onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı, istehlakçıların müvafiq enerji daşıyıcılarına
olan tələbatının sabit və dayanıqlı ödənilməsi ilə məşğul olur. O, həmçinin,
böyük həcmdə elmi-tədqiqat
və layihə işləri yerinə yetirir.
ARDNŞ-in fəaliyyəti neft və qaz sənayesinin vahid kompleks kimi səmərəli fəaliyyətinin və inkişafının
təmin edilməsindən, istehlakçıların enerji daşıyıcılarına olan tələbatının etibarlı ödənilməsindən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti haqqında www.socar.az internet saytında daim
yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür.
Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı
fəaliyyət növlərini həyata keçirir:
- sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki,
iqtisadi və sosial
proqramların işlənib hazırlanmasını;
- istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata
keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin
yaradılmasını;
- sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti
orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini;
- sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin
modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz
edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini;
- müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin
aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin
sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində
mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və
sürətinin artırılmasını;
- təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq
edilməsini;
- iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici
banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını;
- kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının
artırılmasının təşkilini;
- sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı
üçün əlverişli imkanlar yaradılmasını;
- dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini;
- geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq
qaydada təsdiqlənməsinin təmin edilməsini;
- yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr
tərəfindən istismar olunan yataqların təcrübə,
sənaye-istismar layihələrinin,
texnoloji sxemlərinin, neft,
qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq
qaydada təsdiq
edilməsini;
- neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun
olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini;
- hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə
müəyyən edilmiş nəql haqqının ödənilməsini;
- xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən
göstərilən xidmətlərə görə müəyyən edilmiş
emal xərclərinin ödənilməsini;
- xam neft,
təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin
müvafiq
qaydada ödənilməsini;
- torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini;
- qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s.
Dostları ilə paylaş: