Ali məktəbin yaradılmasında məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris
planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə
cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə
hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli
mühəndis kadrları hazırlamaqdır. 2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. 2012-ci ilin mayında isə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya)
verilmişdir. Bakı Ali Neft Məktəbinə qəbul iki ixtisas (“Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi”) üzrə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Tədris ingilis dilində və Avropa Kredit
Transferi Sisteminin tələblərinə uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Bakı Ali Neft Məktəbi ilə
Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. BANM-da
Heriot-
Uatt Universitetinin tədris proqramları tətbiq olunur və bunun nəticəsi olaraq gələcəkdə məzunlara
ikili
diplom veriləcəkdir. Tələbələrə birinci il intensiv şəkildə ingilis dili və informasiya-kommunikasiya
texnologiyaları tədris edilir, sonraki 4 ildə isə müvafiq ixtisaslar üzrə biliklər veriləcəkdir. Tədris prosesinə
müxtəlif xarici ölkə universitetlərinin professor və müəllim heyəti cəlb olunacaqdır. Bakı Ali Neft
Məktəbinin əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə
yiyələnmələridir. Bu məqsədlə BANM-in tələbələri ARDNŞ-nin müxtəlif müəssisələrində təcrübə
keçəcəklər. 2012-2013-cü tədris ilində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə
121 nəfər 600-dən yüksək bal toplamış abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır.
Bu nəticə Respublika üzrə I qrupda 600 baldan çox toplayan (234 nəfər) bütün abituriyentlərin 45,4 faizini
təşkil edir. “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 636,2, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 626
olmuşdur. Ümumiyyətlə, BANM üzrə qəbulda orta bal 631,10 olmuşdur. Azərbaycan Respublikasının
Pre
zidenti İlham Əliyevin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə 2012/2013-cü tədris ilində tələbə
qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident
təqaüdünə layiq görülmüşdür. ARDNŞ, Bakı Ali Neft Məktəbinin yataqxanaya ehtiyacı olan tələbələrini
yüksək səviyyədə inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş yataqxana ilə təmin etmişdir. Eyni
zamanda, Bakı Ali Neft Məktəbinin hər tələbəsinə 100 manat məbləğində tələbə təqaüdü verilir.
Dostları ilə paylaş: