1.4. Hidroloji xüsusuyyətləri
Lənkaran vilayəti Azərbaycanın digər təbii coğrafı əraziləri ilə müqayisədə sıx çay şəbəkəsi ilə fərqlənir [35]. Vilayətdəki çayların əksəriyyəti öz mənbəyini Alaşar-Burovar silsiləsinin ətəklərindən götürür. Çayların böyük qismi-qısa olsada, ərazinin hidroqrafiya şəbəkəsinin sıxlığının formalaşmasında mühüm rol oynayır.
Vilayətdə yağıntıların miqdarına uyğun olaraq çay şəbəkəsinin ən çox sıxlğı 1.60-2.40 km/km2 , 500- 1000 m yüksəklik zonasında müşahidə olunur. Bu yüksəklikdən yuxarı şəbəkələrin sıxlığı azalır. Bu isə həmin istiqamətdə yağıntıların azalması ilə izah edilir ( cədvəl 1.2.)
Cədvəl 1.2.
Çay şəbəkəsi sıxlığının yüksəklik zonalarında paylanması( km/km 2 )
Yüksəklik zonaları ,m-lə
|
˂ 500
|
500-1000
|
1000-2500
|
|
1.80-1.40
|
1.60-2.40
|
0.20-0.50
|
Vilayətin böyük çayları Bolqarçay , Lənkərançay Təngərüçay, Viləşçay və Astaraçaydır.
Bu çaylar arasında Bolqarçay uzunluğuna və su toplayıcı hövzəsinin sahəsinə görə birinci yerdə dursa da sululuğuna görə əsas yer Lənkərançaya məxsusdur.
Cədvəl 1.3.
Lənkəran vilayətinin cayları
Çayların adı
|
Uzunluğu, km
|
Su toplayıcı hövzəsi, km2-lə
|
Orta illik su sərfi m3/san
|
Bolqarçay
|
134
|
2170
|
2.10
|
Viləşçay
|
106
|
935
|
7.15
|
Lənkərançay
|
70
|
1100
|
14.2
|
Astaraçay
|
38
|
242
|
7.0
|
Təngərüçay
|
42
|
230
|
7.2
|
Bu çayların qidalanmasında əsas yeri yağış və qismən də yeraltı sular təşkil edir. Burada gursulu dövr ilin soyuq dövründə, ən az sulu dövr isə yayda müşahidə olunur.
Vilayətdən axan və böyük suvarma əhəmiyyəti olan bir neçə çayda axımın fəsillər üzrə paylanması aşağıdakı cədvəldə verilmişdir( cədvəl 1.4.).
Cədvəl 1.4.
Çaylarda axımın fəsillər üzrə paylanması ( illik axıma görə % -lə )
Çay və məntəqə
|
F ə s i l l ə r
|
yaz
|
yay
|
payız
|
qış
|
Bolqarçay-Biləsuvar
|
56
|
3
|
11
|
30
|
Viləşçay- Şıxlar
|
40
|
6
|
27
|
27
|
Lənkərançay-Lənkəran
|
30
|
6
|
42
|
22
|
1.5. Torpaq örtüyünün tərkibi.
Yuxarıda qeyd edildiyi kimi olduqca zəngin və çoxsaylı iqlim, bitki və relyef şəraiti Lənkəran vilayətində özünəməxsus torpaq örtüyünün formalaşmasına səbəb olmuşdur [18]. Vilayət daxilində təsərrüfat əhəmiyyətli torpaq ehtiyyatlarının tiplər üzrə sahəsi və onların vilayətin torpaq balansında tutduğu yer şəkil 1.1 və cədvəl 1.5 –də verilmişdir.
Ş əkil. 1.1 Lənkəran vilayətinin torpaq ehtiyatları:
1-Sarı dağ meşə; 2-Podzollu-sarı; 3-podzollu-sarı-qleyli; 4-qəhvəyi; 5-çəmən-qəhvəyi; 6-boz-qəhvəyi; 7-çəmən boz-qəhvəyi; 8-qonur-dağ meşə; 9-dağ-çəmən bozqır; 10-dağ şabalıdı; 11-çəmən-bataqlı; 12-bataqlı; 13-dəniz sahilli qumluqlar; 14-digər torpaqlar.
Cədvəldən göründüyü kimi vilayətin torpaq ehtiyyatları genetik tiplər üzrə qeyri-bərabər paylanmışdır. Ərazidə qonur dağ-meşə (17,2%), qəhvəyi (14,8), boz-qəhvəyi (14,1%) və sarı dağ meşə (13,4%) torpaqlardaha böyük çəkiyə malikdirlər. Bütövlükdə torpaq fondunun 59,5%-i və ya 378240 hektarı bu torpaqlarda cəmlənmişdir.
Cədvəl 1.5
Dostları ilə paylaş: |