2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix06.09.2017
ölçüsü0,62 Mb.
#29066
1   2   3   4   5   6

İnternet azadlığı 

Hökumət ümumilikdə internetə çıxışı məhdudlaşdırmamışdır, lakin internet provayderlərdən 

lisenziya almaq və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə rəsmi müqavilə bağlamaq 

tələb edilmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən açıqlanmış statistik 

məlumatlara əsasən il ərzində ölkə əhalisinin təxminən 70 faizi internetdən istifadə etmişdir.     


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

18 


Cinayət məcəlləsinə edilmiş internetdə böhtan yaymağa və təhqirə görə cinayət cəzasını nəzərdə 

tutan bir sıra əlavələr Prezident Əliyev tərəfindən 5 iyun tarixdə təsdiqlənmişdir. ATƏT-in media 

azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları üzrə komissarı 

Nils Muiznieks prezidenti bu əlavələri imzalamamağa çağırmışlar. 5 iyun tarixdə qüvvəyə 

minmiş bu əlavələrin icrası ilə əlaqədar ilk hökm 30 iyul tarixdə Astara Rayon Məhkəməsi 

tərəfindən çıxarılmış və Mikayıl Cabbarova gəlirinin 20 faizi tutulmaqla bir il islah işləri 

kəsilmişdir, məhkəmə eyni zamanda ondan “AccessBank”ın ünvanına internetdə yazdığı 

tənqidləri təkzib etmək üçün “Facebook” sosial şəbəkəsində bəyanat yerləşdirməyi tələb 

etmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi 25 noyabr tarixdə Talıbova qarşı çıxarılmış 

hökmü ləğv etmişdir və Astara Rayon Məhkəməsinə işə yenidən baxmaq göstərişi vermişdir.   

Demokratiya fəallarının internet vasitəsilə apardıqları ünsiyyətə hökumət tərəfindən nəzarət 

olunduğu ilə bağlı açıq-aşkar əlamətlər olmuşdur. Məsələn, il ərzində hökumətin korrupsiya 

fəaliyyəti və insan hüquqlarının pozulması ilə bağlı tez-tez internetdə tənqidi iddialar yerləşdirən 

ən azı 11 nəfər gənc demokratiya fəalı saxlanılmış və yaxud qısa müddətə həbs olunmuşlar. 

Bloqqer Rəşad Ramazanov narkotik maddə saxlamaqda ittiham olunaraq Ağır Cinayətlərə Dair 

İşlər üzrə Məhkəmə tərəfindən 13 noyabr tarixdə doqquz il azadlıqdan məhrum edilmişdir. 

Vətəndaş cəmiyyəti fəalları Ramazanovun həbsinin “Facebook” sosial şəbəkəsində prezidenti və 

digər dövlət orqanlarını tənqid etməsi ilə bağlı olduğunu hesab etmişlər. “Amnesty İnternational” 

təşkilatı Ramazanovu vicdan məhbusu hesab etmişdir. İnsan hüquqlarının və mətbuat azadlığının 

müdafiəsi üzrə fəaliyyət göstərən 22 QHT tərəfindən 8 oktyabr tarixdə imzalanmış birgə press-

relizdə “İnsan Haqları Evi Fondu”nun icraçı direktoru Maria Dahle bildirmişdir: “Azərbaycan 

hakimiyyəti sosial mediada informasiya yerləşdirdiklərinə görə şəxsləri hədəfə alır və 

cəzalandırır… və insanların uzun müddətə həbs olunmaları üçün məhkəmələrdən siyasi 

məqsədlər üçün istifadə edir”. “Freedom House” təşkilatı özünün İnternetdə Azadlıq adlı illik 

hesabatında ölkənin internet icmasının dinamik olduğunu və sürətlə böyüdüyünü qeyd edir və 

eyni zamanda bildirir ki: “internetdə çıxış edənlərin dövlət tərəfindən hədə-qorxu, təhlükə, həbs 

və cərimələrlə üzləşmək ehtimalı daha çoxdur”.  

Müxalifətə və bəzi müstəqil hüquq müdafiəçiləri olan QHT-lərə məxsus internet saytlarına 

hücumlar olan zaman bəzi hallarda xidmət göstərilməsindən imtina olunduğu barədə məlumatlar 

verilmişdir. Məsələn, müxalifətin “Azadlıq” qəzetinin,  “Contact.az” xəbər portalının və 

“Azadlıq” radiosunun (RFE/RL), eləcə də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun 

internet səhifələrinə hücumlar olan zaman onlara xidmət göstərilməsindən imtina edilmişdir. 

İnternet saytlarına qadağaların qoyulması hallarının Naxçıvanda geniş yayıldığı bildirilmişdir.   

Tədris azadlığı və mədəniyyət tədbirləri 

Hökumət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır.  

Bəzi yerli müşahidəçilər, dövlət tərəfindən maliyyələşdirilən xaricdə təhsil proqramlarına 

hökumətin keçirdiyi iştirakçıların seçim prosesinin qərəzli olması və burada siyasi 

mənsubiyyətin nəzərə alınması ilə bağlı narahatlıqlarını bildirməyə davam etmişlər. Bu 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

19 


ittihamlar hökumət tərəfindən rədd edilmişdir və aparılan seçim prosesinin şəffaf olduğu iddia 

edilmişdir. 

“Facebook” sosial şəbəkəsində hökuməti tənqid etdiyinə görə tarix professoru Altay Göyüşovun 

noyabr ayında Bakı Dövlət Universiteti tərəfindən vəzifəsindən istefa verməyə məcbur edildiyi 

bildirilmişdir. Buna baxmayaraq onun istefasına qarşı tələbələr tərəfindən etiraz edildikdən sonra 

Göyüşov işinə geri qayıtmışdır. Müxalifət partiyalarının üzvləri məktəblərdə və universitetlərdə 

müəllim işinə düzəlməkdə çətinliklərlə üzləşdiklərini bildirməyə davam etmişlər. Bakı Dövlət 

Universiteti dekabr ayında müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dərs 

verməkdən imtina edərək onu müəllimlik vəzifəsindən azad etmişdir. Bundan əlavə, Qafqaz 

Universitetinin müəllimi və keçmiş millət vəkili Gültəkin Hacıbəyli müxalifətin Demokratik 

Qüvvələrin Milli Şurasına (DQMŞ) qoşulduqdan sonra ona və ailə üzvlərinə qarşı təzyiqlərin 

olduğu barədə məlumat vermişdir. Nəticədə Hacıbəyli tutduğu vəzifəsindən istefa vermişdir. 

Dövlət təhsil müəssisələrində müəllimlik edən müxalifət partiyalarının tanınmış üzvlərinin 

əksəriyyəti əvvəlki illərdə dövlət orqanları tərəfindən işlərindən qovulmuşlar.   

QHT-lərin verdikləri məlumata əsasən bəzi hallarda yerli icra hakimiyyəti orqanları milli 

azlıqların öz mədəniyyətlərini ifadə etmələrinin qarşısını almışlar, məsələn mədəniyyət 

tədbirlərinin keçirilməsini qadağan etmişlər.  

b. Sərbəst toplaşmaq və birləşmə azadlığı 

Sərbəst toplaşmaq azadlığı 

Sərbəst toplaşmaq azadlığı qanunla müəyyən edilsə də, hökumət bu azadlığı sərt şəkildə 

məhdudlaşdırmışdır. Seçki gününə az qalmış müddət və seçkidən sonrakı bir neçə həftə istisna 

olmaqla dövlət orqanları il ərzində dinc etiraz aksiyalarının keçirilməsini sərt şəkildə 

məhdudlaşdırmışlar, müəyyən hallarda güc tətbiq etmiş və etirazçıları saxlamışlar. Məsələn, 12 

yanvar tarixdə Bakı şəhərində keçirilmiş dinc etiraz aksiyası zamanı polis tərəfindən təxminən 

100 nəfərin saxlanıldığı bildirilmişdir.  

İsmayıllı şəhərindəki rəsmi şəxslərin cəzasızlığına qarşı 26 yanvar tarixdə Bakıda keçirilmiş dinc 

etiraz aksiyası zamanı polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan 

istifadə etmişdir. Polis tərəfindən saxlanılmış beş nəfər barəsində yerli məhkəmələr tərəfindən 13 

gündən 15 günə qədər saxlama qərarı çıxarılmışdır. İyirmi nəfər etirazçı isə 400 manatdan 2000 

manata (500-2500 ABŞ dolları) qədər məbləğdə cərimələnmişlər.    

Müddətli hərbi xidmətə çağırılanların orduda baş verən ölümünə qarşı etiraz məqsədilə 10 mart 

tarixdə Bakı şəhərində keçirilmiş dinc etiraz aksiyası zamanı etirazçıları dağıtmaq üçün polis su 

şırnaqlarından, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etmişdir. Polis tərəfindən 100 

nəfər saxlanılmış və onlar şəhərdən kənarda azad edilmişlər. Dövlət orqanları tərəfindən dörd 

nəfər altı gündən yeddi günə qədər inzibati qaydada saxlanılmış və 17 nəfər isə 400 manatdan 

600 manata (500-750 ABŞ dolları) qədər cərimələnmişlər.  



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

20 


Konstitusiyaya əsasən qrupların müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə 

sərbəst toplaşması nəzərdə tutulsa da, hökumət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi 

şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün yürüşlər üçün əvvəlcədən 

icazə alınmasını və Bakının əksər yerlərinə metro və avtobusla getmək daha əlverişli olmasına 

baxmayaraq müəyyən olunmuş ərazidə, əsasən şəhər mərkəzindən çox uzaqda keçirilməsini tələb 

etməyə davam etmişlər. Əksər siyasi partiyalar və QHT-lər bu cür tələblərin qəbuledilməz və 

konstitusiyaya zidd olduğunu hesab etmişlər. Hökumət 9 oktyabr prezident seçkisindən bir neçə 

həftə əvvəl və seçkidən sonra müxalifətin DQMŞ-a və digər qruplara ictimai yürüşlər keçirtməyə 

icazə versə də, il ərzində hakimiyyət orqanları bir qayda olaraq bildirişləri qəbul etməkdən 

imtina etmişlər və beləliklə də, sərbəst toplaşmaq azadlığını təmin etməmişlər.   

Milli Məclis 2 may tarixdə qanuna dəyişiklik edərək xırda qanun pozuntularına görə inzibati 

qaydada maksimum saxlama müddətini 15 gündən üç aya qədər uzatmışdır, polisə müqavimət 

göstərməyə görə maksimum inzibati saxlama müddətini 15 gündən bir aya artırmışdır və 

məhkəmə qərarını icra etməyənlərə (o cümlədən cərimələrin ödənilməməsinə görə) qarşı cəzaları 

artırmışdır. Sonuncu ilə əlaqədar olaraq cərimələr 20-35 manatdan (25-44 ABŞ dolları) 500-1000 

manata (400-1250 ABŞ dolları) qədər artırılmışdır və bir aya qədər inzibati qaydada saxlanılma 

müəyyən edilmişdir.     

Dövlət orqanları sanksiyalaşdırılmamış etiraz aksiyalarına əsassız məhdudiyyətlər tətbiq etmiş

siyasi müxalifətə qarşı keçirilən etirazların hətta əvvəlcədən rəsmi xəbərdarlıq təqdim 

olunmadığı halda belə baş tutmasına icazə vermişdir. 



Birləşmə azadlığı 

Sərbəst toplaşma azadlığının konstitusiya ilə təsbit olunmasına baxmayaraq qanun bu hüququ 

müəyyən dərəcədə məhdudlaşdırır və il ərzində qüvvəyə minmiş qanuna əlavələr QHT-lərin 

maliyyələşməsinə əlavə məhdudiyyətlər tətbiq etmişdir.   

Bir sıra hüquqi normalar, o cümlədən QHT-lərdən hüquqi şəxs statusu almaq istədikləri halda 

Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək tələbi hökumətə siyasi partiyaların, dini qrupların, 

müəssisələrin və QHT-lərin fəaliyyətlərini tənzimləməyə imkan verir. Qanunda hökumətin 

qeydiyyatla bağlı müraciət qəbul edildikdən sonrakı 30 gün ərzində (və yaxud əlavə araşdırma 

tələb olunduğu halda əlavə 30 gün ərzində) bu müraciətə baxması tələb olunsa da, qeyri-

müəyyən, yorucu və qeyri-şəffaf qeydiyyat prosedurları uzun müddətli ləngimələrə səbəb 

olmuşdur və vətəndaşların birləşmək hüquqlarının məhdudlaşdırılması davam etmişdir. Digər 

qanunlar sərbəst birləşmə azadlığını məhdudlaşdırır, məsələn QHT-in filial rəhbəri xarici 

vətəndaş olduğu halda filial rəhbərinin müavinlərinin Azərbaycan vətəndaşı olması tələb edilir 

və filial açmazdan öncə xarici QHT-lərdən hökumətlə müqavilə imzalamaq tələb olunur.    

12 mart tarixdə parlament qrantlar və ianələrə təsir edən bir sıra qanunlara əlavələri qəbul edərək 

QHT-lərin nağd şəkildə ianələr almasını de-fakto qadağan etmiş və QHT-lərin anonim ianələr 

almasını və yaxud geniş ictimaiyyətdən ianələr cəlb etməsini demək olar ki, mümkünsüz 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

21 


etmişdir. Qanuna edilmiş əlavələr hər hansı bir qrantı qeydiyyatdan keçirməyən QHT-lərə tətbiq 

olunan cərimələri artırmış və qrant müqaviləsi əsasında layihələrin icra edilməsinə, maliyyə 

hesabatlarında ianə haqqında informasiyanın daxil edilməməsinə, donorlar tərəfindən QHT-lərə 

200 manatdan (250 ABŞ dolları) artıq məbləğdə nağd ianələr verilməsinə görə və nağd ianələr 

qəbul edən QHT-lərə qarşı cərimələr müəyyən etmişdir.   

Parlament 17 dekabr tarixdə QHT fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq edən QHT-lər

qrantlar, hüquqi şəxslərin qeydiyyatı haqqında qanunlara və inzibati xətalar məcəlləsinə əlavələri 

qəbul etmişdir. Qanuna edilmiş əlavələr paketi qeydiyyatdan keçməmiş, müstəqil və xarici QHT-

lərin fəaliyyət imkanlarını boğur.  Dəyişikliklərə qeydiyyatla əlaqədar yeni öhdəliklər, qrantla 

bağlı və digər hesabatlılıq tələblərinin artırılması, yerli qanunların tələblərinə əməl 

olunmamasına görə cəzaların artırılması, hökumət tərəfindən araşdırmaların aparılması və 

informasiya sorğuları daxildir. Əlavələr təsdiq edilmək üçün ilin sonunda prezidentə təqdim 

edilmişdir. 30-dan artıq nüfuzlu QHT üzvləri və beynəlxalq ictimaiyyətin bəzi tərəfləri prezidenti 

bu əlavələri imzalamamağa çağırmışlar.   

Dövlət orqanları bir qayda olaraq adlarında “insan haqları”, “demokratiya”, “institut” və 

“cəmiyyət” sözləri olan QHT-lərin qeydiyyat müraciətlərini rədd etmişlər.  

İki il qeydiyyatdan keçməyə cəhd göstərmiş “İnsan Hüquqları Klubu”nun müraciəti 19 fevral 

tarixdə Bakı şəhər məhkəməsi tərəfindən rədd edilmişdir. Mütəxəssislərin verdikləri məlumata 

əsasən bir neçə il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dörd iş üzrə qərar qəbul 

edərək hökumət tərəfindən qeydiyyat müraciətinin rədd edilməsinin İnsan Haqları üzrə Avropa 

Konvensiyası ilə müəyyən edilmiş sərbəst birləşmə azadlığının pozulması kimi 

qiymətləndirmişdir.    

Hökumət 2009-cu ildə qəbul edilmiş qanuna 2011-ci ildə edilmiş dəyişikliklərin icrasını davam 

etdirmişdir, belə ki, həmin dəyişikliklər ölkədə fəaliyyət göstərmək istəyən xarici QHT-lərin 

Ədliyyə Nazirliyi ilə müqavilə imzalamasını və təkrar qeydiyyatdan keçməsini tələb edir. 

Azərbaycanda öz filialını qeydiyyatdan keçirmək istəyən xarici QHT-lərdən “Azərbaycan 

xalqının milli və mənəvi dəyərlərini” dəstəklədiklərini nümayiş etdirmək və dini və siyasi 

təbliğat fəaliyyətlərində iştirak etməməyə öhdəlik götürmək tələb olunur. Qərarda qeydiyyat 

proseduru ilə bağlı hər hansı vaxt məhdudiyyəti göstərilmir və bu da, hökumətin hər hansı xarici 

QHT-ni qeydiyyatdan keçirib-keçirməməklə bağlı qeyri-məhdud müddətdə qərar qəbul etməsinə 

imkan yaradır. 2012-ci ildə baş vermiş bir hal istisna olmaqla, 2011-ci ildən etibarən qəbul 

edilmiş bu qaydalara əsasən heç bir xarici QHT hökumət tərəfindən qeydiyyatdan keçməyə 

müvəffəq olmamışdır.    

Bəzi mütəxəssislərin rəyinə əsasən il ərzində qeydiyyatdan keçməmiş QHT-lərin sayı 1000 təşkil 

etmişdir.  

 

 


                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

22 


c. Dini etiqad azadlığı 

Bax: Dövlət Departamentinin 

www.state.gov/j/drl/irf/rpt/

 internet səhifəsində yerləşdirilmiş 



Beynəlxalq Dini Etiqad Azadlığı Haqqında Hesabatı.  

d. Sərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və vətəndaşlığı 

olmayan şəxslər 

Ölkə daxilində sərbəst hərəkət azadlığı, xaricə səfər, mühacirət və repatriasiya qanunla müəyyən 

olunsa da, hökumət bəzi hallarda, xüsusilə məcburi köçkünlərin sərbəst hərəkət azadlığını 

məhdudlaşdırmışdır.   

Hökumət məcburi köçkünlərin, qaçqınların, geri qayıdan qaçqınların, sığınacaq axtaranların, 

vətəndaşlığı olmayan şəxslərin və aidiyyəti olan digər şəxslərin müdafiəsi və onlara yardım 

göstərilməsi istiqamətində BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığı (UNHCR) və digər 

humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. Qaçqın statusunun müəyyən olunması da daxil 

olmaqla qaçqınlarla bağlı olan bütün məsələlərə Dövlət Miqrasiya Xidməti cavabdeh olmuşdur. 

Beynəlxalq QHT-lər bu xidmətin səmərəli olmadığı və şəffaf fəaliyyət göstərmədiyi barədə 

məlumatlar verməkdə davam etmişlər.   

Xaricə səfər: Dövlət orqanları bəzi vətəndaş cəmiyyəti fəallarının ölkədən kənara səfər etməsinin 

qarşısını almışlar. Məsələn, noyabr ayında dövlət orqanları SMDTM-in

 

vergidən yayınması ilə 



bağlı aparılan araşdırmanın davam etməsi ilə əlaqələndirərək SMDTM

 

sədri Anar Məmmədlinin 



Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammitində iştirak etməsini qadağan etmişlər (bax: bölmə 

3). Dövlət orqanları eyni zamanda SMDTM-in

 

icraçı direktoru və KBƏ sədrinin də ölkəni tərk 



etməsini qadağan etmişlər. Hökumət Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin pasportunu 

yeniləməkdən imtina etməklə 2006-cı ildən bəri onun xaricə səfər etməsinin qarşısını almışdır. 

Hökumət bunun ona qarşı 1994-cü ildə qaldırılmış cinayət şikayəti ilə əlaqəli olduğunu 

bildirmişdir, baxmayaraq ki, iddianın qaldırıldığı vaxtdan sonra hər hansı etiraz olmadan 

Kərimlinin pasportu bir neçə dəfə yenilənmişdir. Kərimli bu qərardan şikayət etsə də, onun bu 

şikayəti məhkəmə sisteminin bütün instansiyaları tərəfindən rədd edilmişdir. 2009-cu ildə 

Kərimli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir və ilin sonuna olan 

məlumata əsasən bu şikayətə baxılmamışdır.

 

    


Hərbi xidmət yaşına çatmış şəxslərin xaricə səfər etməzdən öncə hərbi qurumlarda qeydiyyatdan 

keçməsi qanunla tələb edilir. Ali təhsilini davam etdirmək istəyən şəxslər öz təhsillərini başa 

vurmaq üçün möhlət istəyə bilərlər. Hərbi xidmət haqqında qanunda magistratura və ya 

aspirantura pilləsində təhsil alanlar üçün möhlət nəzərdə tutulmamışdır, lakin buna baxmayaraq 

hərbi çağırış komissiyaları qəbul haqqında illik sübut təqdim etdikdən sonra belə möhlətlər 

vermişlər. Milli təhlükəsizliyə dair informasiyaya çıxışı olan hərbi işçilərin səfərlər etməsinə 

müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Cinayət əməlində ittiham olunan və ya məhkum 

edilmiş və şərti cəzaya məhkum edilmiş şəxslərin xaricə səfər etməsinə icazə verilməmişdir.  



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

23 


Hökumətin rəsmi siyasəti etnik erməni mənşəli vətəndaşların səfər etməsinə icazə versə də, aşağı 

vəzifəli dövlət qulluqçularının pasport almaq üçün müraciət etmiş etnik ermənilərdən çox vaxt 

rüşvət tələb etdikləri və ya onları hədələdikləri bildirilmişdir.   

Məcburi köçkünlər 

İlin birinci yarısında BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən verilən 

məlumata əsasən ölkədə qeydə alınmış məcburi köçkünlərin sayı 600 336 nəfər təşkil etmişdir ki, 

onlar da 153 336 ailəni təmsil etmişlər. Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi 

nəticəsində öz evlərini 1988-1993-cü illərdə tərk etmişlər.     

Məcburi köçkünlərdən yaşadıqları yerli dövlət orqanlarında qeydiyyata almaq tələb edilmişdir və 

onlar yalnız icazə verilmiş ərazilərdə yaşaya bilmişlər. Tarixən Sovet dövründən qalmış 

“propiska” sistemi Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi rayonu separatçıların 

nəzarətinə keçdikdən sonra əsasən öz evlərini tərk etmək məcburiyyətində qalmış şəxslərə tətbiq 

edilmişdir. Hökumət bu qeydiyyatın məcburi köçkünlərə göstərilən yardımı izləmək üçün lazım 

olduğunu bildirmişdir. Məcburi Köçkünlüklə bağlı Monitorinq Mərkəzinə əsasən Bakı şəhərində 

yaşayan əksər məcburi köçkünlər öz yaşadıqları yerə qeydiyyata düşə bilməmişlər və ya rəsmi 

işə düzəlmək, dövlət yardımını almaq, tibbi xidmətdən, təhsildən yararlanmaq və ya pensiya 

almaq imkanları olmamışdır və əmlak almaqda çətinlik çəkmişlər. Məcburi köçkünlərin çoxu 

məhdud məşğulluq imkanları və yüksək yoxsulluq səviyyəsi olan əhalinin sıx şəkildə 

məskunlaşdığı kollektiv mərkəzlərdə yaşamağa davam etmişlər və burada onlar sosial cəhətdən 

təcrid olunmuşlar. Hazırkı qanunvericiliyə əsasən qeydiyyatdan keçmək artıq tələb olunmur, 

lakin məcburi köçkün statusu əldə etmək lazımdır. Məcburi köçkünlərin yaşadıqları yerdə 

müvəqqəti qeydiyyatdan keçmələri onların ölkə daxilində yerdəyişmələrinə məhdudiyyət 

qoymur.     

    

BMT-in Qaçqınların İşi üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən verilən məlumata əsasən ilin 



birinci yarısında hökumət təxminən 13 520 nəfərin təmsil olunduğu 2704 ailəni yeni evlərə 

köçürmüşdür. Yeni evlərə köçürülmə Abşeron və Mingəçevir rayonlarında baş vermişdir.   

  

Qaçqınların müdafiəsi 

Sığınacaqlarla təminat: Sığınacaq və ya qaçqın statusunun verilməsi qanunla müəyyən olunur və 

hökumət, bəzi qaçqınların müdafiəsinin təşkil olunması üçün Dövlət Miqrasiya Komitəsinin 

Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti tərəfindən həyata keçirilən sistemi 

müəyyən etmişdir. BMT-in Qaçqınların İşi Üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən verilən 

məlumatda il ərzində müəyyən irəliləyişlərin olduğu qeyd edilsə də, ölkənin qaçqın statusunun 

müəyyən olunması sistemi beynəlxalq standartların tələblərinə cavab verməmişdir və hökumət 

sığınacaq axtaranların yalnız cüzi hissəsinə qaçqın statusu vermişdir. Noyabr ayına olan 

məlumata əsasən BMT-in Qaçqınların İşi Üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən ölkədə 

1500 nəfər (sığınacaq axtaranlar, UNHCR-ın səlahiyyəti çərçivəsində olan şəxslər və UNHCR-ın 



                                                                    

AZƏRBAYCAN 

 

                                                       2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları 



                                         ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu 

24 


mandatına uyğun qaçqın kimi tanınmış şəxslər) qeydə alınmışdır və onlara BMT-in Qaçqınların 

İşi Üzrə Ali Komissarlığının (UNHCR) müdafiə məktubları təqdim edilmişdir. Dövlət Miqrasiya 

Xidməti tərəfindən verilən məlumata əsasən ilin ilk 10 ayı ərzində qaçqın statusunun alınması 

üçün müraciət etmiş 123 nəfərdən səkkizinə qaçqın statusu verilmişdir. Əvvəlki ildə olduğu 

kimi, qaçqınlar arasında çoxluq təşkil edən üç ən böyük hissəni çeçenlər, əfqanlar və iranlılar 

təşkil etmişlər.    

 

Təhlükəsiz mənşə ölkəsi/tranzit: BMT-in Qaçqınların İşi Üzrə Ali Komissarlığı (UNHCR) 



tərəfindən verilən məlumata əsasən Azərbaycan tərəfi Çeçenistandakı münaqişə nəticəsində öz 

yerlərini tərk edən Rusiya vətəndaşlarının sığınacaqların təmin olunması üzrə dövlət 

prosedurundan istifadə etməsinə icazə vermir. Bununla belə, BMT-in Qaçqınların İşi Üzrə Ali 

Komissarlığı (UNHCR) qeyd etmişdir ki, ölkə çeçen milliyyətindən olan sığınacaq axtaranların 

mövcudluğuna tolerant yanaşır və UNHCR tərəfindən onların müdafiəsi və humanitar 

ehtiyaclarının təmin olunmasını qəbul edir.   

 

Məcburi qaytarılma: Ölkə məcburi qaydada geri qaytarmamaq prinsipinə qoşulur. Əlavə 



müdafiənin təmin olunması üçün qanunvericilik çərçivəsinin olmamasına baxmayaraq hökumət 

beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə effektiv şəkildə ərazi müdafiəsini təmin edir.  

Məşğulluq və əsas xidmət növlərindən istifadə: Ölkədəki təxminən 1000 nəfər qaçqından çoxu 

hökumət tərəfindən qeydə alınmamışdır və onlar UNHCR-ın mandatına əsasən müdafiə 

olunmuşlar. Nə Dövlət Miqrasiya Komitəsi tərəfindən qeydə alınmış qaçqınlara, nə də ki, 

UNHCR-ın müdafiəsi altında olanlara qanuni şəkildə işləməyə icazə verilməmişdir. Onlar eyni 

zamanda sosial xidmətlərdən də istifadə edə bilməmişlər.  

Uzunmüddətli həll yolları: BMT-in Qaçqınların İşi Üzrə Ali Komissarlığı (UNHCR) qeyd 

etmişdir ki, ölkə qaçqınların və sığınacaq axtaranların hüquqi müdafiəsi və dolanışığının təmin 

olunması məsuliyyətini üzərinə götürməmişdir.  

Müvəqqəti müdafiə: Hökumətin qaçqın kimi tanınmayan şəxslərə müvəqqəti müdafiə təmin 

etmək üçün hüquqi mexanizmi yoxdur. Hökumət, qaçqın hesab etdiyi şəxslərə UNHCR 

tərəfindən verilmiş müdafiə məktublarını qəbul etmişdir. Nəticədə UNHCR ölkədə onun 

səlahiyyəti çərçivəsində olan əhali qrupları üçün bütün müdafiə və yardım fəaliyyətini 

göstərməkdə davam etmişdir. Çeçen, əfqan və iranlıların UNHCR tərəfindən onun səlahiyyəti 

çərçivəsində olan şəxslər kimi qeydə alınmasına baxmayaraq, ölkənin yaşayış, qeydiyyat, qaçqın 

və məcburi köçkünlərin statusu haqqında qanunları polis tərəfindən qeydiyyata alınması tələb 

olunan və yaşamağa icazəsi olmayan bu şəxslərə şamil edilmir. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin