Vətəndaşlığı olmayan şəxslər
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
25
Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin vətəndaşlığı əsasında
verilir. Vətəndaşlığı olmayan statusun alınması üçün müraciət etmək hüququnun qanunla
nəzərdə tutulmasına baxmayaraq bəzi şəxslər müraciət etmək üçün tələb olunan sənədləri əldə
edə bilməmişlər və bu səbəbdən də rəsmi qaydada qeydə alınmamışlar. Vətəndaşlıq haqqında
qanun xaricilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq almasını çətinləşdirir.
Dövlət Miqrasiya Xidməti tərəfindən verilən məlumata əsasən 2012-ci ildə ölkədə 1776
vətəndaşlığı olmayan şəxs olmuşdur, buna baxmayaraq UNHCR tərəfindən yalnız 177 nəfər
qeydə alınmışdır. İlin ilk 10 ayı ərzində vətəndaşlığı olmayan 216 nəfər şəxs vətəndaşlıq almaq
üçün müraciət etmişdir və dövlət orqanları tərəfindən baxılmaq üçün 163 ərizə qəbul edilmişdir.
Vətəndaşlığı olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və İrandan olan etnik
azərbaycanlılar olmuşlar. QHT-lərin məlumatlarına əsasən çoxlu sayda sənədləşdirilməmiş digər
vətəndaşlığı olmayan şəxslər də olmuşdur və bu rəqəmlərin yüz və on minlərlə olduğu
bildirilmişdir. Vətəndaşlığı olmayan şəxslər bir çox hallarda sərbəst yerdəyişmə azadlığından
istifadə edirlər. Buna baxmayaraq onların hüquqi statusları olmadığına görə əsas hüquqlardan, o
cümlədən dövlət səhiyyə xidmətlərindən faydalanmaq hüququ, rəsmi qaydada məşğulluq
hüququ, nikah, doğum və ölüm hallarını qeydə almaq hüququ məhduddur.
Bölmə 3. Siyasi hüquqlara hörmət: vətəndaşların öz hökumətlərini dəyişmək hüququ.
Vətəndaşların öz hökumətini dinc yolla dəyişmək hüququnun konstitusiya və qanunla müəyyən
olunmasına baxmayaraq hökumət seçki prosesinə müdaxilə etməklə bu hüququ
məhdudlaşdırmağa davam etmişdir. Qanun eyni zamanda müstəqil qanunvericilik
hakimiyyətinin olmasını da nəzərdə tutur, lakin Milli Məclisin müstəqilliyi məhdud səviyyədə
olmuş və onun icraedici qanaddan ayrıca müstəqil qanunvericilik təşəbbüsü az olmuşdur.
Seçkilər və siyasi iştirak
Son seçkilər: 9 oktyabr tarixdə keçirilmiş prezident seçkiləri beynəlxalq standartların tələblərinə
cavab verməmişdir. İlkin məlumatlar və nəticələr əsasında 10 oktyabr tarixdə verdiyi birgə
bəyanatda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) və ATƏT-
in Parlament Assambleyası ölkənin ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərə tam cavab
verməsini təmin etmək məqsədilə aradan qaldırılmasına ehtiyac olan ciddi çatışmazlıqları
vurğulamışdır. Seçki günü ATƏT/DTİHB müşahidəçiləri səsvermə qutusuna bülletenlərin
doldurulması, müşahidə aparılmış seçki məntəqələrinin 58 faizində səslərin sayılması zamanı
ciddi problemlərin olmasını və qəbul edilmiş səslərin sayının qeydə alınmaması kimi
prosedurların pozulması hallarının şahidi olmuşlar. Seçki günündən əvvəl hökumət repressiv
siyasi mühit yaratmışdır ki, bu da azad və ədalətli seçki rəqabətinin aparılması üçün lazım olan
sərbəst toplaşma, birləşmə və ifadə kimi fundamental azadlıqları təmin etməmişdir. Dövlət
orqanları müntəzəm şəkildə media və vətəndaş cəmiyyətinə müdaxilə etmiş, təbliğat müddətinin
22-ci günündə və bundan əvvəl vaxtaşırı dinc yürüşlərin və görüşlərin keçirilməsinə zor tətbiq
etməklə mane olmuşdur, bir sıra müxalifət və gənc fəalları həbs etmişdir. Nə seçkilərin
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
26
keçirilməsi, nə də məhkəmə hakimiyyəti şikayətlərin effektiv təmin olunmasını həyata
keçirməmişdir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) kimi
nüfuzlu QHT-lər də oxşar çatışmazlıqların olduğunu bildirmişlər.
SMDTM tərəfindən 23 oktyabr tarixdə verilmiş məlumata əsasən seçkidən sonra şikayətlərə
baxılması prosesində məhkəmə və Mərkəzi Seçki Komissiyasının (MSK) bir üzvü istisna
olmaqla heç kəs iştirak etməmişdir. SMDTM eyni zamanda qeyd etmişdir ki, Konstitusiya
Məhkəməsi seçkidən sonra seçkinin nəticələrinin araşdırılmasının sonuncu gününə dörd gün
qalmış seçkinin nəticələrini qəbul etmişdir. ATƏT/DTİHB-un 24 dekabr tarixdə təqdim etdiyi
seçki haqqında son hesabatda da oxşar çatışmazlıqlar vurğulanmışdır. Məsələn, seçkidən sonra
müxalifətin vahid namizədi Cəmil Həsənlinin şikayəti MSK və məhkəmə tərəfindən qəbul
edilməmişdir və səbəb kimi onun seçki müşahidəçilərinin ifadələrinin əslini deyil, fotosurətlərini
təqdim etməsi göstərilmişdir, lakin ATƏT/DTİHB bəyan etmişdir ki, şikayət zamanı sənədlərin
əsillərinin təqdim olunması nə seçki məcəlləsi, nə də, MSK təlimatlarına əsasən tələb olunmur.
SMDTM tərəfindən verilmiş seçkidən sonrakı tənqidi bəyanatın ardınca oktyabr ayının sonunda
dövlət orqanları bu qrupa və seçkilərin monitorinqi ilə məşğul olan digər QHT - Könüllülərin
Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinə (KBƏ) qarşı vergidən yayınmaq və digər ittihamlar
üzrə cinayət işi açmışlar. SMDTM-in sədri Anar Məmmədli dövlət orqanları tərəfindən 16
dekabr tarixdə həbs edilmiş və barəsində üç ay həbs-qəti imkan tədbiri seçilmişdir.
Məmmədlinin saxlanılmasına cavab olaraq “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz
üzə aparıcı tədqiqatçısı bəyan etmişdir, “Məmmədlini həbs etməklə dövlət orqanları mesaj
göndərirlər ki, onlar seçki saxtakarlığı barəsində verilən etibarlı məlumatların araşdırılmasından
daha çox narahatlıq doğuran bir carçını susdurmaqda daha çox maraqlıdırlar”. Ölkədəki 167
ictimai xadim tərəfindən 24 dekabr tarixdə verilmiş birgə bəyanatda Məmmədli vicdan məhbusu
adlandırılmış və ona qarşı irəli sürülən ittihamların onun təşkilatının seçkini monitorinq etməsi
ilə bağlılığını və “saxta” olduğunu qeyd etmişlər.
Seçki kampaniyası ərzində dövlət orqanları tərəfindən müxalifətin vahid namizədi Cəmil
Həsənlinin qeydiyyatı, müxalifətin bəzi təbliğat xarakterli yürüşlərinə icazə verilməsi, seçkini
müşahidə etmək məqsədilə ATƏT/ DTİHB-in dəvət olunması və seçkiyə effektiv texniki hazırlıq
daxil olmaqla müəyyən konstruktiv addımlar atılmışdır.
Siyasi partiyalar: 50 siyasi partiyanın qeydiyyatdan keçməsinə baxmayaraq hakimiyyətdə olan
Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq etmişdir. Yerli müşahidəçilərin verdikləri
məlumata əsasən iqtidar partiyasına üzvlük müəyyən imtiyazlar təmin etmişdir, belə ki, dövlət
qulluğuna işə qəbul zamanı partiyanın üzvlərinə üstünlük verilmişdir. Ölkənin müstəqillik
qazanmasından bəri ilk dəfə olaraq 2010-cu ildə keçirilmiş parlament seçkilərindən sonra Milli
Məclisdə müxalifətin Müsavat və Xalq Cəbhəsi partiyalarının üzvləri yer almamışlar.
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
27
Digər vətəndaşlarla müqayisədə müxalifət üzvlərinin rəsmi strukturlar tərəfindən təqibə məruz
qalması, əsassız həbs olunması və saxlanılması ehtimalı daha çox olmuşdur. “İnsan Hüquqları
Klubu” tərəfindən 1 oktyabr tarixə verilmiş məlumata əsasən siyasi motivlər əsasında
saxlanılmış və yaxud həbs olunmuş səkkiz nəfər, müxalifət partiyasının və ya hərəkatının üzvləri
olmuşlar. Məsələn, Xalq Cəbhəsi Partiyasının gənc fəalı Daşqın Məlikov saxta əskinas
saxlamaqda ittiham edilərək 26 mart tarixdə Sumqayıt polisi tərəfindən həbs edilmişdir. Daşqın
Məlikov 3 iyul tarixdə məhkəmə tərəfindən qanunsuz narkotik vasitə əldə etmək maddəsi ilə iki
il yarım müddətə azadlıqdan məhrum edilmişdir. Yerli media və QHT mənbələri Məlikova qarşı
irəli sürülmüş ittihamların dövlət orqanları tərəfindən saxtalaşdırıldığını və onun ictimai etiraz
aksiyalarında iştirakı və “Facebook” sosial şəbəkəsində hökuməti tənqid etməsinə cavab olaraq
baş verdiyini hesab etmişlər.
Regionlarda fəaliyyət göstərən partiya üzvləri çox vaxt toplantının məqsədini gizlətmək
məcburiyyətində qalmış və bu cür görüşləri ucqar ərazilərdə keçirmişlər. Müxalifət partiyalarının
üzvlərinin verdikləri məlumata əsasən polis çox vaxt çayxanalarda keçirilən kiçik görüşləri
dağıtmış və dindirmək məqsədilə iştirakçıları saxlamışdır. Müxalifət partiyalarının ofis icarəyə
götürərkən üzləşdikləri çətinliklər davam etmişdir, belə ki, verilən məlumatlara əsasən əmlak
sahibləri rəsmilər tərəfindən onlara təzyiq göstərilməsindən qorxmuşlar və bəzi partiyalar
rəhbərlərinin mənzillərində fəaliyyət göstərmişlər.
Qadınlar və milli azlıqların iştirakı: Milli Məclisdə 19 qadın millət vəkili olmuşdur. Bir nəfər
qadın nazirlik səviyyəsində vəzifə tutmuşdur. Talış, avar, rus və yəhudi kimi milli azlıqların
üzvləri Milli Məclisdə və hökumətdə təmsil olunmuşlar.
Bölmə 4. Korrupsiya və hökumətdə şəffaflığın olmaması
Dövlət işçilərinin yol verdikləri korrupsiya əməlinə görə qanunla cinayət cəzası nəzərdə tutulur.
İlk 10 ay ərzində hökumət aşağı və orta səviyyədə korrupsiya hallarının araşdırılaraq
rüşvətxorluq əməllərində ittiham olunan 15 nəfərin məhkəməyə cəlb olunması ilə tərəqqi əldə
etsə də, yüksək vəzifəli rəsmilər cəzasızlıq şəraitində fəaliyyət göstərməyə davam etmişlər.
“Transparency İnternational” (Beynəlxalq Şəffaflıq) təşkilatı və digər müşahidəçilər
korrupsiyanın il ərzində geniş yayıldığını qeyd etmişlər.
Korrupsiya: 2005-ci il parlament seçkilərində namizəd və keçmiş universitet rektoru Elşad
Abdullayev 2012-ci ilin sentyabr ayının əvvəlindən başlayaraq və il ərzində davamlı şəkildə
hökumət rəsmilərinin korrupsiya fəaliyyətində iştirakını nəzərdə tutan bir neçə video yazını
yaymışdır. Bu video yazılardan birində Abdullayevin 2005-ci il parlament seçkilərində namizəd
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
28
olduğu vaxt həmin dövrdə parlamentin üzvü olmuş Gülər Əhmədova və Sevinc Babayeva ilə
görüşü təsvir olunur. Video yazıda Əhmədovanın hədə yolu ilə parlamentdə yer almaq əvəzində
1 000 000 ABŞ dolları almağa cəhd etdiyi görünür. Video yazıda Əhmədova və Babayeva,
Abdullayevə məlumat verirlər ki, onun əvvəl verdiyi 500 000 ABŞ dolları “Ramiz müəllimə”
çatdırılmışdır və Abdullayev burada Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə
istinad olunduğunu iddia etmişdir. Video yazı yayıldıqdan sonra dövlət orqanları Əhmədovaya
qarşı cinayət işi açdılar, bundan sonra o deputatlıqdan və iqtidarda olan Yeni Azərbaycan
Partiyasına üzvlükdən çıxarıldı. 2012-ci ilin dekabr ayında Babayevanın oğlu anasının
müəmmalı şəraitdə Türkiyədə vəfat etdiyini bildirmişdir. Əhmədovanın məhkəmə işi oktyabr
ayında başladı və 2 dekabr tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə onu üç il
azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Məhkəmə zamanı Babayevanın qohumlarının
Əhmədovanı onu zəhərləməkdə ittiham etdikləri bildirilmişdir.
İl ərzində rüşvətxorluq və gündəlik həyata təsir edən hökumətdə korrupsiya formaları ilə bağlı
digər cinayət işləri açılmışdır, lakin buna baxmayaraq hər hansı yüksək rütbəli məmur
məhkəməyə cəlb edilməmişdir.
Hökumətdəki korrupsiya əməllərinə qarşı mübarizə aparan bəzi hüquq müdafiəçilərinin dövlət
orqanlarının hədəfində olması barədə davamlı şəkildə məlumatlar verilmişdir. Məsələn, Bakı
şəhərindəki evlərindən çıxarılmış ailələri təmsil etmiş vəkil Bəxtiyar Məmmədovun 27 fevral
tarixdə məhkum olunması və anti-korrupsiya fəaliyyətlərinə görə 2012-ci ildə həbs edilmiş
“Kür” QHT-in dörd fəalının saxlanılmasının davam etməsi QHT-lər tərəfindən siyasi motivlərə
söykənən fəaliyyət kimi xarakterizə edilmişdir.
Hüquq mühafizə orqanlarının əməkdaşları arasında korrupsiya problem olmuşdur. 2011-ci ilin
əvvəlindən başlayaraq rüşvət tələb olunması halları azalsa da, sonradan polis yol hərəkəti
qaydalarının pozulmasına və digər xırda pozuntulara görə saxta, qeyri-rəsmi cərimələr tətbiq
etmək təcrübəsinə qayıtmış və yerli vətəndaşlardan onlara himayədarlıq etmək məqsədilə pul
qopartmışdır. Əmək haqlarının aşağı olması polisdə korrupsiyanın yaranmasını davam
etdirmişdir.
Daxili İşlər Nazirliyinin 30 oktyabr tarixə təqdim etdiyi məlumata əsasən il ərzində nazirlik 36
korrupsiya halını araşdırmışdır və 61 əməkdaşa qarşı korrupsiya halları ilə bağlı yol verdikləri
pozuntulara görə inzibati tədbirlər görmüş, 36 nəfər tutduğu vəzifədən azad edilmiş, 21 nəfərin
rütbəsini azaldılmış və dörd nəfərə rəsmi xəbərdarlıq olunmuşdur.
Cəmiyyətdə belə bir inam geniş yayılmışdır ki, hər bir kəs rüşvət verməklə 18-35 yaş kişilərə
tətbiq olunan hərbi xidmət keçməkdən azad ola bilər. Vətəndaşlar eyni zamanda hesab etmişlər
ki, hərbçilərin kiçik miqdarda rüşvət verməklə daha asan hərbi xidmət keçmə yerlərinə göndəriş
alması da mümkündür.
Dövlət idarəçiliyinin aşağı səviyyələrində korrupsiyanın azaldılması məqsədilə prezident və
prezident administrasiyası Bakı şəhərində geniş təbliğ olunan proqramın icrasını davam
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
29
etdirmişlər. Hökumət tərəfindən doğum şəhadətnamələrinin verilməsi və nikahın qeydiyyatı kimi
doqquz nazirlik tərəfindən təqdim olunan xidmətlərin bir yerdə cəmləşdiyi dörd “ASAN” xidmət
mərkəzi yaradılmışdır. “ASAN” qısaltmasının açılışı Azərbaycan Xidmət və Qiymətləndirmə
Şəbəkəsidir və bu söz Azərbaycan dilində “asan” mənasını verir.
Baş Prokurorluqda fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) ölçüsü il
ərzində təxminən üç dəfə artmışdır və təxminən 100-ə qədər prokuror və müstəntiq vəzifələri
təyin edilmişdir. 2011-ci ildən bəri baxılan işlərin sayı təxminən iki dəfə artmışdır və ilin ilk 10
ayı ərzində İdarə tərəfindən 153 iş məhkəməyə təqdim olunmuşdur və 293 nəfərə qarşı ittiham
irəli sürülmüşdür. KQMİ eyni zamanda cinayət yolu ilə əldə edilən gəlirlərlə əlaqədar cinayət
işinin açılmasını da həyata keçirir Bundan əlavə KQMİ korrupsiya hallarına şərait yaradan
halların aradan qaldırılması istiqamətində tövsiyələr və məcburi təlimatlar verir.
Xidməti fəaliyyəti ilə əlaqədar qanun pozuntusunu ifşa edənlərin müdafiəsi: Xüsusi olaraq
qanunsuzluq faktlarını ifşa edən işçilərin müdafiə olunmasını nəzərdə tutan qanun yoxdur.
Maliyyə açıqlaması: Qanun rəsmi şəxslərdən özlərinin maliyyə vəziyyəti haqqında hesabat
təqdim etməyi tələb edir və seçki məcəlləsinə əsasən bütün namizədlər maliyyə hesabatlarını
təqdim etməlidirlər. Buna baxmayaraq hesabatların təqdim olunması prosesi mürəkkəb və qeyri-
şəffafdır. Antikorrupsiya Komissiyası, parlamentin şöbələri, Ədliyyə Nazirliyi və MSK da daxil
olmaqla bır sıra qurumlar və təşkilatlar bu hesabatları qəbul edən tərəf kimi təyin olunmuşlar,
lakin onların nəzarət rolu yaxşı dərk edilmir. Bu hesabatlar ictimaiyyətə təqdim edilmir.
Qanunun tələblərinə əməl olunmamasına görə yalnız inzibati tədbirlər nəzərdə tutulur, lakin bu
tədbirlər tətbiq edilmir.
Müəssisə təsisçilərinin adlarının və səhmdar kapitalına olan investisiya məbləğinin ictimaiyyətə
açıqlanmasını qadağan edən dəyişiklik 2012-ci ilin iyun ayında Milli Məclis tərəfindən
Kommersiya Sirri Haqqında Qanuna əlavə edilmişdir. Tənqidçilər bu dəyişikliyin hökumət
rəsmilərinin biznes maraqlarının tədqiqatçı jurnalistlər tərəfindən araşdırılmasının qarşısını
almaq məqsədilə edildiyini və bunun informasiyanın ictimaiyyətə açıqlanmasının azaldılmasına
səbəb olacağını iddia etmişlər.
İctimaiyyətin informasiyaya çıxışı: Fərdlərin və təşkilatların hökumətlə bağlı olan informasiyanı
ələ etməsi qanunla nəzərdə tutulsa da, hökumət çox vaxt buna icazə verməmişdir. İnformasiya
əldə etmək üçün müxtəlif nazirliklərin hər birinin ayrıca qaydaları olsa da, onlar müntəzəm
şəkildə bu müraciətləri rədd etmiş və müvafiq informasiyaya malik olmadıqlarını iddia etmişlər.
Fərdi şəxslərin bu cür imtina halına qarşı məhkəməyə müraciət etmək hüquqları vardır, lakin
ümumilikdə məhkəmələr nazirliklərin qərarlarını qüvvədə saxlamışlar.
Bölmə 5. İddia edilən insan haqlarının pozulması hallarının beynəlxalq və qeyri-hökumət
təşkilatları tərəfindən araşdırılmasına hökumətin münasibəti
İnsan haqlarının müdafiəsi üzrə bir sıra yerli və beynəlxalq qruplar ümumilikdə hökumətin
məhdudiyyəti olmadan fəaliyyət göstərmiş, insan haqları məsələləri ilə bağlı araşdırmalar
aparmış və əldə etdikləri nəticələri nəşr etmişlər. Hökumətin insan haqlarının müdafiəsi ilə
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
30
məşğul olan bəzi QHT-lərlə əlaqə saxlamasına və onların sorğularına cavab verməsinə
baxmayaraq, bəzən hökumət insan haqları sahəsində fəaliyyət göstərən digər QHT-ləri və fəalları
tənqid etmiş və qorxutmuşdur. Ədliyyə Nazirliyi müntəzəm şəkildə, əsassız olaraq insan
haqlarının müdafiəsi ilə məşğul olan QHT-ləri qeydiyyatdan keçirməkdən imtina etmişdir və
yaxud onların üzərinə ağır inzibati məhdudiyyətlər qoymuşdur (bax: bölmə 2.b., Sərbəst birləşmə
azadlığı).
İl ərzində bir sıra QHT-lər onların fəaliyyətlərinə qarşı təzyiqlərin artdığını bildirmişlər. Bu
təzyiqlər bir çox formalarda baş vermişdir. Məsələn, əvvəlki illərdən fərqli olaraq bəzi QHT
nümayəndələri onların və yaxud onların ailə üzvlərinin fiziki hücumlara məruz qaldığını və
bunun cəzasız qaldığını bildirmişlər. Sülh və Demokratiya İnstitutunun nümayəndəsi Leyla
Yunus tərəfindən məlumat verilmiş nəzərə çarpan bir misalda, iki nəfər şəxs insan haqlarının
müdafiəsi üzrə QHT liderinin 17 yaşlı oğluna və nəvəsinə ona “mətbuatda necə danışmaq lazım
olduğunu” deməsi üçün “məsləhət” vermişlər, anasını susdurmaq üçün onun dilini kəsməklə
hədələmişlər və onu 19 iyul tarixdə döymüşlər. Hökumətin yüksək vəzifəli şəxsləri insan haqları
fəallarının şəxsiyyətinə hücumlar etmişlər və aprel ayında iqtidar yönümlü media Alman Marşal
Fondundan və Demokratiyaya Dəstək Milli Fondundan maliyyə yardımı alanları “vətən xainləri”
adlandırmışdır.
Mart ayında hökumət mətbuatda məqalələr yaymaqla və televiziya proqramları vasitəsilə Milli
Demokratiya İnstitutunun yerli direktorunu vəsaitləri mənimsəməkdə və həmin vaxt baş vermiş
ictimai nümayişlərlə əlaqədar olaraq “Facebook inqilabını” təşkil etməkdə gənclər hərəkatına
köməklik göstərməkdə ittiham etmişdir. Direktora qarşı baş prokuror tərəfindən cinayət işi açıldı,
lakin sonradan bu işin bağlanıldığı bildirildi. Oktyabr ayında keçirilmiş prezident seçkisindən az
sonra dövlət orqanları tərəfindən seçkilərin monitorinqi ilə məşğul olmuş iki QHT-yə qarşı
cinayət işi açılmışdır (bax: bölmə 3).
Bəzi QHT-lər icarədarların öz əmlaklarını onlara icarəyə verməməsi üçün təzyiqlə üzləşdiklərini
bildirməyə davam etmişlər. Digərlərinin verdikləri məlumata əsasən dövlət orqanlarının
göstərdikləri təzyiq səbəbindən mehmanxanalar konfrans zalını onlara icarəyə verməkdən imtina
etmişlər.
İl ərzində dövlət şurası tərəfindən 485 QHT-yə dəstək məqsədilə 5,3 milyon manat (6,6 milyon
ABŞ dolları) vəsait ayrılmışdır. Bəzi müşahidəçilər bu QHT-lərin iqtidar yönümlü və yaxud
siyasi cəhətdən bitərəf olduğunu hesab etsələr də, hökuməti tənqid edən bəzi QHT-lərə də
qrantlar verilmişdir.
Hökumətin insan haqları üzrə qurumları: Vətəndaşlar dövlət və ya fərdi şəxslər tərəfindən yol
verilmiş insan haqlarının pozulması zamanı İnsan Hüquqları üzrə Ombudsman Elmira
Süleymanovaya və ya Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanı
Ülkər Bayramovaya müraciət edə bilərlər. Ombudsman bir ildən çox müddəti keçmiş pozulma
halı ilə bağlı müraciətləri, anonim şikayətləri və ya məhkəmə tərəfindən baxılan işləri qəbul
etməyə bilər. İnsan haqlarını müdafiə edən QHT-lər Ombudsman Aparatını müstəqil fəaliyyət
göstərmədiyinə görə tənqid etmişlər.
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
31
Ombudsman Aparatının verdiyi məlumata əsasən il ərzində aparata 13 670 şikayət daxil
olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 9,6 faiz daha çoxdur. Şikayətlərin əksəriyyəti
mülkiyyət hüquqlarının pozulması, hüquq və azadlıqların məhkəmə təminatı, sosial təminatlar,
mənzil təminatı və əmək hüquqları ilə bağlı olmuşdur. Milli Məclis və Ədliyyə Nazirliyində
fəaliyyət göstərən insan hüquqları üzrə bölmələr də şikayətlərə baxmış, araşdırmalar aparmış və
müvafiq hökumət qurumlarına tövsiyələr vermişlər.
Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri
İrqi, cinsi, fiziki qüsur, dil və ya sosial status zəminində ayrı-seçkilik qanunla qadağan olunsa da,
hökumət heç də hər zaman bu qadağalara hörmət etməmiş və ya qanunun tələblərini səmərəli
şəkildə həyata keçirməmişdir.
Dostları ilə paylaş: |