38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-ci Sual. Azərbaycanın NATO ilə əməkdaşlığı



Yüklə 209,77 Kb.
səhifə15/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Dünya iqtisadiyyatı

55-ci Sual. Azərbaycanın NATO ilə əməkdaşlığı
Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının əsas tələblərindəndir. Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb.1993-cü ilin fevralında Azərbaycan nümayəndə heyəti Brüsseldə NATO-nun Avropa təhlükəsizliyi problemləri üzrə keçirdiyi konfransda iştirak edib.Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb.Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.
Sonrakı illərdə də Azərbaycan Prezidenti NATO-nun Baş katibi Xavyer Solana ilə görüşüb. 1997-ci ilin fevralında və 1998-ci ilin sentyabrında NATO Baş katibinin Bakıya, 1997-ci ilin iyulunda Azərbaycan Prezidentinin ABŞ-a səfəri dövründə Xavyer Solana və Heydər Əliyev görüşüblər. Bu görüşlərin əsas müzakirə mövzusu Azərbaycan və NATO arasında əməkdaşlığı dərinləşdirmək məsələsi olub.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu SNT çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci il noyabrın 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkə prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb.1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.1999-cu il aprel aynın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə iştirak edib. Bu mötəbər məclisdəki çıxışında Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə xarakterizə edib: "Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Umumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik."1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib.2001-ci ilin yanvarında NATO-nun növbəti Baş katibi Corc Robertson Bakıya səfər edib. Baş katiblə görüşündə Azərbaycan Prezidenti ölkəsinin NATO ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha xatırladıb. Corc Robertson Azərbaycan hərbi bölməsinin Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakına görə Heydər Əliyevə minnətdarlığını bildirib.2002-ci ildə NATO Avro-atlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Zirvə görüşü iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən prezident, onun həllinin bütün dövlətlərin maraqlarına cavab verdiyini bildirib. Elə həmin il Azərbaycan NATO-nun rəhbərliyi altında Əfqanıstanda olan silahlı qüvvələri dəstəkləmək üçün hərbi bölmə göndərib.Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.
Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə etmək olar: Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin