Qadınlar
Zorlama və ailə-məişət zorakılığı: Zorlama qanuna zidd əməl hesab olunur və 15 il maksimum
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən il
ərzində 29 zorlama halı, 28 cinsi xarakterli zorakılıq və azyaşlı şəxslərə qarşı 18 cinsi zorakılıq
halı baş vermişdir. Azyaşlı şəxsin, 13 yaşlı qız uşağının Ağdam rayonunda zorlanması barədə
məlumat verilmişdir. QHT fəallarının verdiyi məlumata əsasən rayonun icra hakimiyyəti başçısı
şəxsən istintaqa mane olmuş və cinayət əməlini törətdiyi iddia olunan şəxsi müdafiə etmişdir.
Qanun məişət zorakılığı ilə bağlı şikayətlərin araşdırılması üçün çərçivəni, məhkəmə
qadağalarının qəbul olunması prosesini müəyyən edir və qurbanlar üçün sığınacaq və
reabilitasiya mərkəzinin yaradılmasını tələb edir. Məişət zorakılığının qarşısının alınması
haqqında qanunu tənqid edənlərin fikrinə görə dəqiq icra mexanizmlərinin olmaması qanunun
effektivliyini azaltmışdır. Qanunun mövcud olunmasına baxmayaraq qadınlara qarşı zorakılıq, o
cümlədən məişət zorakılığı halları problem olaraq qalmışdır. İl ərzində Milli Məclisin qadın
üzvləri və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Sədri məişət zorakılığına
qarşı mübarizə istiqamətindəki fəaliyyətlərini artırmışlar. Məişət zorakılığı problemlərinin
mediada işıqlandırılması da, bu problemlə bağlı maarifləndirmə işlərinin artmasına səbəb
olmuşdur.
Kənd yerlərində qadınlar ərləri və ya digərləri tərəfindən zorakılığa məruz qaldıqları halda
hüquqlarını effektiv şəkildə müdafiə edə bilməmişlər. Sülh və Demokratiya İnstitutu ilə əlaqəli
olan və Bakı şəhərində fəaliyyət göstərən qadınların böhran mərkəzi qadınlara pulsuz tibbi,
psixoloji və hüquqi yardım göstərmişdir. Bu mərkəz eyni zamanda beynəlxalq donorların
maliyyə dəstəyi ilə Cənubi Qafqaz regionunda həyata keçirilmiş gender zorakılığına və insan
alverinə qarşı mübarizə sahəsində bir sıra layihələrdə işləmişdir. İnsan alveri və ailə-məişət
zorakılığının qurbanlarına yardım göstərmək məqsədilə hökumət tərəfindən yaradılmış bir
sığınacaq fəaliyyət göstərmişdir.
Seksual qısnama: Seksual qısnama qanunla qadağan olunsa da, hökumət qanunun bu tələbini
çox nadir hallarda həyata keçirmişdir. Daxili İşlər Nazirliyi il ərzində yeddi seksual qısnama
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
32
halının baş verdiyini bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın
problemləri sahəsində əhəmiyyətli fəaliyyət göstərmişdir, o cümlədən seksual qısnama və məişət
zorakılığı problemlərinin maarifləndirilməsi məqsədilə bir sıra konfranslar təşkil etmiş və bu cür
tədbirlərə ev sahibliyi etmişdir.
Reproduktiv hüquqlar: Cütlüklər və fərdi şəxslərin öz uşaqlarının sayını, doğuşlar arasındakı
fasilə müddətini və uşaq dünyaya gətirmə vaxtını sərbəst şəkildə müəyyən etmək hüququ vardır.
İnformasiya əldə etmək imkanı yaradılmışdır və buna görə də, ailələr və fərdlər hər hansı ayrı-
seçkilik, məcburiyyət və zorakılıq olmadan reproduktiv qərarlar qəbul edə bilmişlər. Hamiləliyin
qarşısının alınması üçün vasitələr geniş yayılsa da, demoqrafik araşdırmalar bu vasitələrdən
istifadə səviyyəsinin aşağı olduğunu göstərmişdir. Doğuş zamanı peşəkar xidmət, eləcə də
doğuşdan əvvəl, mamalıq və doğuş sonrası qulluq mümkün olmuşdur. Mədəni, tarixi və sosial-
iqtisadi amillərə əsaslanan patriarxal normalar bəzi hallarda qadınların reproduktiv hüquqlarını
məhdudlaşdırmışdır.
Ayrı-seçkilik: Əslində qadınların kişilərlə bərabər qanuni hüquqları təsbit olunsa da, sosial ayrı-
seçkilik problem olmuşdur. Ölkənin regionlarındakı ənənəvi sosial normalar və iqtisadi inkişafın
geridə qalması, qadınların iqtisadi sahədə olan rolunu məhdudlaşdırmağa davam etmişdir və
qadınların gender ayrı-seçkiliyi səbəbindən öz qanuni hüquqlarını həyata keçirməkdə çətinlik
çəkdikləri barədə məlumatlar verilmişdir. Müəyyən vəzifələrdə qadınların çalışması qanunla yol
verilmir. Beynəlxalq Əmək Təşkilatının Standartların və Tövsiyələrin Tətbiqi üzrə Komitəsinin
mütəxəssisləri 2013-cü ildə hökuməti “qadınların məşğulluğunu məhdudlaşdıran hər hansı
tədbirlərin yalnız onların analıq müdafiəsi ilə məhdudlaşmasını təmin etməyə” çağırmışlar, lakin
ilin sonuna qədər hökumət tərəfindən hər hansı addım atılmamışdır. Yüksək vəzifəli işlərdə, o
cümlədən biznes sahəsindəki yüksək vəzifələrdə qadınlar daha az təmsil olunmuşlar.
Gender əsasında gələcək uşağın cinsiyyətinin müəyyən olunması: Nyu York Universitetinin
Əbu-Dabi şəhərindəki kampüsünün tədqiqatçısı Mark Maykl tərəfindən iyun ayında aparılmış
araşdırmaya əsasən ölkədə yeni doğulmuş uşaqların gender nisbətinə görə 2012-ci ilin sonuna
olan məlumata əsasən hər 100 qız uşağına 115 oğlan uşağı düşür. Gender əsasında gələcək
uşağın cinsiyyətinin müəyyən olunması hallarının xüsusən kənd yerlərində daha geniş yayıldığı
barədə məlumatlar verilmişdir.
Uşaqlar
Doğuşun qeydiyyatı: Uşaqlara vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin
vətəndaşlığı əsasında verilir. Xəstəxana və ya klinikalarda baş tutmuş doğuşların qeydiyyatı
müntəzəm şəkildə həyata keçirilmişdir. Buna baxmayaraq bəzən evdə doğulmuş uşaqların
(məsələn, qaraçı ailələri və ya iqtisadi çətinlik çəkənlər) qeydiyyatı aparılmamış və vətəndaşlığı
olmama halı uşaqlar üçün problem olmuşdur. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi bu cür
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
33
uşaqları insan alverinə qarşı həssas əhali qrupu kimi müəyyən etdikdən sonra sənədsiz uşaqların
qeydiyyata götürülməsini davam etdirmişdir.
Təhsil: 17 yaşına qədər təhsil icbari, pulsuz və ümumi olsa da, yoxsul kənd yerlərində yaşayan
böyük ailələr bəzən oğlan uşaqlarının təhsilinə daha böyük önəm vermiş və qız uşaqlarını evdə
işləmək üçün saxlamışlar. Bəzi kasıb ailələr məktəbə getmək əvəzinə uşaqlarını işləməyə və ya
dilənçiliyə məcbur etmişlər. Küçə uşaqları ilə işləyən və Bakı şəhərində fəaliyyət göstərən bir
QHT-in verdiyi məlumata əsasən oğlanlar və qızlar küçə dilənçiliyi və fahişəliklə məşğul
olmuşlar.
Uşaq zorakılığı: İl ərzində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən yetkinlik
yaşına çatmamış şəxslərin zorlanması ilə bağlı altı hal, azyaşlılara qarşı 18 cinsi zorakılıq halı və
azyaşlı şəxsə qarşı əxlaqsız davranma ilə bağlı üç hal baş vermişdir.
Məcburi və erkən nikah: Qanunla 18 yaşına çatmış hər hansı bir qıza qanuni yolla ərə getməyə
icazə verilir və yerli icra hakimiyyətlərinin icazəsi ilə isə onlar 17 yaşında ailə qura bilərlər.
Qanunda oğlanların 18 yaşında ailə qura bilmələri qeyd olunur. Qafqaz Müsəlmanları Ruhani
İdarəsi 2002-ci ildə fitva verərək nikah yaşını 18 yaş müəyyən etmişdir, lakin bu fitvanın dini
qaydalar əsasında (kəbin və yaxud kəbin-namə) ailə quranlara o qədər də təsiri olmamışdır.
Yetkinlik yaşına çatmayan uşaqları zorla nikaha məcbur etmək əməlinə görə cinayət
məcəlləsində 3000-4000 manat cərimə (3750-5000 ABŞ dolları) və yaxud dörd ilə qədər
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
QHT-lərin verdikləri məlumata əsasən erkən nikahların sayı artmağa davam etmişdir. Dinin
tələblərinə uyğun formada nikah bağlamaqla ərə getmiş qızlar xüsusi narahatlıq doğurmuşdur,
belə ki, bu kimi hallar hökumətin nəzarətindən kənarda olmuşdur və boşanma zamanı arvada
onun statusunun tanınması hüququnu verməmişdir. “Qadınlar Arasında Həmrəylik” İctimai
Birliyi tərəfindən verilmiş məlumata əsasən bir çox hallarda kişilər özlərinin azyaşlı arvadlarını
Azərbaycanda qoyaraq işləmək üçün Rusiyaya getmişlər.
Uşaqların cinsi istismarı: Pornoqrafiya qanunla qadağan edilir və onun istehsalı, yayılması və ya
reklam edilməsinə görə üç ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur.
Yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olma “18 yaşına çatmış şəxsin 16 yaşına
çatmamış şəxslə cinsi əlaqədə olması və yaxud cinsi xarakterli digər əməllər törətməsi” kimi
müəyyən edilir və üç ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azyaşlıların fahişəliyə
(hər hansı azyaşlıya qarşı əxlaqsız davranış) cəlb edilməsinə görə üç ildən beş ilədək azadlıqdan
məhrum etmə cəzası nəzərdə tutulur, lakin buna baxmayaraq zorakılıq kimi ağırlaşdırıcı
amillərin olması mümkün hökmün beş ildən səkkiz ilə qədər artmasına səbəb ola bilər. Daxili
İşlər Nazirliyi tərəfindən verilmiş məlumata əsasən 2013-cü ildə cinsi istismar məqsədilə
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
34
azyaşlının insan alverinə cəlb olunması üzrə bir hal və azyaşlıların fahişəliyə cəlb olunması üzrə
iki hal baş vermişdir.
Məcburi köçkün uşaqlar: Qaçqın və məcburi köçkün uşaqların böyük əksəriyyəti aşağı həyat
səviyyəsi şəraitində yaşamışlar. Bəzi hallarda bu uşaqların məktəbə getmək imkanları
olmamışdır. Hökumətin verdiyi məlumata əsasən il ərzində məcburi köçkünlərin əsasən mənzil
şəraitinin, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması məqsədilə hökumət tərəfindən 628
milyon manat (785 milyon ABŞ dolları) xərclənmişdir. Hökumət bəyan etmişdir ki, 2008-ci ilin
əvvəlindən bu vaxta qədər məcburi köçkünlərə 4,5 milyard manat (5,6 milyard ABŞ dolları)
məbləğində vəsait xərclənmişdir.
Beynəlxalq uşaq oğurluğu: Ölkə, Beynəlxalq Uşaq Oğurluğunun Vətəndaş-Hüquqi Tərəfləri
üzrə 1980-ci ildə qəbul edilmiş Haaqa Konvensiyasına qoşulmamışdır.
Anti-semitizm
Ölkədə yaşayan 20 000-30 000 nəfərdən ibarət yəhudi icmasına qarşı anti-semit hərəkətlərlə
bağlı etibarlı məlumat olmamışdır.
İnsan alveri
Bax: Dövlət Departamentinin
www.state.gov/j/tip/
internet səhifəsində yerləşdirilmiş İnsan
Alveri Haqqında Hesabatı.
Fiziki qüsurlu şəxslər
Fiziki, hissi, zehni və əqli qüsuru olan şəxslərə qarşı məşğulluq, təhsil, hava nəqliyyatı və ya
digər nəqliyyat vasitəsindən istifadə, səhiyyə və ya digər dövlət xidmətlərinin təminatı zamanı
ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilsə də, hökumət bu müddəaların effektiv şəkildə
həyata keçirilməsini təmin etməmişdir. Məşğulluq sahəsində ayrı-seçkilik problem olaraq
qalmışdır. Ümumilikdə işə götürənlər fiziki qüsurlu şəxsləri işə götürməyə tərəddüd etmişlər.
Geniş yayılmış düşüncəyə əsasən fiziki qüsurlu uşaqlar xəstədirlər və onlar digər uşaqlardan
ayrılmalı və xüsusi müalicə mərkəzlərinə yerləşdirilməlidirlər, lakin müəyyən fiziki qüsurlu
uşaqlar üçün ayrılmış xüsusi təhsil mərkəzləri fəaliyyət göstərmişdir. Bir sıra beynəlxalq və yerli
QHT-lər sosial qavrayışların dəyişdirilməsi və fiziki qüsurlu uşaqların reinteqrasiyasi məqsədilə
maarifləndirmə kampaniyaları həyata keçirmişlər. Fiziki qüsurlu şəxslərin ictimai və ya digər
binalara girişini, informasiya və ya rabitə vasitələrinə çıxışının təmin olunmasını tələb edən
qanunlar qəbul edilməmişdir və bu cür insanların bir çox tikililərə daxil olması mümkün
olmamışdır.
Əqli və digər qüsuru olan şəxslər üçün ayrılmış müəssisələrdə göstərilən qayğının səviyyəsi
fərqli olmuşdur, bəzilərində adekvat qulluq və qayğı göstərilsə də, digərlərində müvafiq sanitar
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
35
şəraitin və qidalanmanın təmin olunması üçün səriştəli baxıcıların sayı, avadanlıq və təchizat
lazımı səviyyədə olmamışdır.
Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu şəxslərin
hüquqlarının müdafiə olunmasına cavabdehdir.
Milli/irqi/etnik azlıqlar
Ölkədə yaşayan təxminən 20 000-30 000 nəfər erməni mənşəli vətəndaşlar məşğulluq, mənzil
təminatı və sosial xidmətlər sahəsində ayrı-seçkiliklə üzləşmişlər. Etnik erməni mənşəli
vətəndaşlar çox vaxt pasportlarında qanuni yolla dəyişiklik etdirərək özlərinin etnik
mənsubiyyətlərini gizlətmişlər. İl ərzində ermənilərə qarşı hər hansı zorakılıq halı barədə
məlumat verilməmişdir.
Bəzi qruplar ayrı-ayrı hallarda ayrı-seçkilik hallarının baş verdiyini, onların öz ana dillərində
dərs demək imkanlarının məhdudlaşdırıldığını və yerli dövlət orqanları tərəfindən incidildiklərini
bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda ləzgilər, Məhsəti türkləri və kürdlər daxil
olmuşdur.
Seksual oriyentasiya və cinsi mənsubiyyətə görə cəmiyyətdə pis rəftar, ayrı-seçkilik və
zorakılıq hərəkətləri
Ayrı-seçkilik əleyhinə qanun mövcuddur, lakin burada lesbiyan, gey (homoseksual), biseksual və
transseksuallar (LGBT) xüsusi olaraq sadalanmır. Cinsi oriyentasiya və cinsi mənsubiyyət
zəminində dözümsüzlük, zorakılıq və ayrı-seçkilik problem olaraq qalmışdır.
Yerli QHT-in verdiyi məlumata əsasən cinsi oriyentasiya zəminində fərdi şəxslərə qarşı polis
qəddarlığının baş verdiyi bir sıra hallar olmuşdur, lakin bu hərəkətlərə görə məsuliyyət
daşıyanlar dövlət orqanları tərəfindən araşdırılmamış və ya cəzalandırılmamışlar. Yerli QHT-in
verdiyi məlumata əsasən ilin ilk 10 ayı ərzində LGBT şəxslərə qarşı polis tərəfindən ən azı
səkkiz reyd keçirilmişdir. Mart ayından sentyabr ayına qədər ən azı 41 LGBT şəxs qeyri-qanuni
yolla narkotik maddə əldə etməkdə ittiham olunaraq polis tərəfindən həbs edilmiş və onlara üç
ildən dörd ilə qədər həbs cəzası verilə bilər. Bundan əlavə xüsusi polis məntəqələrində geylərdən
onların oriyentasiyalarını açıqlamamaq müqabilində pul alındığı bildirilmişdir.
LGBT şəxslər cəmiyyətin qınaq hədəfi olmaqdan, qisas yaxud repressiv təqibdən qorxaraq
hüquq-mühafizə orqanlarına rəsmi şikayət verməkdən imtina etməyə davam etmişlər.
Gey və Lesbiyanların Beynəlxalq İnsan Hüquqları Komissiyası adlı QHT-in verdiyi məlumata
əsasən ölkənin gey əhali qrupu “görünməzlik həddinə qədər qorxudulmuşdur”.
LGBT problemləri, o cümlədən HİV/QİÇS xəstəliyinin qarşısının alınması, hüquqi məsləhətin
verilməsi, psixoloji yardım və maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində bir QHT
fəaliyyət göstərmişdir. QHT onun fəaliyyətinə qarşı hər hansı rəsmi təqibin baş vermədiyini
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
36
bildirmişdir. Bakıdakı fəallar 13 sentyabr tarixdə kiçik gey parad keçirtmişlər və bu tədbirlə
əlaqədar hər hansı zorakılıq və yaxud qısnama hallarının baş verməsi barədə məlumat
verilməmişdir.
LGBT şəxslərə qarşı cəmiyyətdə qərəzli mövqe göstərilmişdir. Hər hansı işçinin cinsi
oriyentasiyasına görə işdən çıxarılması qeyri-qanuni hesab olunduğuna görə, LGBT şəxslərin
verdikləri məlumata əsasən işə götürənlər onları işdən qovmaq üçün digər səbəblər tapmışlar.
Səhiyyə xidmətlərinin təminatda olan ayrı-seçkilik də problem olmuşdur. Bundan əlavə bəzi
qruplar öz opponentlərini ləkələmək üçün LGBT oriyentasiyası ilə bağlı iddialardan istifadə
etmişlər. Məsələn, iqtidar yönümlü nümayişçilər müxalifət liderlərindən birinə şifahi hücumlar
edərək yanlışlıqla onu gey kimi təsvir etmişlər. Prezidentliyə namizəd Hafiz Hacıyev 28 sentyabr
tarixdə televiziya vasitəsilə yayımlanan seçki qabağı debat proqramında bu iddiaları təkrarlamış
və LGBT şəxslərə qarşı şifahi şəkildə hücum etmişdir.
Cəmiyyətdə digər zorakılıq və ayrı-seçkilik halı
HİV/QİÇS daşıyıcılarına qarşı cəmiyyətdə zorakılıq və ya ayrı-seçkilik hallarının baş verməsi
barədə məlumat verilməmişdir.
Bölmə 7. İşçi hüquqları
a. Birləşmə azadlığı və kollektiv sövdələşmə hüququ
Qanun, o cümlədən müvafiq təlimatlar və qanunvericilik aktları sərbəst birləşmə azadlığını, o
cümlədən müstəqil həmkarlar ittifaqlarının yaradılması hüququnu müəyyən edir. Hərbçilər və
polisin həmkarlar ittifaqına qoşulması qadağan edilmişdir. Qanun eyni zamanda rəhbər işçilərin
həmkarlar ittifaqına qoşulmasını qadağan edir, lakin çox vaxt həmkarlar ittifaqına üzvlük haqları
sənaye sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərlərinin əmək haqqından
avtomatik olaraq çıxılmışdır. Qanun həmkarlar ittifaqlarına hökumətin müdaxiləsi olmadan öz
fəaliyyətlərini həyata keçirməyə icazə verir. Hökumət tərəfindən müdaxilə halları barədə
məlumat verilməmişdir, lakin həmkarlar ittifaqlarının sədrləri ümumilikdə hökumətlə yaxından
əməkdaşlıq etmişlər və beynəlxalq müşahidəçilərin mühakiməsinə əsasən həmkarlar ittifaqları öz
üzvlərinin maraqlarını lazımı səviyyədə təmsil etməmişlər. Əksər işçilərin tətil keçirmək hüququ
qanunla nəzərdə tutulur. Tətil keçirilməsinin qadağan edildiyi işçi kateqoriyalarına aşağıdakılar
daxildir: icraedici və qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq-mühafizə
orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su
təchizatı, telefon, dəmir yolu və hava nəqliyyatı sahələrinə nəzarət işçiləri. İctimai nəqliyyatın
işini pozan tətilçilər üç ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər. Tətilçilərə
qarşı işdən qovma və ya yeni işçi ilə əvəz etmə kimi cəzalandırma tədbirlərinin görülməsi
qanunla qadağan edilir. Qanun eyni zamanda həmkarlar ittifaqlarına və əmək fəallarına qarşı
ayrı-seçkiliyi qadağan edir. Qanun işçilərin kollektiv şəkildə sövdələşmək hüququnu nəzərdə
tutur, lakin buna baxmayaraq həmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti ilə bağlı
səmərəli danışıqlar apara bilməmişlər, çünki əksər dövlət müəssisələrini hökumət tərəfindən
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
37
təyin edilmiş rəhbərlər idarə etmişlər və bütün hökumət işçilərinin əmək haqları hökumət
tərəfindən təyin olunmuşdur. Həmkarlar ittifaqı ilə bağlı olan fəaliyyətinə görə işdən qovulmuş
işçilərin işinə bərpa edilməsi qanunla tələb olunur. Yerli QHT-in verdiyi məlumata əsasən əksər
böyük şirkətlər bir qayda olaraq işçiləri qısa-müddətli müqavilə əsasında işlərinə bərpa etmişlər.
Həmkarlar ittifaqlarının siyasi fəaliyyətlə məşğul olmaları qanunla qadağan edilmir. Həmkarlar
ittifaqlarının siyasi partiyalarla birləşməsi və ya onlardan maliyyə vəsaitləri almasına
məhdudiyyətlər vardır, lakin bu tələbə bərabər şəkildə əməl olunmamışdır.
Əmək qanunvericiliyi bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli
razılaşmaların şərtlərini müzakirə edə bilər və bu da çoxmillətli şirkətlərin dövlətin əmək
qanunvericiliyinin tələblərindən azad olunması ilə nəticələnir. Məsələn, hökumət və çoxmillətli
enerji şirkətləri arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) işçinin həmkarlar
ittifaqında iştirakını nəzərdə tutmur. Əmək təşkilatları və yerli QHT-lərin verdikləri məlumata
əsasən bu şirkətlərin bəziləri işçilərin həmkarlar ittifaqı yaratmasına mane olmuş və bəzi
istisnalar olsa da, PSA əsasında fəaliyyət göstərən şirkətlərin işçilərinin çoxu həmkarlar
ittifaqının üzvü olmamışlar. “British Petroleum” Şirkəti tərəfindən işə götürülmüş işçilər
həmkarlar ittifaqı yaratmışlar, lakin xüsusilə üçüncü ölkə subpodratçılarının fəaliyyət
göstərdikləri digər çoxmillətli korporasiyalarda vəziyyət daha pis olmuşdur.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə
həmkarlar ittifaqları konfederasiyası olmuşdur. Həmkarlar ittifaqının qeydiyyat prosesi ağırdır və
AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, bəzi işçilər bu təşkilatın hökumətlə sıx bağlı
olduğunu hesab etmişlər.
Həmkarlar ittifaqı yaratmaq hüququna və həmkarlar ittifaqının fəaliyyətlərinə bürokratik nəzarət
kimi bəzi məhdudiyyətlər qoyulmuşdur. Həmkarlar ittifaqlarının çoxu müstəqil olmamışlar.
Bəzi, jurnalistlərin həmkarlar ittifaqları istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx
bağlı olmuşdur. Yerli və beynəlxalq QHT-lərin iddialarına əsasən sənaye sahəsində çalışan əksər
işçilər öz hüquqlarını bilməmişlər və şikayət edəcəkləri halda cəzalandırılmaqdan qorxmuşlar.
Bu daha çox dövlət sektorunda çalışan işçilərə şamil edilmişdir.
Kollektiv əmək sazişləri çox vaxt formal olaraq imzalanmış və həyata keçirilməmişdir. Yalnız
üzv təşkilatlara çıxışı olan AHİK-ın verdiyi məlumata görə Konfederasiya 2012-ci ilin əvvəlində
26 sahədə çalışan 1,6 milyon üzvü təmsil etmişdir. Əgər hər hansı şirkət AHİK-ın üzvü deyilsə
bu zaman məsuliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. AHİK
tərəfindən verilmiş məlumata əsasən 2012-ci il ərzində Konfederasiyaya təxminən 149 174
müraciət daxil olmuşdur və onlardan 98,6 faizi öz həllini tapmışdır. Konfederasiyanın 670
nəfərin işdən çıxarıldığına görə şikayətinə kömək etdiyi və onlardan 172 nəfərin öz işinə bərpa
edildiyi bildirilir. Hər il AHİK, Nazirlər Kabineti və Sahibkarlar Konfederasiyası ilə üçtərəfli
AZƏRBAYCAN
2013-cü il üzrə İnsan Hüquqları Haqqında Ölkə Hesabatları
ABŞ Dövlət Departamenti • Demokratiya, İnsan Haqları və Əmək Bürosu
38
saziş imzalayır. Formal iqtisadiyyatda üstünlük təşkil etmiş dövlət müəssisələrinin çoxu işçilərin
əmək haqlarından üzvlük haqqı tutmuş, lakin bu üzvlük haqları həmkarlar ittifaqlarına
çatmamışdır. Neftçilərin həmkarlar ittifaqları üçün toplanılmış üzvlük haqqının dörddə biri
rəsmən işəgötürənlər tərəfindən ittifaqın fəaliyyəti üçün “inzibati xərclərə” çıxılmışdır. Bundan
əlavə şəffaflığın olmaması üzvlük haqlarının necə xərclənməsi barədə hər hansı dəqiq fikir
söyləməyi qeyri-mümkün etmişdir. Həmkarlar ittifaqları və üzvlərinin onlardan tutulmuş bu
vəsaitləri araşdırmaq imkanları olmamışdır. İşə götürənlərin kollektiv sövdələşmə prosesinə
mane olması qanunla qadağan edilir, lakin buna baxmayaraq işə götürənlər subpodratçılarla
müqavilə imzalamaqla və qısa-müddətli əmək müqavilələri bağlamaqla kollektiv sövdələşməni
məhdudlaşdırmışlar.
Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqına üzvlük, Dövlət Neft Şirkətinin 65,200
işçisi üçün məcburi olmuşdur və onların həmkarlar ittifaqına üzvlük haqqı (hər bir işçinin əmək
haqqının 2 faizi) dövlət orqanları tərəfindən əmək haqlarından avtomatik olaraq çıxılmışdır.
Dostları ilə paylaş: |