiyyə
Klinika-
sında təhsildə yeni
istiqamət olan rezi-
denturanın uğurları və
problemləri ilə bağlı
toplantı keçirilib. Artıq
3 ilin arxada qaldığını,
bu il birinci buraxılı-
şın olduğunu deyən
universitetin rektoru,
millət vəkili, akademik
Əhliman Əmiraslanov
bu sahədə narahat-
lıq doğuran bir çox
məsələlərin mövcud-
luğunu, ona görə də
açıq söhbətə ehtiyac
yarandığını vurğulayıb:
“İstəməzdim ki, burada
təkcə biz danışaq, yal-
nız rezidentura şöbəsinin
müdirini dinləyək. Qoy
müəllimlərimiz, profes-
sorlarımız, rezidentlərin
rəhbərləri çıxış etsinlər,
təkliflərini
versinlər.
İndiyə qədər diplom-
dan sonrakı hazırlıq
bizi qane etmirdi. Hər
birimiz deyirdik ki, 1
il ərzində mütəxəssis
yetişdirmək
mümkün
deyil.
Rezidenturaya
ümidlərimiz çox böyük-
dür. Qarşımıza müəyyən
çətinliklərin
çıxması-
na, hətta tələbələrin ilk
vaxtlar buna qarşı eti-
raz mitinqi keçirməsinə
baxmayaraq
praktiki
mütəxəssis hazırlamaq
üçün bu yolu seçdik.
Təəssüf ki, rezidentlərin
bilik səviyyəsi imtahan
götürən mütəxəssisləri
də, elə mənim özümü də
razı salmır. Görünür, ilk
növbədə rezidentlərin ha-
zırlığına münasibətimizi
dəyişməli,
nəzarəti
gücləndirməliyik”.
Rezidentura
şöbəsinin
müdiri,
dosent
Rizvan
Məmmədov
2011-ci ildən re-
zidenturaya qəbul aparıldığını
bildirərək qeyd edib ki, hal-
hazırda ATU üzrə rezidentura-
nın I kursunda 143 nəfər, II kur-
sunda 132 nəfər, III kursunda
isə 118 nəfər olmaqla 35 ixtisas
üzrə 393 nəfər təhsil alır.
2013-2014-cü tədris ilində
müxtəlif səbəblərdən 16 nəfər
rezidenturadan xaric edil-
miş, 15 nəfər sosial (analıq)
məzuniyyətinə çıxmış, 4 nəfər
akademik məzuniyyət götür-
müşdür. Cari tədris ilində po-
tasiya keçmək üçün 1 nəfər
Almaniyaya, 9 nəfər Türkiyəyə
göndərilmişdir. Ümumiyyətlə,
indiyədək 38 nəfər rezidentimiz
müxtəlif ixtisaslar üzrə xarici
ölkələrdə rotasiya keçmişlər.
Rezidentura
şöbəsinin
əvvəlki illərdə ən böyük
probleminin fərdi iş planı və
gündəliklərlə bağlı olduğunu
deyən R.Məmmədov diqqətə
çatdırıb ki, artıq cərrahi yö-
nümlü və stomatoloji ixti-
saslar üzrə fərdi iş planları
gündəliklərlə birlikdə 60-70
səhifə həcmində çap edilərək
rezidentlərə paylanır. Terapi-
ya yönümlü fərdi iş planları və
gündəliklər isə yaxın günlərdə
rezidentlərə veriləcəkdir. O,
bəzi problemlərin hələ də
qaldığına diqqət yönəldərək
bildirib ki, rezidentlər bəzən
klinikalarda xəstələrin azlı-
ğından, potasiya keçdikdən
sonra onlara sonuncu gün
xasiyyətnamə verilməməsindən
və ya gecikdirilməsindən şika-
yətlənirlər. Bazalarda təmir
işləri ilə əlaqədar yaranan
problemlərə də toxunan şöbə
müdiri artıq Tədris Cərrahiyyə
Klinikasının fəaliyyətə başlama-
sı ilə bu problemin də aradan
qaldırıldığını deyib.
ATU-nun Tədris Terapevtik
Klinikasının
direktoru,
professor Surxay Musayev
rəhbərlik etdiyi klinikada 138
nəfər rezident üçün vahid
bir mexanizmin işlənib ha-
zırlandığını
bildirib:
“Belə
demək mümkündürsə, re-
zidenturanın texniki, kliniki
məsələlərini “rezidentura özünü
idarəetmə sistemi” ilə qururuq.
Hacəttəpə
Universitetindən
gələn mütəxəssislər də bunu
bəyənirlər. Bu sistemi ixtisaslar,
şöbələr üzrə də tətbiq etmişik
və özünü doğruldur. Yəni bizdə
3 kurs rezident var, Türkiyədə
buna “daha irəlidə olan rezi-
dent” deyirlər. III kursdan eyni
ixtisas üzrə rəhbərlik bir nəfərə
tapşırılır, köməkçi II kursdan, ic-
raçı isə I kursdan təyin olunur.
İstər növbələrə qalan zaman,
istərsə də gündəlik iş zamanı
ümumi rəhbərliyi rezidentlərin
rəhbərləri, qalan məsələləri isə
rezidentlər özləri həll edirlər.
Əgər birinci il valideynlər öv-
ladlarının növbəyə qalması-
nı istəmirdilərsə, artıq belə
söhbətlər yoxdur”.
III kurs rezidentlərinə xəstə
qəbul etməyə icazə verdiklərini
söyləyən klinikanın direkto-
ru qeyd edib ki, bizim klini-
ka elektron klinika tipində
fə aliyyət göstərir. Sirr de-
yil ki, yaşlı nəsil, orta nəslin
də bir qismi bu sistemdən
yetərincə istifadə edə bilmirlər.
Rezidentlər bu baxımdan nəinki
klinikaya,
professor-müəllim
heyətinə də yaxından köməklik
edirlər. Rezidentlərimizin nə-
zəri biliklərinin daha da güc-
ləndirilməsi məqsədilə həf-
tə nin III günü rezidentlərin
rəh bərlərinin, həmin şöbənin,
kafedranın professor-müəllim
heyətinin də qatıldığı semi-
narlarda hər dəfə 2 rezidentin
məruzəsi dinlənilir və məruzələr
klinikanın saytında oturdulur.
Mayda ATU-nun Tədris Tera-
pevtik Klinikasında Azərbaycan
Tibb Universiteti rezidentlərinin
I elmi-təcrübi konfransının keçi-
rildiyini söyləyən S.Musayev II
konfransa hazırlaşdıqlarını da
diqqətə çatdırıb.
Dostları ilə paylaş: