SOCAR-
ın Geofizika və Geologiya İdarəsi (GGİ) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli
340 nömrəli Fərmanı əsasında keçmiş Geofizika və Mühəndisi geologiya İB-nin bazasında yaradılmışdır.
GGİ-nin tərkibində üç bölüm - “Kəşfiyyatgeofizika”, Mədəngeofizika” və “Kompleks Mühəndisi Axtarış”
İstehsalat Bölümləri fəaliyyət göstərir. GGİ Azərbaycanın quru ərazisində və Xəzər dənizinin Azərbaycan
sektorunda (eləcə də müqavilələr əsasında xarici ölkə ərazilərində) kəşfiyyat və mədən geofizikası, eləcə
də kompleks mühəndisi-geoloji (mühəndisi qazma, sonar planalma, batimetriya, fasiləsiz seysmoakustik
profilləmə), topogeodeziya və tematik tədqiqat işləri aparır
SOCAR-
ın Neft Kəmərləri İdarəsi Şirkətin neft və qazçıxarma idarələrində və neftqazçıxarma üzrə yaradılmış
podratçı təşkilatlarda hasil edilən, müvafiq tələblərə uyğun hazırlanmış neftin qəbulunu, neft emalı zavodlarına və
ixraca nəql əməliyyatlarını həyata keçirir.
İdarə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil edilən neftin və kondensatın Səngəçal neft
terminalından ixraca nəqlində ölçü əməliyyatlarında müşahidəçi qismində iştirak edir. NKİ-nin
infrastrukturundan üçüncü tərəflərin neft və neft məhsullarının ölkə ərazisindən tranzit daşınması zamanı
da istifadə edilir. . Neft Kəmərləri İdarəsinin tərkibinə, "Neftin Nəqli Departamenti", "İxrac Neft Kəmərləri
Departamenti", "Nəqliyyat Departamenti" və "Maddi Texniki Təchizat Bazası" daxildir. Neft Kəmərləri
İdarəsi 774,919 km uzunluğunda müxtəlif diametrli (Dş-200-dən Dş-700 daxil olmaqla) magistral neft
kəmərlərini, 11 neft nəqletmə sahəsini (NNS), 2 neft təhvili sahəsini (NTS), 1 neft ölçmə sahəsini (NÖS),
1 ixrac neft təhvili sahəsini (İNTS), Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 (29, 31 və 54 saylı)
magistral nasos s
tansiyalarını, ümumi həcmi 499900 m3 olan çən parklarını istismar edir. Qeyd: İlk dəfə
neftin boru kəməri ilə nəqli üsulundan Azərbaycanda istifadə olunmuşdur. Beləki, 1872-ci ildə Balaxanı
mədənlərindən hasil edilən neftin Bakı neftayırma zavoduna çatdırılması məqsədi ilə diametri 75 mm,
uzunluğu 12 km olan ilk neft kəməri inşa edilmişdir. 1885-ci ildə isə Bakıda diametri 75 mm, uzunluğu 200
km olan daha bir neft kəməri inşa edilmişdir.
Document Outline - Tarixi[redaktə | əsas redaktə]
- Tarixi[redaktə | əsas redaktə]
Dostları ilə paylaş: |