20 Yanvar
faciəsi
milli-azadlıq
tariximizin
şərəfli
səhifəsidir
Üz-çənə nahiyəsində nadir əməliyyat
ATU-da payız
semestrinin
imtahan sessiyasına
start verilib
İmtahanların gedişi rektorun nəzarətindədir
Valideynlər
imtahanların
gedişini
izləyiblər
4
4
3
5
B u s a y ı m ı z d a
2017-ci ildə böyük Azərbaycan şairi
Molla Pənah Vaqifin anadan olmasının
300 illiyi tamam olur. Adının YUNESKO-
nun “2016–2017-ci illər üçün görkəmli
şəxslərin və əlamətdar hadisələrin
yubileyləri proqramı”na daxil edilməsi
Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı
tarixində silinməz izlər qoymuş bu
qüdrətli söz ustasının yaradıcılığında-
kı humanist dəyərlərə verilən yüksək
qiymətin təzahürüdür.
Molla Pənah Vaqif öz ənənələri ilə
seçilən ədəbi məktəb yaratmış ölməz
sənətkardır. O, əhəmiyyətini əsrlərdən
bəri qoruyub saxlayan bənzərsiz poezi-
ya nümunələri meydana gətirməklə milli
ədəbiyyatın yeni istiqamətdə inkişafına
təkan vermişdir. Azərbaycan şeiri Vaqifin
sayəsində tarixinin növbəti mərhələsinə
qədəm qoymuşdur. Onun klassik bədii
fikir salnaməmizin parlaq səhifələrindən
birini təşkil edən irsi müasir dövrdə də
insanların əxlaqi-mənəvi kamilləşməsinə
xidmət göstərir. Azərbaycan tarixinə
həmçinin siyasi xadim kimi daxil olan Va-
qif taleyüklü məsələlərin həllində müdrik-
lik və uzaqgörənlik nümayiş etdirmişdir.
Vaqifin yaradıcılığı daim tədqiq
obyektinə çevrilmiş, əsərləri kütləvi
tirajla nəşr edilmiş və yubileyi keçirilmiş-
dir. 1982-ci il yanvarın 14-də ulu öndər
Heydər Əliyevin bilavasitə təşəbbüsü
və iştirakı ilə Azərbaycanın qədim
mədəniyyət mərkəzi Şuşa şəhərində şa-
irin məzarı üzərində ucaldılmış əzəmətli
məqbərənin açılışı olmuşdur. 1992-ci il
mayın 8-də Ermənistanın silahlı quldur
dəstələri işğala məruz qoyduqları Şuşa-
da bütün beynəlxalq hüquq normala-
rını pozaraq mədəniyyət nümunələrinə
qarşı vandalizm aktları törətmiş və 600-ə
yaxın tarixi-memarlıq abidəsini tala-
yıb məhv etmiş, o cümlədən Xurşidbanu
Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün
ev-muzeylərini və Molla Pənah Vaqifin
məqbərəsini dağıtmışlar.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi
işığında daha dərindən araşdırı-
lıb öyrənilməsi bu gün də aktuallığını
qoruyan və həllini gözləyən mühüm
məsələlərdəndir.
Azərbaycan Respublikası Konstitusiya-
sının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, böyük Azərbaycan şairi
Molla Pənah Vaqifin 300 illik yubileyi-
nin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası-
nın Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirli-
yi və Azərbaycan Milli Elmlər Akademiyası
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, Molla Pənah
Vaqifin 300 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2017-ci il.
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
5
Tədris Terapevtik Klinikasının
kardiologiya şöbəsində yeni
müayinə cihazı quraşdırılıb
7
2
GÖRKƏMLİ DÖVLƏT VƏ ELM
XADİMİNİN XATİRƏ İŞIĞINDA
Qəzet 1933 -cü ildən çıxır. № 01 (1641) 16 yanvar 2017 - ci il Qiyməti 50 qəpik
http://w w w.amu.edu.az
16 yanvar 2017-ci il
2
Tədbiri giriş nitqi ilə açan
ATU-nun rektoru, professor
Gəray Gəraybəyli xalqımı-
zın və dövlətimizin tarixində
dəyərli yer tutmuş insan-
ların dünyadan köçəndən
sonra yubileylərinin qeyd
edilməsinin çox gözəl bir
ənənə, tarixi şəxsiyyətlərin
fəaliyyətinə dərin hörmətin
təzahürü olduğunu, eyni za-
manda gənc nəsillər üçün bö-
yük önəm daşıdığını dedi: “Elə
insanlar var ki, dünyaya gəlib
getsələr də, özlərindən son-
ra heç bir iz qoya bilmirlər.
Lakin elə şəxsiyyətlər də var
ki, təkcə öz xalqının yadda-
şında deyil, digər xalqların
da yaddaşında silinməz izlər
buraxaraq həmişə böyük
minnətdarlıq hissi ilə xatırla-
nırlar”.
Məhz belə tarixi şəx-
siyyətlərin sırasında xü-
susi yeri olan Əziz Əli ye vi
Azərbaycan tibb eiminin və
tibb təhsilinin bani lərindən biri
adlandıran rek tor onun milli
kadrlarımı zın yetişdirilməsi,
azər baycançılığın inkişafın-
da əvəzsiz xidmətlərini diq-
qətə çatdıraraq digər isti-
qamətlərdə də çox mühüm
işlər gördüyünü vurğuladı.
Professor Gəray Gəraybəyli
tarixin heç də asan olmayan
dövründə çalışan bu ləyaqətli
insanın hər işi şərəflə,
peşəkarlıqla, vətənpərvərliklə
yerinə yetirməsindən məm-
nun luqla
söhbət
açdı:
“Görkəmli dövlət xadimi Əziz
Əliyevin həyatının bir hissəsi
Azərbaycan Tibb Universi-
teti ilə bağlıdır. Universitetə
rəhbərlik etdiyi illərdə Əziz
Əliyev ali təhsil müəssisəsinin
işini daha da təkmilləşdirdi.
O zaman Azərbaycan dilində
olan dərsliklər və kitablar çox
az idi. Ana dilində dərsliklərin
yazılmasına böyük ehtiyac
duyulduğu bir vaxtda ATU-
nun kitabxanası da professor
Əziz Əliyevin şəxsi təşəbbüsü
və bilavasitə iştirakı ilə yara-
dılıb”.
Bu günlərdə Dağıstanın
paytaxtı Mahaçqalada Əziz
Əliyevin anadan olmasının
120 illiyinə həsr olunmuş yu-
biley tədbirində iştirak etdi-
yini söyləyən rektor burada
diqqətini çəkən iki məqama
xüsusilə toxundu: “Birinci
məqam o idi ki Əziz Əliyevin
müharibə şəraitində Mahaç-
qalada filarmoniyanın ya-
radılması barədə sərəncam
imzalaması ehtiramla, həmin
filormaniyanın fəaliyyətinin
ötən əsrin 90-cı illərində da-
yan dırılması isə təəssüflə
xatır landı. İkinci məqam isə
ondan ibarət idi ki, mərkəzi
rəhbərliyin tapşırığı ilə vəzifə-
dən gedəndə onu dəmir yolu
vağzalınadək böyük insan
kütləsinin müşayiət etməsi
hələ də unudulmayıb və yad-
daşlarda xoş bir xatirə kimi
yaşayır”.
Tədbirdə Əziz Əliyevin mə-
nalı ömür yolu və çoxşaxəli
siyasi fəaliyyəti barədə fo-
toslayd nümayiş etdirildikdən
sonra millət vəkili, ATU-nun
təlim və tərbiyə işləri üzrə
prorektoru, professor Rafiq
Məmmədhəsənov görkəmli
dövlət
xadimi,
istedadlı
səhiyyə, təhsil, elm təşkilatçısı
olan böyük alimin həyat və
fəaliyyəti haqqında ətraflı
məlumat verdi: “İrəvan gim-
naziyasının məzunu olan Əziz
Əliyev o dövrdə dünyanın ən
nüfuzlu ali məktəblərindən
biri sayılan Sankt-Peterburq
Hərbi Tibb Akademiyasında
təhsilini obyektiv səbəblərdən
başa vura bilməsə də, son-
radan Bakı Dövlət Univer-
sitetinin tibb fakültəsində
təhsilini tamamlamışdır. Bir
çox mühüm vəzifələrdə ça-
lışmaqla bərabər, elmi-pe-
daqoji fəaliyyətlə də geniş
məşğul olan gənc alim 1927-
ci ildə namizədlik disserta-
siyasını müdafiə etmişdir.
Onun 1934-cü ildə “Ekspe-
rimental böyrək çatışmazlı-
ğı zamanı qanın biokimyəvi
dəyişiklikləri”
mövzusun-
da müdafiə etdiyi doktor-
luq dissertasiyası SSRİ-nin
mərkəzi elmi müəssisələrində
çalışan alimlərdə də böyük
maraq doğurmuşdur”.
Əziz Əliyevin müəllifi ol-
duğu bir çox elmi əsər-
lə rin,
monoqrafiyaların,
dərs lik lərin indi də aktual-
lığını itirmədiyini vurğu-
layan
R.Məmmədhəsənov
bil dirdi ki, 1930-cu illərin
əvvəllərində Azərbaycan tibb
elminin inkişafında yeni bir
mərhələ başlanmışdı. 1930-
cu ildə Azərbaycan Tibb İns-
titutu yaradılmışdır. 1932-ci
ildə Əziz Əliyevin direktor
təyin olunduğu bu institut
məhz onun məqsədyönlü,
titanik fəaliyyəti nəticəsində
respublikanın ən nüfuzlu ali
təhsil ocaqlarından birinə
çevrilmişdir.
“Bəşər tarixinin zənginliyi
birinci növbədə onun yetiş-
dirdiyi böyük şəxsiyyətlərlə
bağlıdır” deyən akademik
Adilə xanım Namazova bu
mənada Əziz Əliyevi xalqı-
mızın milli iftixarı adlandır-
dı. Qeyd etdi ki, o həm də
xeyirxahlıq mücəssəməsi idi:
“Müdriklər söyləyir ki, insanın
ruhu onun qəlbindədir. Qəlb
isə sənin insanlara bəxş et-
diyin xeyirxah əməllərlə qi-
dalanır, yaşayır. Belə in-
sanlar hər əsrdə tək-tək
yaranır və demək olar ki,
əhalinin, xalqın ən çətin
problemlərini həll etməyi
bacarırlar.
Dağıstanda
yaşayan millətlər də onu
özlərinin xeyirxahı he-
sab edirlər. Çünki o, Da-
ğıstan əhalisini II Dün-
ya Müharibəsi dövründə
fəlakətdən qurtardı, onla-
rın sürgün olunmasının qar-
şısını aldı”.
ATU-nun II cərrahi xəs-
təliklər kafedrasının müdiri,
Elmi Cərrahiyyə Mərkəzinin
direk toru, akademik Bö-
yükkişi Ağayev qeyd etdi ki,
ümu milikdə mənalı bir ömür
yaşamış, siyasi, ictimai və
səhiy yə sahəsinin inkişa-
fında çox böyük xidmətləri
olmuş Əziz Əliyevin yaşadı-
ğı dövr tarix üçün çox ağır
illərdir. Bütün çətinliklərə
baxmayaraq Əziz Əliyev öz
təşkilatçılıq bacarığı, fitri is-
tedadı ilə çox böyük işlər gör-
müş, Azərbaycanın ictimai-
siya sı həyatında müstəsna
xidmətlər göstərmişdir.
İnstitutu
qurtardıqdan
sonra Sabirabad rayonunda
cərrah işlədiyi zaman 30-
cu illərdə institutu bitirmiş
həkimlərin Əziz Əliyevdən
tez-tez söhbət açdıqla-
rını, tələbələrə yaratdığı
şəraitdən ürəkdolusu danış-
dıqlarını xatırladan akade-
mik bildirdi ki, o vaxt belə bir
şəxsiyyəti tanımadığına görə
təəssüflənərdi.
1960-cı ildə Həkimləri
Təkmilləşdirmə İnstitutunda
onunla təxminən 15 dəqiqə
çəkən görüşün təəssüratını
isə indiyətək unutmadığı-
nı dedi: “O dövrdən 57 il
keçməsinə
baxmayaraq,
onun səmimiliyi, sadəliyi,
qay ğıkeşliyi, yüksək ziyalılığı
indi də xatirəmdə yaşayır. O
çox da uzun olmayan ömrünə
böyük bir məna verməyi ba-
carmışdı”.
ATU-nun stomatologiya
kafedrasının müdiri, profes-
sor Tamara xanım Hüsey-
nova bu xeyirxah dahinin
onun taleyində də böyük
rol oynadığını söylədi: “Ya-
dımdadır, V kursda oxuyur-
dum. Tez-tez Elm-Tədqiqat
Travmatologiya və Ortope-
diya İnstitutunun nəzdində
fəaliyyət göstərən cərrahiyyə
şöbəsinə gedib əməliyyatlara
baxırdım. O vaxt institutun
direktoru Əziz Əliyev idi. Bir
gün məndə arzu yarandı ki,
dərsdən sonra işləyim. Bu
istəyim o böyük insanın qay-
ğıkeşliyi sayəsində həyata
kedi. Şəxsən bir stomatoloq,
alim kimi yetişməyimə görə
də özümü Əziz Əliyevə borclu
sayıram və onun işıqlı xatirəsi
önündə baş əyirəm”.
Əziz Əliyevin ailəsi, öv-
ladları ilə bağlı xatirələrini
də bölüşən natiqlər qeyd
etdilər ki, səhiyyə, elm və
təhsil sahəsinin böyük bir
dövrü Əziz Əliyevin adı ilə
bağlıdır. Onun tibbə aid, ana
dilində nəşr edilmiş əsərləri
milli səhiyyə tarixində mü-
hüm yer tutur. Bundan əlavə,
həm də nəzərə çatdırıldı ki,
Əziz Əliyev müxtəlif məsul
vəzifələrdə çalışarkən özü-
nü təcrübəli dövlət xadimi və
səhiyyə sahəsinin bacarıqlı
təşkilatçısı kimi göstərib.
Sonda
alimin
nəvəsi,
tibb elmləri doktoru Tamfi-
ra xanım Əliyeva babasının
xatirəsinə göstərilən diqqətə
görə dövlətimizin başçı-
sı İlham Əliyevə və tədbirin
təşkilatçılarına təşəkkürünü
bildirdi.
Qeyd edək ki, rektor Gəray
Gəraybəylinin ümumi re-
daktorluğu ilə ATU-da “Əziz
Əliyev-120” adında kitab da
nəşr olunub. Burada Əziz
Əliyevin 120 illik yubileyi
münasibətilə
universitetdə
təşkil olunan elmi-prak-
tik konfransın materialları, o
cümlədən görkəmli dövlət və
elm xadiminə həsr olunmuş
xatirələr yer alıb.
Arif MƏMMƏDLİ
GÖRKƏMLİ DÖVLƏT VƏ ELM
XADİMİNİN XATİRƏ İŞIĞINDA
Yanvarın 10-da Azərbaycan Tibb Universitetinin Tədris
Terapevtik Klinikasında görkəmli dövlət və elm xadimi
Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr
olunmuş geniş toplantı keçirildi.
