57-ci Sual. Cənubi Qafqazda separatizm və ekstremizm regional təhlükəsizliyə təhdid kimi Separatizm (lat. separatisme - "ayrı" deməkdir) termini polietnik dövlətdə milli azlıqların ayrılaraq ayrı dövlət və ya milli dövlət muxtariyyəti yaratması səyləri mənasında işlədilir. Siyasi arenada daha çox işlədilən bu termin dövlətdaxili və dövlətlərarası münaqişələrdə özünü aydın göstərmişdir. Beynəlxalq siyasətdə də bu, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi və dövlət ərazisinin parçalanması anlamına gəlir. Separatçılıq – polietnik və ya federal dövlətdə yaşayan hər hansı bir etnik, yaxud dini qrupun titul xalq və dini qrupla bərabər hüquqa malik dövlət qurmaq istiqamətində apardığı siyasi fəaliyyətdir. Müasir separatizm hər bir xalqın mütləq qaydada müəyyən ərazidə öz dövlətinə malik olmasına əsaslanmış öz müqəddəratını təyinetmə kimi yanlış prinsipə söykənir. Əslində isə belə bir prinsip nə hüquq nəzəriyyəsində, nə beynəlxalq, nə də milli qanunvericilikdə yoxdur. Separatçılığın ideoloqları təbliğ etdikləri hərəkata xalqların öz müqəddəratını təyin etmək hüququ ilə haqq qazandırırlar. Demokratik fəlsəfənin bəhrəsi olan bu haqq hazırda dünyada qəbul olunmuş azadlıq və bərabərlik idealları baxımından mənəvi cəhətdən ilk baxışda heç kəsdə şübhə doğurmamalıdır. Rusiyalı alim Yekatirina Naroçinskayanın fikrincə, “Öz müqəddəratını təyin etməyin azadlıq kimi özünəməxsus paradoksu var. Belə ki, heç nə ilə məhdudlaşdırılmamış azadlıq öz-özünü məhv etdiyi kimi, öz müqəddəratını təyinetmə absolyut kimi qəbul olunarsa, dünyada dövlət adında məfhum olmaz.3 Belə ki, bu təqdirdə xaos və kollapsla nəticələnə biləcək bir-biri ilə konfliktdə olan saysız tələblərin zəncirvarı reaksiyası başlaya bilər. Milli ziddiyyətlərin həll olunma yolu kimi separatizmin fundamental qüsuru bax budur”. Separatçılığı doğuran səbəblər sırasına ilk növbədə ərazi iddiaları aid edilsə də, burada siyasi motivləri də nəzərdən qaçırmaq olmaz.
Ekstremizmi bir başqa formada insanların qorxu və nifrətlərindən istifadə edərək onları birləşdirən və ekspluatasiya edən təşkilatlanmış qüvvə kimi də göstərmək olar. Ekstremizmi dünyada aktual edən formalarından biri də elə millətçi ekstremizmdir. Bu forma millət və xalqlar arasında nifaq toxumları səpmək, düşmənçilik yaratmaqla özünü göstərir. "Öz millətinin" maraqlarını ifadə edərək başqa xalqların hüququ və azdlıqlarını qəbul etmir. Millətçi ekstremizm orqanik olaraq ceperatizmlə (separatisme fransız sözü olub ayrı, ayrıca deməkdir) birbaşa əlaqəlidir. O çoxmillətli dövlətlərin dağılmasını, yerli millətin ali hakimiyyətinin təsdiqinə istiqamətlənir.
Məsələn Rusiyanın hüquq mühafizə orqanlarının məlumatına görə, bu gün Rusiyada 200-dən artıq təşkilat var ki, "Rusiya ruslar üçündür" şuarı altında fəaliyyət göstərir. Elə bir o qədər də təşkilat var ki, dini fundamentalizm ideyalarına xidmət edir. Onların bəziləri terrorist qruplaşmaları kimi də fəaliyyət göstərirlər. Bu yalnız Rusiya üçün göstəricilərdir. Rusiyada ekstremizmin bir forması da özünü göstərir. Hərbi ekstremizm. Beynəlxalq təcrübədə Çeçenistanda baş verən hadisələr terrorizm kimi deyil, məhz hərbi ekstremizm kimi qiymətləndirilir. Amma yenə də beynəlxalq hüquq tərəfindən cinayətkar hərəkətlər kimi tənqid olunur. Fərq problemin həlli yollarında qoyulur. Terrorizm təşkil olunmuş ekstremizm və ya dinc əhaliyə qarşı qeyri legitim zorakılıq hesab edilir. Çeçnistanda isə bu daha çox partizan müharıbəsi, hərbi müqavimət kimi dəyərləndirildiyindən hərbi ekstremizm hesab edilir. Ona görə də həlli konfliktlərin həlli formada həyata keçirilir. Dünya tarixi təcrübəsi göstərir ki, formasından asılı olmayaraq ekstremizm ister faşizm, ister etno-dini radikalizm və ya başqa formalarında fəaliyyətə başlayanda cəmiyyəti mərhələli şəkildə təsir altına düşməyə başlayır. Əvvəlcə kütləvi şüura nəzarət formaları öyrənilir, real və kiçik incikliklər körüklənərək aqresiv hərəkətlərə sövq edilirlər. Elə məhz buna görə də ekstremizmə qarşı əks vasitə kimi cəmiyyətdə ksenefobiya aqresiyasının xəbərdarlıqlarınin aparılması çox böyük əhəmiyyət daşıyır. Bunu bir çox demokratik dövlətlər tətbiq edir. Xüsusilə də o dövlətlər ki, əhalisinin ekstremist təşkilatlarına kütləvi axın dəhşətini öz tarixlərində yaşayıblar (Məsələn, Almaniya).
Problem ondadır ki, cəmiyyət ekstremizmin müxtəlif təzahürlərinə passiv münasibət göztərir, dövlət isə hüquqi və siyasi reaksiyada həmişə gecikir. Əgər ekstremist hərəkatların fəaliyyəti dövlət və cəmiyyət tərəfindən əks təzyiq almırsa bütün ictimai siyasi həyat eroziyaya uğramağa, konstitusyon əsaslar laxlamağa başlayır. Sonunda dünyada ekstremizmin səviyyəsi artır.Təcrübə göstərir ki, ekstremizm, terrorizm, rüşvətxorluq, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri tək hakimiyyətin yuxarıdan fəaliyyəti ilə mübarizə etmək əhəmiyyətsizdir. Cəmiyyətin dəstəyi vacibdir. Məsələn, Amerika öz cəmiyyətində möcüzə yaradaraq bütün irqi problemləri çok kısa müddətə həll etdi. Bununla da irqi ekstremizmin fəaliiyətini sıfıra endirdi. Amerikada rasizm əsrlərlə olub və ölkə elitası tərəfindən tam dəstək alıb. Amma Con Kennedinin ölkədə hakimiyyətə gəlməsi ilə o ölkədə müxtəlif irqlərin hüquqlarının qorunması haqda federal qanun qüvvəyə mindi. Bununla da hər şey dəyişdi və yaxud da başqa cür desək dəyişim prosesi başladı.Bu gün narahat edən məsələlərdən biri də dini ekstremizmdir. Bu ekstremizmdə bir konfessiya (dini cərəyan) daxilində digərinə qarşı aqressivlik, sıxışdırma özünü göstərir. Bəzən bu forma tək dini deyil, məqsədlərlə də yönəldilir. Təcrübə göstərir ki, 80-85 faiz dini ekstremizmin sonu dini terrorizmlə bitir. İslam dövlətlərində bu faiz daha da çoxdur. Xüsusilə də bu təhlükə Orta Asiyanın keçmiş sovet respublikalarına aiddir. Bu respublikalarda dini, yəni islam ekstremizminin inkişafına sosial problemlərin çoxalması, regionlarda avtoritar idarəçiliyin güclənməsi ilə yanaşı dini savadsızlıq da səbəb olur.