250 yaşlı İnsan Böyük Rəhbərin on dörd məsumun siyasi həyat və mübarizələrinə dair çıxışlarından seçmələr


On birinci fəsil: Bəni-Üməyyə hakimiyyətinin sonları və İmam Sadiqin (ə) imaməti



Yüklə 309 Kb.
səhifə12/19
tarix31.01.2017
ölçüsü309 Kb.
#6757
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

On birinci fəsil: Bəni-Üməyyə hakimiyyətinin sonları və İmam Sadiqin (ə) imaməti

İmam Baqir (ə) ən qüdrətli Bəni-Üməyyə xəlifələrindən biri olan Hişam ibn Əbdülməlikin şahlığı dövründə 57 yaşında vəfat etdi. Böyük müsəlman ölkəsinin hər tərəfində mövcud olan gərginlik, Əməvi hökumətinin saysız-hesabsız problemləri Hişamın Şiə təşkilatının döyünən ürəyi İmam Baqirə (ə) qarşı təxribat və bədxahlığına mane olmurdu. Muzdurları onun tövsiyəsi ilə imamı zəhərlədilər, zalım Əməvi tağutluğu ölkənin qərb və şərq sərhədlərindəki zəfərlərinin həzzini ölkə daxilindəki ən böyük və ən təhlükəli düşmənini qətlə yetirməklə tamamladı.

Bəni-Üməyyə rejimi İmam Baqirin (ə) həyatının son illərində və övladı İmam Sadiqin (ə) imamlığının ilk illərində özünün ən macəralı dönəmlərindən birini yaşayırdı. Bir tərəfdən şimal-şərq sərhədlərində yerləşən Türküstan və Xorasana, şimalda yerləşən Ön Asiya və Azərbaycana, Qərbdə yerləşən Afrika, Andalos və Avropaya hərbi yürüşlər edilirdi, digər tərəfdən də Ərəb İraqı, Xorasan və Şimali Afrika bölglərində əsasən narazı və məzlum yerlilər tərəfindən, bəzən də monqol Əməvi sərkərdələrinin təhriki, yaxud yardımı ilə ardıcıl qiyamlar baş verirdi. Həmçinin hər yerdə, xüsusən də Bəni-Üməyyənin böyük mülkədarlarının məskəni, əksərən xəlifəyə, yaxud digər dövlət başçılarına məxsus məhsuldar torpaq olan İraqın qarışıq etnik durumu, Hişamın və onun İraqda qüdrətli valisi olan Xalid ibn Abdullah Qəsrinin fantastik israfçılıqları, quraqlıq və müxtəlif yerlərdə, o cümlədən Xorasanda, İraqda və Şamda yayılmış taun xəstəliyi Bəni-Üməyyə rejimi və onun ən məşhur başçılarından biri tərəfindən idarə olunan böyük müsəlman məmləkətinə qəribə görünüş verirdi. İslam dünyasının ən mühüm itkisini - mənəvi, elmi və düşüncə itkisini də bütün bunlara əlavə etmək lazımdır.

Yoxsulluğun, müharibənin və xəstəliyin Əməvi hökmdarlarının istibdadından yaranan bir ildırım kimi zavallı insanların başına çırpıldığı, yandırıb külə çevirdiyi pərişan və qəmli cəmiyyətdə fəzilət, təqva, əxlaq və mənəviyyat ağacının cücərməsi qeyri-mümkünlər sırasında idi. Yazıq və məzlum xalqa arxa durmalı olan ruhani, qazi, hədisçi və təfsirçilər nəinki düyün açmır, çox zaman özləri də bir şəkildə və bəzən siyasət adamlarından da təhlükəli formada xalqın problemlərini artırırdılar. Fiqh, kəlam, hədis elmlərinin və sufiliyin məşhur şəxsiyyətləri, o cümlədən Həsən Bəsri, Qütadə ibn Diamə, Məhəmməd ibn Şahab Zöhri, İbn Bişr, Məhəmməd ibn əl-Münkədir, İbn Əbi Leyla və onlarla belə alim əslində xilafətin fiqurlarına, yaxud əmir və hakimlərin oyuncaqlarına çevrilmişdilər.

Təəssüflüdür ki, belə nüfuzlu şəxsiyyətlərin həyatını araşdırarkən insanda çirkin arzulara - vəzifə, ad-san, mal-dövlət istəyinə bulaşmış insanlar, yaxud qorxaq, əskik və rahatlığını düşünən zavallılar, yaxud riyakar və axmaq zahidlər, yaxud qanlı kəlam və etiqad mübahisələri ilə məşğul olan alimnümalar təsəvvürü yaranır.

Yaxşı etiqad və xarakterləri dirçəltməli olan Quran və hədis hakim qüvvələrin əlində alətə, yaxud belə bədbəxt və azğın ünsürlərin səmərəsiz ömrünün məşğulluğuna çevrilmişdi.

Belə zəhərli, qapalı və qaranlıq mühitdə, ağır və çətin dövrdə İmam Sadiq (ə) ilahi əmanət yükünü üzərinə götürdü. Şiə ədəbiyyatında mövcud olan mütərəqqi imamət məfhumu belə ağır və qaranlıq dövrün sərgərdan, aldanmış, məzlum və çaşqın insanları üçün həqiqətən çox zəruri və həyatidir. Dedik ki, imamət iki həyati amilin qaynağıdır: düzgün İslam təfəkkürünün və ədalətli tövhid quruluşunun. İmamın üzərinə də bu iki vəzifə düşür. O əvvəlcə məktəbi izah etməli, başa salmalıdır. Bunun özü təhriflərlə, cahil və qərəzli fəaliyyətlərlə mübarizəyə də şamil olur. Bundan sonra isə haqlı tövhid quruluşunun əsasını qoymaq, ona şərait yaratmaq və belə bir quruluşun olduğu təqdirdə onu davam etdirmək lazımdır. İndi belə bir əlverişsiz şəraitdə İmam Sadiq (ə) bu əmanət yükünü və sözügedən iki vəzifəni üzərinə götürür; hər iki vəzifə eyni zamanda onun üzərinə düşür. Hansına daha tez başlayacaq? Düzdür, siyasi işlər çox çətindir; elə bir şey deyil ki, Hişam Əməvi bütün məşğuliyyət və problemlərinə baxmayaraq, onu bağışlasın və ondan ağır intiqam almasın. Düşüncə fəaliyyəti, yəni təhriflə mübarizə isə əslində xilafətin - təhrif olunmuş dinə əsaslanmadan yaşamağa qadir olmayan rejimin şah damarını kəsmək deməkdir. Deməli, bunu da ona bağışlamayacaqlar; nə Hişam, nə də azğın cəmiyyətin ümumi istiqamətində hərəkət edən və fəaliyyət göstərən din alimləri.

Digər tərəfdən, Şiə məzhəbinin inqilabi təfəkkürünü genişləndirməyə şərait vardır. İnqilab doğuran üç amil kimi müharibə, yoxsulluq və istibdad var, qabaqkı imamın fəaliyyəti də yaxın və hətta uzaq bölgələrdə müəyyən imkanlar yaratmışdır.

İmamətin ümumi strategiyası xalqın bir qrupunun imamət ideologiyasını qəbul edib həvəslə həyata keçməsini gözlədiyi, başqa bir qrupun isə ciddi mübarizə təşkilatına qoşulduğu cəmiyyətdə tövhid və Əli (ə) inqilabı etməkdir. Bu ümumi prosesin məntiqi şərti Şiə təfəkkürünü yaymaq və məxfi Şiə təşkilatını bacarıqlı və fədakar kadrlarla təmin etmək üçün bütün İslam dünyasında ümumi təbliğat aparmaqdır. Həqiqi imamət dəvətinin çətinliyi də bundadır. Hakimiyyəti hər növ zorakılıqdan, təcavüzkarlıqdan, xalqın azadlıq hüququnu tapdamaqdan uzaq saxlayıb İslamın əsas prinsip və meyarlarına cavab verən ideal bir dəvət mütləq xalqın şüuruna güvənməli və onların təbii ehtiyac hissinin fonunda inkişaf etməlidir. Əksinə olaraq, zahirdə ideoloji şüarlarla işə başlayan, əməldə isə bütün hakim qüvvələr kimi dəyənək göstərən, özünün əxlaqi və ictimai prinsiplərinə göz yuman mübarizələrdə belə çətinlik yoxdur. İmamət hərəkatının uzunluğunun, həmçinin bu hərəkata paralel hərəkatların, məsələn Abbasilər hərəkatının inkişafının və nisbi məğlubiyyətinin sirri budur. Bu məsələni tarixi faktlarla və daha geniş şəkildə izah edəcəyik.

Əlverişli şərait, həmçinin qabaqkı imamın yaratdığı imkanlar İmam Sadiqin (ə) Şiə hərəkatının uzun məşəqqətlərindən sonra şiələrin illərlə gözlədiyi həqiqi ümid və öz sələflərinin qədim mübarizəsini səmərəyə çatdırıb Şiə inqilabını geniş İslam dünyası miqyasında həyata keçirəcək qaim - qiyamçı olmasına səbəb olurdu. İmam Baqirin (ə) işarələri və bəzən hətta açıq sözləri bu arzunun yaranmasında təsirli olmuşdu. Cabir ibn Yezid deyir ki, bir nəfər İmam Baqirdən (ə) ondan sonrakı qiyamçı haqda soruşdu. İmam əli ilə oğlu Əbu Abdullahın çiyninə vurub dedi ki, and olsun Allaha, Məhəmməd (s) ailəsinin qiyamçısı budur.1 (Sadiq rəhbər, səh: 54-61)


