26 oktyabr 1917 "Müsavat" partiyasının I qurultayının keçirilməsi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix16.05.2023
ölçüsü0,54 Mb.
#114248
1   2   3   4   5   6   7   8   9   10   11
az tarixi

ARDNŞ-in tarixi 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada tanınmış neft şirkətlərindən biridir. 
Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft 
sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək 
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı 13. 09. 1992-ci il Fərmanı ilə ''Azərineft'' 
Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət 
Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli 
Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir. 
Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanın neft sənayesini özündə əhatə edən “Azərneft” 
birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik 
kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali 
Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe 
olmuş və ''Azərneftkomitə'', ''Azərneftkombinat'' (sonralar ''Azərneft'', ''Azərneftzavodlar'' və 
''Azərneftmaşınqayırma'' Birliklərinə ayrılmış), ''Azərneftçıxarma'' Birliyi və s. adlar daşımışdır. Müxtəlif 
dövrlərdə “Azərneft”in əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954-1959), Azərbaycan SSR 
Neftçıxarma Sənayesi Nazirliyi (1965-1970) yaradılmışdır. 1970-ci ilin avqustunda ''Azərneft'' adı 
yenidən təşkilata qaytarılmışdır. “Azərneft” Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, 
dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir 
təşkilat olmuşdur. 
ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan 
Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi 
haqqında 50 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinin strukturunda Dənizdə və Quruda Neft və 
Qazçıxarma İstehsalat Birlikləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin ARDNŞ-nin 
strukturunun təkmilləşdirilməsi haqqında 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına əsasən 
ARDNŞ-nin Nizamnaməsi və onun strukturu təsdiq edilmiş, 18 sentyabr 2004-cü il tarixli 127 nömrəli və 
22 dekabr 2005-ci il tarixli 340 nömrəli Fərmanları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 
fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Şirkətin Nizamnaməsində və idarəetmə strukturunda əlavə və 
dəyişikliklər edilmişdir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin