Şəkil 3. Marketinq xidmətlərinin funksional təşkili sxemi.
Funksional təşkilatların üstünlüyü marketinq xidməti bölmələrinin funksiyalarının sadə və dəqiq yolla müəyyən edilməsidir. Marketinq xidmətlərinin regional və bazar orientasiyası müəyyən coğrafi bazarda menecer reklamın satış xidməti menecerinə tabedir. Reklam xidmətlərinin daxili strukturu həmçinin çox şaxəli ola bilər. Nəhəng firmalarda ixtisaslaşmış reklam şöbələri yaradılır.
Şəkil 4. Reklamverən kampaniyanın kifayət qədər böyük reklam şöbəsi.
Sxemdən göründüyü kimi reklam şöbəsi bütün reklam funksiyalarını- reklam araşdırmalarından reklam fəaliyyətinin planlaşdırılmasına kimi, reklam daşıyıcılarının istehsalı K.İ.V-də reklamın yerləşdırılməsini özündə birləşdirə bilər. Daxili reklam agentliklərinin yaradılması sahibkara bir çox üstünlük verir:
Reklam verən öz xərclərini 15%-ə qədər azalda bilər.
daxili agentlik öz kampaniyasının məhsullarının və bazarının spesifik xüsusiyyətlərini bilir.
Yuxarıda deyilənlərdən belə aydın olur ki, reklam fəaliyyətinin təşkilinin maliyyələşməsi yüksək səviyyədə peşəkarlıqla yerinə yetirmək olar.
Reklam agentlikləri –reklam funksiyalarını: reklam tədqiqatlarının aparılması, reklam fəaliyyəti planının tərtibi, reklam kampaniyalarının tərtib edilməsi və aparılması, reklam daşıyıcılarının istehsalı, reklamın KİV-də yerləşdirilməsi və s. yerinə yetirən ixtisaslaşmış müstəqil firmalardır. Hətta, iri reklam verən firmaların özlərinin güclü reklam xidməti şöbələrinin olmasına baxmayaraq, onlar reklam agentliklərinin köməyi olmadan fəaliyyət göstərə bilməzlər. Bunun aşağıdakı səbəbləri vardır:
Reklam agentlikləri hər gün marketinq situasiyaları ilə qarşılaşırlar. Buna görə də onlar auditoriyanın maraqlarını öyrənmək üçün daha dərindən araşdırmalar aparırlar.
Agentlik müstəqil firma olduğundan reklamverən-firmanın problemlərini obyektiv araşdırır. Bu səbəbdən bu cür problemlərin göstəricisi aşağı düşür.
Reklam agentliklərinə yanaşma, onların reklama sistemli şəkildə yanaşmasına imkan verir və bu da reklamın effektivliyinin qalxmasını təmin edir.
Dünyanın müxtəlif yerlərində yaşayan insanlar müxtəlif düşüncə tərzinə malikdirlər. Buna görə də Amerika reklamını harfi mənada tərcümə edib başqa ölkələrə vermək effektli olmur. Xaricdə işləyən reklam mütəxəsisləri həmin reklama müəyyən dəyişiklik etdikdə effektli alınır.