İmam Sadiqin (ə) həyatının tanınmaz qalması

Burada İmam Sadiqin (ə) həyatını araşdıranlar üçün ən təəssüflü məqamlardan birinə toxunmaq istəyirəm. O da budur ki, imamın xüsusən Bəni-Üməyyə hakimiyyətinin sonlarına təsadüf edən ilk imamət illəri tanınmaz və qarışıqdır. Yüzlərlə tarixi rəvayətdən anlaşılan keşməkeş və təlatüm dolu bu həyat nə tarixdə, nə də hədisşünas və təzkirəçilərin sözlərində nizamlı formada işıqlandırılmış, əksər hadisələrin zamanı və xüsusiyyətləri yazılmamışdır. Tədqiqatçı müəyyən tarixi qeydlərə əsaslanaraq dövrün ümumi hadisələrini nəzərə almalı, şəxs, yaxud hadisələr barədə hər bir rəvayəti digər mənbələrdən əldə olunan məlumatlarla müqayisə etməli, hadisənin zaman, məkan və xüsusiyyətlərini kəşf etməlidir. Bəlkə də xüsusən imamın tərəfdarları ilə birgə təşkilati fəaliyyətlərindəki bu qaranlığın səbəblərindən birini uyğun işlərin mahiyyətində axtarmaq lazımdır.

Təbii ki, təşkilati işlərin gizli qalması üçün məxfilik prinsiplərinə əməl olunmalıdır. Belə olduqda o zaman da, ondan sonra da məxfi qalır və səhabələrin sirdaşlığı yad insanların xəbər tutmasına imkan vermir. Belə bir təşkilat qələbə çalıb hakimiyyətə gələndə özü məxfi işlərinin üstünü açır. Məhz buna görə Abbasilər hərəkatının çoxlu gizli işləri, hətta başçıların xüsusi fərmanları və dəvət çağında təşkilat üzvləri ilə gizli təmasları tarixdə qeyd olunmuşdur və hamının xəbəri var.

Əgər Əli (ə) hərəkatı da qələbə çalsaydı, Şiə imamları, yaxud onların seçdiyi qüvvələr hakimiyyətə gəlsəydilər, şübhəsiz, biz bu gün imamların siyasi fəaliyyətlərinin, çox geniş və gizli təşkilatlarının bütün sirlərindən xəbərdar olardıq.

Başqa bir səbəbi tarixçilərin və tarixçiliyin mahiyyətində axtarmaq lazımdır. Məzlum və məğlub bir qrupun rəsmi tarixdə yalnız adı varsa və ondan bir xatirə qeyd olunmuşsa, deməli, qalib və zalım cinah yalnız bu həddə yazılmasını istəmişdir. Rəsmi tarixçilər müxalifləri pisləyən sözləri qoyub çox əziyyətlə müxaliflərin sözlərini tapmır və böyük riskə gedib qeyd etmirlər. Onlar əziyyətsiz-qorxusuz hakim qüvvələrin çoxlu sözlərini asanlıqla əldə edərək yazır, bundan ötrü mükafat da alırdılar.

İndi bu aydın həqiqətə başqa bir reallığın kənarında nəzər salmaq istəyirik. Sonrakı tədqiqatların əksərinin qaynağı sayılan və İmam Sadiqin (ə) həyatından 500 il sonraya qədər yazılan bütün məşhur və mötəbər tarixlər Abbasilərin xeyrinədir. Bilirik ki, Abbasi xilafəti hicrətin yeddinci əsrinin ortalarına qədər davam etmiş, bütün məşhur və qədim tarixlər də bu qüdrətli sülalənin hakimiyyəti dövründə yazılmışdır. Belə olduqda isə nəticəni təxmin etmək olar. Abbasi dövrünün tarixçisindən gözləmək olmaz ki, İmam Sadiqin (ə), yaxud başqa bir Şiə imamının həyatına dair düzgün və dolğun informasiya tapıb kitabında qeyd etsin. İmam Sadiqin (ə) həyatında bir çox təhrif və qaranlıq məqamların səbəbi budur.

Bizi imamın həyatının ümumi xətti ilə tanış edən yeganə yol budur: bu qaranlıq məqamlar arasından o həzrətin həyatının mühüm qrafiklərini tapıb, təfəkkür və əxlaqının ümumi meyarları kimi tanıdığımız amillərin köməyi ilə həyatının əsas xətlərini təsvir edək, bundan sonra isə ayrı-ayrı məsələləri və zərif məqamları açmaq üçün müxtəlif tarixi və qeyri-tarixi dəlil və faktları araşdıraq. (Sadiq rəhbər, səh: 65-68)


Yüklə 309 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin