Planlaşdırma isə qeyd etdiyimiz kimi ən vacib proseslərdən biridir. Bu prosesdə məqsəd və vəzifələrin müəyyən edilməsi, onlara mütəmadi nəzər yetirmək, reklam strategiyalarının hazırlanması, reklam kampaniyasının planı, reklam fəaliyyətinin nəticələrinin analizi və qiymətləndirilməsi baş verir.
Reklam - reklamverənlərin marketinq funksiyasının bir hissəsidir. Buna görə də menecerlər firmanın marketinq xidmətləri çərçivəsində reklam bölmələrinin işini koordinasiya etməyi təmin etməlidirlər. Həmçinin istehsalat, maliyyə, kadr, hüquqi xidmətlər bölmələrini də idarə etməlidirlər.
Firmanın böyük və ya kiçik olmasından asılı olmayaraq firmanın reklam xidməti xarici reklam xidmətlərinin köməyi olmadan firmanın reklam fəaliyyətini təkbaşına təmin edə bilməz. Onun bir qədər vacib məqsədi bunlardır- sistemli yanaşmanın təmin edilməsi, xarici şəriklərin seçilməsi, ixtisaslaşmış reklam agentliyinin yüksak səviyyədə qurulması, onlarla qarşılıqlı əlaqənin qurulması (reklamverən və onun məhsulu haqqında informasiyanın təchizatı, agentliyin öz öhdəliklərini yerinə yetirməsinə nəzarət.)
Reklam menecerləri hamıdan yaxşı bilirlər ki, bu funksiyaların effektli şəkildə həyata keçməsi üçün reklamverən nə qədər vəasit xərcləməlidir. Beləki, onlar reklam proqramları hazırlayır, mütəmadi olaraq reklam agentlikləri ilə əməkdaşlıq edirlər.Bununla əlaqədar olaraq reklam menecerləri reklam büdcəsinin proektini işləyib hazırlamalıdırlar. Onlar bunu ən yüksək rəhbərlik və reklamverənlərin maliyyə xidməti hesab edirlər, hansı ki, büdcə yekun olaraq təsdiq olunur.
Yuxarıda qeyd olunan funksiyalar çox da böyük olmayan firmada bir nəfərə həvalə oluna bilər. Bəzi hallarda isə reklam xidmətlərinin yerinə yetirilməsində yüzlərlə adam çalışa bilər.
Firmanın reklam xidmətlərinin təşkilati strukturu bir çox faktorlardan asılı ola bilər. Bunların ən vacibi bunlardır:
Firmanın həcmi, ehtiyatların yararlılığı, işçilər arasında əmək bölgüsünün aparılması;
Firmanın çalışdığı fəaliyyətsferası.(istehsal, ticarət, çatdırılma və s.)
Bazar seqmentinin spesifik sərhədləri və istehsal olunmuş məhsulun xarakteristikası;
Reklamın marketinq kompleksində yeri və rolu, firmanın marketinq strategiyası;
Birdə ki, yaddan çıxarmaq lazım deyil ki, reklam xidməti firmanın marketinq xidmətinin bir hissəsidir. Buna görə də reklamın firmada yeri bir çox hallarda marketinq xidmətinin təşkili sxemində müəyyən edilir.Adətən marketinqin təşkili müxtəlif tiplərə ayrılır:
Funksional;
Əmtəə;
Regional;
Bazar və ya seqmentləşmiş;
Marketinq xidmətlərinin funksional təşkilində onun struktur bölmələri oxşar marketinq funksiyalarının yerinə yetirilməsi kriteriyaları ilə formalaşır.