Əziz Əliyev -120
16 yanvar 2017-ci il
http://w w w.amu.edu.az
3
u
Azərbaycan Respublika-
sı Prezidenti Administrasiyası
rəhbərinin sərəncamı ilə “20
Yanvar faciəsinin iyirmi yed-
dinci ildönümünün keçirilməsi
ilə bağlı tədbirlər planı” təsdiq
edilib.
Sənəddə respublikanın şəhər və
rayonlarında, o cümlədən idarə və
təşkilatlarda 20 Yanvar hadisələri
ilə bağlı konfrans, toplantı və
mühazirələrin təşkili, mədəniyyət
ocaqlarında faciəyə həsr olun-
muş tamaşaların göstərilməsi,
bədii və sənədli filmlərin nü-
mayiş etdirilməsi, bu tədbirlərin
kütləvi informasiya vasitələrində
geniş
işıqlandırılması,
dünya
ictimaiyyətinin diqqətini faciəyə
yönəltmək məqsədilə Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri, dip-
lomatik nümayəndəlikləri və icma-
ları vasitəsilə müvafiq tədbirlərin
keçirilməsi, dünyanın aparıcı kütləvi
informasiya vasitələrində, eləcə də
televiziya kanallarında və inter-
net şəbəkələrində 20 Yanvar faciəsi
barədə
materialların
verilməsi
nəzərdə tutulub.
Tədbirlər planına əsasən, respubli-
kanın bütün tədris müəssisələrində
faciəyə həsr edilmiş xüsusi dərs
keçiriləcək, 20 Yanvar hadisələri za-
manı şəhid olanların ailələrinə hu-
manitar yardım veriləcək, Şəhidlər
xiyabanı ərazisində lazımi işlər
aparılacaq, Azərbaycanda fəaliyyət
göstərən əsas dini konfessiya və qu-
rumlar tərəfindən faciə qurbanları-
nın xatirəsinə dini mərasimlər təşkil
ediləcək.
Bundan başqa, sərəncamda pay-
taxt ictimaiyyətinin yanvarın 20-
də Şəhidlər xiyabanına ziyarətinin
təşkili, saat 12.00-da bütün ölkə
ərazisində şəhidlərin xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi,
gəmilər, avtomobillər və qatarlar
vasitəsilə səs siqnallarının verilməsi,
gün ərzində Şəhidlər xiyabanında
matəm musiqisinin səsləndirilməsi,
respublikanın şəhər və rayonların-
da, kənd və qəsəbələrində hüzn
əlaməti olaraq dövlət bayraqları-
nın endirilməsi və digər tədbirlər
nəzərdə tutulub.
Və görürük ki, bu hüz-
nün, faciə nin içərisin də bir
məğlubedil məzlik, qəhrəmanlıq
yaşamaqdadır. Müasirlərimizin,
gə ləcək nəsillərin təpədən-
dırnağadək silahlanmış qan içən
ordunun üzərinə əliyalın yeriyən
insanların şahanə ölümlərini
unutmaması üçün o tarixi günə
dönə-dönə qayıtmalıyıq.
1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Bakıya eyni
vaxtda müxtəlif istiqamət-
lərdən qoşun hissələri yeridildi.
Dinc əhali atəşə tutuldu, tank-
lar, zirehli maşınlar insanları
əzib keçdi. Xalqımız nə qədər
faciəli gün yaşasa da, öz qanı ilə
tariximizin şərəfli səhifələrini
yazdı.
Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə
tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş 1990-cı ilin 20
Yanvarında ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın
təcavüzkar hərəkətlərindən və
keçmiş SSRİ rəhbərliyinin onla-
ra havadarlığından hiddətlənən
azadlıq
fədailəri
Bakının
küçələrinə və meydanlarına çı-
xaraq Kremlin siyasətinə öz
qəti etirazlarını bildirirdilər.
Öz haqqını tələb edən ge-
niş xalq kütlələrinə qarşı sovet
ordusunun döyüş hissələrinin
yeridilməsi
Azərbaycanda
misli
görünməmiş
faciəyə
gətirib çıxarmışdı. Böyük
itkilərlə, günahsız insanların
qətli ilə nəticələnən 20 Yan-
var faciəsi cinayətkar imperi-
ya rəhbərliyinin Azərbaycana
qarşı xəyanətkar siyasətinə
dözməyən,
öz
azadlığına,
müstəqilliyinə can atan xal-
qımızın həm də mübarizliyini,
əyilməzliyini,
məğrurluğunu
nümayiş etdirdi. Məhz bu-
nun nəticəsində uzun illərdən
bəri arzusunda olduğumuz
müstəqilliyə
qovuşduq
və
ölkəmiz suverenlik əldə etdi.
Bu hadisələr mahiyyət etibarilə
Azərbaycan xalqının milli-
azadlıq tarixinin qürur duyulası
bir səhifəsidir, çünki bir tərəfdə
azadlıq üçün mübarizə aparan
xalq, digər tərəfdə isə həmin
azadlığın qəsdinə durmuş sovet
imperiyası dayanırdı. 20 yanvar
hadisələri iradənin silaha, ina-
mın ölümə qalib gəldiyi məqam
idi. Bakının küçələri, evləri, yol-
dan keçən maşınları atəşə tutul-
du. Həmin vaxt qoşunun gəldiyi
yerlərdə bu gəlişə etiraz olaraq
müqavimət sipərləri quran in-
sanlar arasında cəmi 43 nəfər
həlak olmuşdu, qalan insanlar
evində, həyətində, mənzilində
qətlə yetirilmişdi.
Sovet imperiyasının Bakıya 50
min nəfərə yaxın qoşun kontin-
genti yeritməsinə baxmayaraq,
bu ordu insanları yalnız qətl edə
bildi, onları diz çökdürə bilmədi
və bu mənada Azərbaycan xal-
qı şəhidlər verməsinə, minlərlə
yaralıları olmasına, yüzlərələ
insanların həbslərə düşməsinə
baxmayaraq,
sınmadı,
mübarizəni davam etdirərək
milli istiqlalını qazandı.
Dünya hələ də 1990-cı il
yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycanda, onun
paytaxtı Bakıda nələrin baş
verdiyindən xeyli dərəcədə
səthi informasiyaya malikdir.
...Həmin gün Azərbaycanın
o vaxtkı rəhbərliyinin istəyi
və SSRİ rəhbərliyinin əmri ilə
Azərbaycanda
kommunist
rejimini saxlamaq və mil-
li azadlıq hərəkatını boğmaq
məqsədilə Bakıya böyük bir
ordu yeridilmişdi. SSRİ Müdafiə
Nazirliyi, DİN və DTK-nın ha-
zırlayıb həyata keçirdiyi «Udar»
adlı əməliyyatda əsas rolu xü-
susi təyinatlı «ALFA» və SSRİ
DTK-nın «A» təxribat qrupları
oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda
135 mülki vətəndaş öldürülmüş,
600-dən çox adam yaralanmış-
dı. Öldürülənlər arasında beş
millətin nümayəndələri, 20-dən
çox qadın, uşaq var idi. Hərbi
qulluqçular tərəfindən 200 ev
və mənzil, 80 avtomaşın, külli
miqdarda dövlət və şəxsi əmlak
məhv edildi.
20 Yanvar hadisəsi həm də
Azərbaycan genetikası üçün
də faciə yaradıb. Yanvarın 19-
23-ü arası dünyaya gələn 403
nəfər uşağın 96 nəfəri cəmi 2
gün yaşayıb. 68 nəfər isə do-
ğuş zamanı tələf olub. 19 ana
öz körpəsi ilə dünyasını dəyişib.
Təkcə Bakıda 281 nəfər stres
vəziyyətində olub. Onların 619
nəfəri bu günədək ayrı-ayrı po-
liklinikalarda qeydə alınıb. 193
nəfəri Türkiyədə, 92 nəfəri isə
İranda müalicə alıb.
1990-1992-ci illər arasında
Bakıda şəkər xəstəliyi 7,5 dəfə,
ürək - damar xəstəlikləri 4,8
dəfə, əsəb xəstəlikləri 8 dəfə
artıb, 57 nəfərin gözləri kor
olub.
20 Yanvar faciəsinə tam si-
yasi-hüquqi qiymətin verilməsi
ulu öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışın-
dan sonra mümükün oldu.
1994-cü il martın 29-da
“1990-cı il yanvarın 20-də Ba-
kıda törədilmiş faciəli hadisələr
haqqında” adlı xüsusi qərar
qəbul edildi. Beləliklə, Heydər
Əliyevin təkidi və rəhbərliyi
sayəsində
xalqımıza
qarşı
törədilən bu qanlı və qəddar ak-
siyaya siyasi-hüquqi qiymət ve-
rildi. Ümummilli liderin 2000-ci
ildə 20 Yanvar faciəsinin 10-cu
ildönümü haqqında imzala-
dığı fərmanda deyilirdi ki, XX
əsr tarixində totalitarizmin
törətdiyi ən qanlı terror akt-
larından biri olan 20 Yanvar
faciəsində Azərbaycan xalqına
qarşı işlədilmiş cinayət, əslində,
bəşəriyyətə, humanizmə, in-
sanlığa qarşı həyata keçirilmiş
dəhşətli bir əməldir.
Bu gün 20 Yanvar iştirakçıları
və şəhid ailələri dövlətin daim
diqqət mərkəzindədir. Prezi-
dent İlham Əliyev şəhidlərin
adının uca tutulmasına, onların
ailələrinin sosial məsələlərinin
yoluna qoyulmasına xüsusi
qayğı göstərir.
Həmin qanlı hadisələrdən
illər keçməsinə baxmayaraq,
xalqımız o müdhiş gecəni daim
xatırlayır, faciəni törədənlərə
öz dərin nifrətini bildirir. Xal-
qımızın qan yaddaşında əbədi
yaşayacaq 20 Yanvar faciəsini
respublikamız hər il Ümum-
xalq Hüzn Günü kimi geniş
qeyd edir. Bu cinayət hadisəsi
bütün dünyaya tarixi faktlar və
həqiqətlər əsasında çatdırılır.
Bakının ən möhtəşəm məka-
nın da torpaq uğrunda canlarını
fəda etmiş igid Vətən övlad-
larının uyuduğu Şəhidlər xiya-
banı xalqımız üçün müqəddəs
bir and yerinə, milli iradəmizin
şərəfli ünvanına çevrilib.
Azərbaycan xalqı bu ötən
27 il ərzində Şəhidlər Xiyaba-
nında dəfn edilən 20 Yanvar
şəhidlərinə və eləcə də Qarabağ
müharibəsi şəhidlərinə hörmət
və ehtiramını bildirmək üçün
Şəhidlər xiyabanına gələrək
onların müqəddəs qəbirlərini
ziyarət edir.
Bu gün bizim üçün Azərbay-
canın döv lət müstəqilliyinin
əbə diləş diril məsindən müqəd-
dəs vəzifə ola bilməz.
Bu gün planetin istənilən
nöqtəsində yaşayan soydaşları-
mız və eləcə də müttə fiqlərimiz
dünya xəri təsindəki qüdrətli
Azər baycan dövlətinin uğur-
larına sevinir, xalqımızın öz
müstəqilliyini əbə diləşdirmək
üçün atdığı qətiyyətli addımları
ilə fəxr edirlər.
Daha
böyük
qələbəmiz
isə torpaqlarımızın işğaıdan
tamamilə azad ediləcəyi gün
olacaq. Həmin gün isə uzaqda
deyil.
MƏNSUR ƏLƏKBƏRLİ
Dostları ilə paylaş: |