3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 236,42 Kb.
səhifə45/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   ...   40   41   42   43   44   45   46   47   48
Azadl-Azad

N Ə T İ C Ə

Dissertasiya işində Lənkəran vilayətinin torpaq fondunun müasir vəziyyəti, onun strukturu, kənd təsərrüfatı yerləri üzrə paylanmasının təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, kənd təsərrüfatına yararlı torpaqların 15,4 % - i ( 43261,3 ha) eroziyaya, 12,7%-i ( 19503 ha ) şorlaşmaya məruz qalmışdır.

Lənkəran vilayətinin çay, üzüm, taxıl və tərəvəzaltı torpaqların aqroekoloji əsasda bonitirovkasının ümumi müddəaları, qiymət meyarlarının və təshih əmsallarının seçilməsinin yanaşma qaydaları əsaslandırılmış , zona torpaqlarının daxili diaqnostik əlamətləri ilə üzüm, çay,taxıl və tərəvəzin məhsuldarlığı arasında çox sıx korelyativ əlaqənin olması müəyyən olunmuşdur.

Çay, üzüm, taxıl və tərəvəzlaltı torpaqların əsas bonitet şkalası qrulmuş torpaqların qiymət meyarları əsasında bonitet balları tapılmışdır: Lənkəran vilayətinin çaya yararlı torpaqları –zəif padzollaşmış sarı-100 bal,tipik sarı dağ meşə -91 bal,zəif podzollaşmış sarı dag-meşə-92 bal, orta podzollaşmış sarı-88 bal, şiddətli podzollu-sarı qleyləşmiş-68 bal, zəif podzollu-sarı qleyləşmiş-88 bal ,zəif podzollu-sarı qleyli-78 bal,orta podzollu-sari qleyləşmiş-90 bal, taxıla yararlı torpaqlar-yuyulmuş dağ-qəhvəyi -100bal,tipik dağ-qəhvəyi-93 bal,karbonatlı dağ-qəhvəyi-95 bal,bozqırlaşmış dag-qəhvəyi -72bal,bərkimiş yuyulmuş qəhvəyi-91 bal,bərkimiş tipik qəhvəyi-93 bal,dağ-şabalıdı-73 bal,tipik çəmən qəhvəyi-90 bal,yuyulmuş çəmən qəhvəyi-94 bal,tund boz qəhvəyi-88 bal,açıq boz qəhvəyi-62 bal ,çəmən boz qəhvəyi-85 bal,açəq çəmən boz-qəhvəyi-60 bal,tünd çəmən-78 bal,açıq çəmən-63 bal ,adi çəmən-75 bal, üzümə yararlı torpaqlar -bərkimiş tipik qəhvəyi-100 bal,bozqırlaşmış dağ-qəhvəyi-78 bal,bərkimiş yuyulmuş qəhvəyi-93 bal,yuyulmuş çəmən qəhvəyi-90 bal,tipik çəmən qəhvəyi-91 bal,tund boz qəhvəyi-75 bal,çəmən boz-qəhvəyi -65 bal, tərəvəzə yararlı torpaqlar –zəif podzollu sarı qleyləşmiş -93 bal, orta podzollu sarı qleyləşmiş -90bal,şiddətli podzollu sarı qleyləşmiş -85 bal, yuyulmuş çəmən qəhvəyi -79 bal, tipik çəmən qəhvəyi -80 bal,tünd çəmən -87 bal, bataqlı-çəmən -91 bal, lilli bataqlı -94 balla qiymətləndirilir.

Təshih əmsallarının tətbiqi ilə çay, üzüm,taxıl və tətrəvəz altı torpaqların orta hesabı bonitet balları hesablanmış, torpaqların aqroistehsalat qruplaşdırılması aparılmış, torpaq qruplarının müqayisəli dəyəyrlilik əmsalları tapılmışdir. Çaya yararlı torpaqların vilayət üzrə ümümi orta hesabı qiymətinin -76 bal, taxıla yararlı torpaqların -78 bal, üzümə yararlı torpaqların -81 bal, tərəvəzə yararlı torpaqların isə-78 bal olduğu müəyyən olmunmuşdur.

Lənkəran vilayətinin Lənkəran-Astara, Cəlilabad, Lerik-Yardımlı, Peştəsər-Burovar torpaq-kadastr (qiymət) rayonları torpaqlarının yekun bonitet şkalaları qurulmuş, torpaq qruplarının orta hesabi balı və müqayisəli dəyərlilik əmsalları tapılmışdır. Lənkəran-Astara torpaq-kadastr rayonu -85 bal, Cəlilabad -82 bal, Lerik-Yardımlı -69 bal, Peştəsər-Burovar -47 balla qiymətləndirilmişdir.

Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodiki əsasları təhlil edilmişdir. Torpaqların ekoloji qiymətləndirilməsinin mövcud ümumi sxemi qəbul edilərək, Lənkəran vilayəti torpaqlarının ayrı-ayrı əlamətlərinin təzahür dərəcələrinə görə xüsusi qiymətləndirmə şkalaları əsasında, torpaq və onun münbitliyinin formalaşdığı mühit amillərindən (hündürlük,yağıntılar,Md, ∑T >10°, BİP) torpaqların qiymət meyarları əsasında tapılmış bonitet ballarından və torpaqların bonitirovkası zamanı meyar və təshih əmsalları kimi götürülmımiş əlamət və xassələrin ( pH, suyadavamlı aqreqatların miqdarı, sıxlıq ) təzahür dərəcəsinə görə xüsusi qiymətləndirmə şkalalarında balla ifadə olunmuş göstricilərdən istifadə etməklə çay, üzüm, taxıl və tərəvəzaltı torpaqların ekoloji qiyməti şkalası qurulmuş və ekoloji qiymət tapılmışdır.

Lənkəran vilayətinin iri çay hövzələri daxilində yayılmış kənd və meşə təsərrüfatı torpaqlarının münbitlik göstəriciləri üzərində ekoloji nəzarət (monitorinq) məlumatları əsasında təbii şəraitindən, istifadəsindən və başqa səbəblərdən aslı olaraq Astaraçay, Lənkərançay, Viləşçay, Təngərüçay, Bolqarçay hözələrində kənd təsərrüfatına yararlı torpaqların münbitlik göstəricilərin uzun dövr ərzində dəyişkənliyinin 3 tipi müəyyən edilmişdir:

a)göstəricilərin pisləşməsi; b)göstəricilərin sabitləşməsi; c)göstəricilərin yaxşılaşmasl (münbitliyin yüksəlməsi)


Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin