Reklam verən (advertisers)-öz əmtəə və xidmətlərini reklam etdirən firma və təşkilatlar;
Reklam agentlikləri (advertising agencies)-reklamverənlərin sifarişi ilə reklam funksiyalarını (reklam araşdırmaları, reklam kampaniyalarının hazırlanması və onların reallaşdırılması, reklam materiallarının hazırlanması və onların yerləşdirilməsi) həyata keçirən müstəqil firmalar;
Kütləvi İnformasiya Vasitələri (media)-reklam elanlarının yerləşdirildiyi bir məkan;
Reklam fəaliyyətinə kömək edən iştirakçılar (suppliers)-araşdırmaçı kampaniyalar, foto və kinostudiyalar, dizayn studiaları, rəssamlar, tipoqrafiyaçılar- reklam verənlərə və reklam agentliklərinə reklam hazırlanmasında kömək edənlər;
Gəlin reklam prosesində iştirak edən iki iştirakçı tipinə nəzər yetirək: reklamverənlər və reklam agentlikləri.onların əsas funksiyaların analiz edək.
Reklamverənlərin reklam xidmətinin təşkili -strukturunda bir-birinə oxşayan reklamverən-firmalar mövcud deyil. Həmdə eyni zamanda rekalmverən firmalar öz reklam xidmətlərini aşağıdakı təşkilati funksiyaların koməkliyi ilə yerinə yetirməyi təmin etməlidirlər.:
İki eyni tam bir-birinə oxşayan firma olmadığı kimi, reklam fəaliyyətinin təşkilati reklam xidmətləri işçilərinə rəhbərlik edən adminstrasiya;
Firmanın reklam fəaliyyətinin planlaşdırılması;
Reklamverənlərin digər xidmətlər fəaliyyətinin (istehsal, satış və maliyyə) koordinasiya edilməsi;
Reklam büdcəsinin rəhbərlik və maliyyə xidmətlərinin yüksək səviyyədə işlənib hazırlanması;
Reklam funksiyalarının (yaradıcı, istehsal, mediaplan, reklam resurslarının alınması və s.) icrə edilməsi;
Reklam fəaliyyətinin informasiya ilə təmin edilməsini.(Eyni zamanda ikinci növ informasiyanın analizi və hazırlanması, məlumat bazasının formalaşması, sadə marketinq araşdırmalarının aparılması.)
Firmanın effektli olmasına nəzarət etmək;
Qeyd etdiyimiz bu funksiyaları qısa şəkildə xarakteristikasını verək. Burada adminstrasiyanın olması firmanın fəaliyətinin mərkəzləşdirilmiş şəkildə təşkil olunmasına və ona nəzarət etməyə imkan verir.