26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi


ARDNŞ-nin birgə beynəlxalq layihələri



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi

ARDNŞ-nin birgə beynəlxalq layihələri 
ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə 
dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən 
artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 
saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, 
Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. 
Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr 
məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı 
işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, 
Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” 
yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir. 
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev 
adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan 
Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən 
Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan 
keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla 
yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycanın daxildəki və xaricdəki bədxahları 
müxtəlif bəhanələr gətirərək, layihənin reallaşmasına mane olmağa çalışırdılar. Lakin bütün maneələrə 
baxmayaraq, kəmərin tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də - Azərbaycanın Respublika 
günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə 
Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk 
tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də 
Türkiyənin Ceyhan limanında və İstambul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı 
ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi 
olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan 
BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql 
etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC 
vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır. 
4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, 
Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat 
yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin 
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii 
qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. 
Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz 
hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 
milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) 


təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın 
satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə 
Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə 
Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil 
olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması 
haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-
Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan yaradacaqdır. 
Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz 
hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı 
gözlənilir. 
Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin 
dekabrında başlanmışdır. 2010-ci il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil 
edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından 
hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 
2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-
Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin 
qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 
milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan 
ərazisində isə 248 km-dir. Diametri 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə 
sərhəddində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin 
Gürcüstan–Türkiyə sərhəddindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin 
bir hissəsi hesab edilir. 
BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə 
ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan 
əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru 
kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, 
Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin 
yaradıb. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin