3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati



Yüklə 236,42 Kb.
səhifə44/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   ...   40   41   42   43   44   45   46   47   48
Azadl-Azad

Təngərüçay hövsəsi. Bu hövzə Lənkərançay vilayətində sahəcə ən kiçik çay hövzəsi olsa da ( 230 kv.km) , digər hövzələrdən özünün yüksək meyilliyi (53%) ilə seçilir. Lənkərançay hövzəsində olduğu kimi Təngərüçay hövzəsində də ərazinin meşəliyi yüksək göstəriciyə malikdir. Bu da hövzənin yüksək meyilliyinə və ərazidə yağıntıların yüksək olmasına baxmayaraq , eroziya proseslərinin qarşısını alan amillərdən hesab olunur. Bununla belə, hövzə daxilində bəzi sahələrdə meşələrin qırıldıği talalarda eroziya proseslərinin intensiv getməsinə səbəb olmuşdur. Bunu da qeyd edildiyi kimi, hövzənin yüksək meyilliyi ilə izah etmək mümkündür. Qeyd edək ki, hövzə torpaqlarının böyük hissəsi alçaq və orta dağlıq ərazilərdə yerləşmişdir.

Təngərüçay hövzəsinin suayrıcı ekoloji rayonuna aid olan torpaqlar, müşahidə müddətində daha çox dəyişikliyə uğramışdır. Suayırıcı ekoloji rayonu daxilində yayılmlış dağ çəmən-bozqır və dağ – şabalıdı torpaqların münbitlik göstəricilərinin çoxillik dəyişikliklərindən də bunu görmək mümkündür (cədvəl 3.7).

Cədvəl 3.7

Təngərüçay hövzəsi suayırıcı ekoloji rayonu torpaqlarının münbitlik

göstəricilərinin monitorinqi ( Məmmədova S.Z [ 5 ] )

Münbitlik göstəriciləri



Dağ sarı

Podzollu-sarı




1953- 1997-

1956 2005 fərq



1953- 1997-

1956 2005 fərq



1

2 3 4

5 6 7

Humusun miqdarı, %

4,80 2,10 -2,70

3,06 1,76 -1,27

Humusun ehtiyatı, t/ha

0-20 sm


0-50 sm

0-100 sm



115 65 -50
210 135 -75

307 220 -87



76 44 -32
142 88 -54
261 171 -90

Ümumi azot,%

0,30 0,21 -0,09

0,25 0,15 -0,10

Ümumi fosfor, %

0,22 0,20 -0,02

0,22 0,21 -0,01

Ümumi kalium,%

3,36 3,1 0,26

2,10 1,5 -0,6

Udulmuş əsasların cəmi,

mq-ekv/100 q, torpaqda



37,2 34,3 -2,9

33,9 32,6 -1,3

pH (su)

6,9 7,0 +0,1

7,5 7,7 +0,2

pH (duz)

5,8 6,5 +0,7

7,1 7,9 +0,4

Müşahidə müddətində ( 1953-1956 və 1997 -2005-ci illər) dağ çəmən-bozqır və dağ şabalıdı torpaqların, demək olar ki, bütün münbitlik göstəriciləri əsaslı dəyişikliklərə məruz qalmışdır. Xüsusən də humus göstəriciləri onun miqdarı və ehtiyatı kəskin surətdə azalmışdır. Bu azalma 0-20 və 0-50 sm-lik qatlarda daha çox nəzərə çarpan dərəcədə olmuşdur. Dağ-çəmən bozqır torpaqlarda humus 104,1 t/ ha( 0-20 sm) azalaraq 36,5 t/ ha-ya, dağ şabalıdı torpaqlarda 75,0 t/ ha-dan 38,7 t/ha-ya qədər azalmışdır.Yada salaq ki, son onilliklərdə respublikamızın ekoloji vəziyyəti hədsiz dərəcədə pisləşmişdir və bu proses yenə də davam etməkdədir. Torpaqların qüvvədən düşməsi, münbitliliyin azalması isə az qala qarşısı alınmaz bir bəlaya çevrilmişdir. Lakin torpaq üzərində ekoloji nəzarətin monitorinqin lazımi səviyyədə olmaması baş verən proseslər, onların miqyası və intensivliyi haqqında hələ tam informasiya əldə etməyə imkan vermir. Ekoloji monitorinqin olmaması mühafizə işlərinin həyata keçirilməsinin vacibliyini azaltmır. Bu problemin həlli isə yalnız kompleks şəkildə ,torpaqla bağlı hüquqi, sosial- iqtisadi, mülkiyyət məsələlərinə ekoetik baxımdan yanaşmaqla həll etmək mümkündür.


Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin