5. Genderin psixoloji əsasları gender psixologiyasi


Gender stereotipləri – qadın və kişilərin həyatda özlərini necə aparmalı olduqlarına dair cəmiyyətdə tərtib edilmiş, ümumiləşmiş təsəvvürlərdir



Yüklə 21,68 Kb.
səhifə2/2
tarix11.04.2023
ölçüsü21,68 Kb.
#96250
1   2
gender psix

Gender stereotipləri – qadın və kişilərin həyatda özlərini necə aparmalı olduqlarına dair cəmiyyətdə tərtib edilmiş, ümumiləşmiş təsəvvürlərdir. Bu termini, qadın və kişidən gözlənilən davranış nümunələri komplektini ifadə edən gender rolu anlayışından fərqləndirmək lazımdır. Tarixən cinsi fərqlərin qadın və kişi şəxsiyyət keyfiyyətlərinin fərqləndirilməsindən üstün hesab olunması əsasında formaldaşmış gender münasibətləri modeli gender stereotiplərin meydana çıxmasına səbəb olmuşdur. Platonun əsərlərində qadınların kişilərdən fərqləndirilməsi aşağıdakı kimi müəyyənləşdirilmişdir: «öz təbiətinə görə həm qadın, həm də kişi istənilən işdə iştirak edə bilər, lakin qadınlar hər cəhətdən kişilərdən daha zəifdirlər». Bir çox müəlliflər kişini təşəbbüskar, qadını icraçı, birincini fəal, ikincini əzabkeş, birincini dinamik, ikincini statik (hərəkətsiz) kimi şərh edirlər.
Aristotelin təsvirlərində güc,aktivlik, hərəkət, həyat kişi təbiətindən törəyir, qadın isə, yalnız passivlik əks etidirir. Hippokrat bu doktrinanı dəstəkləyərək, zəif qadın, güclü kişi mənbələri ayırır. Aristotelin nəzəriyyəsi müasir dövr\ədək yaşadılmışdır. Həmçinin Hegel də hesab edirdi ki, iki cins müxtəlif olmalıdır: biri aktiv, digəri isə passiv. Onun fikrincə passivlik qadınların payına düşür.
İndiki zamanda gender tədqiqatları problematikasının nə yerdə olduğunu aydınlaşdırmaq üçün bizim imkanımız çərçivəsində mövzunun inkişafının əsas konsepsiyalarını tarixi-fəlsəfi istiqamətdə təhlil etmək kifayətdir. Adətən Russo tərbiyə sisteminə qarşı çıxan ilk qadın – feministlərdən biri olan Meri Uolstounkraftın (1759-1797) adını çəkirlər. Lakin, formalaşmış qadın hərəkatı 19-cu əsrin sonu və XX əsrin əvvəllərində, qəti sosial-iqtisadi, siyasi və mənəvi dəyişikliklərin təsiri altında təşəkkül tapmağa başladı. Simona de Bovuarın (1908-1986) «İkinci cins» kitabı qadının maskulik («kişi») cəmiyyətin güclü himayəsindən azad olunmasının fəlsəfə və ideologiyası kimi yaradılmış müasir feminist hərəkatı tarixinin əsasını qoyur.
Maskulin, sonralar patriarxal adlandırılmış cəmiyyət kimi iki cinsin mövcudluğunu de-yure qəbul edirdisə də, de-fakto bəşəriyyətin təkcinsli olması siyasətini yürüdür və qadınları açıb-ağartmadan, gizlində ancaq «inkişaf etməmiş kişi» hesab edir. Feministlər bu rəylə razılaşaraq burada ancaq «kişilərin rasizmini» görür və buna görə də cəmiyyətdə cinslər arasında fərqləri yox etməyə çalışırdılar. İki tarixi fərqi müqayisə etmək belə qənaətə gəlmək üçün kifayətdir ki, ondakı həm təbii, həm də süni qarşıqoymalar aşağıdakı müəyyən qədər yanlışlığa əsaslanır:
Kişi – rasional – mənəvi – ilahi – mədəni …
Qadın – hissi – cismani – günahlı – təbii…
Bu baxımdan görkəmli Azərbaycan mütəfəkkiri N.Tusi övladın tərbiyəsində valideynlərin özüməməxsus vəzifələri olduğunu qeyd edərək yazırdı ki, «Ata hüququ daha çox ruhanidir (mənəvidir), bu səbəbə görə də övlad ata tənbehindən sonra ağıllanır: ana hüququ isə nisbətən cismanidir, bu səbəbə görə də övladlar bunu daha tez hiss edir və analarına daha artıq meyl göstərirlər». Qadınlar doğrudan da daha intiutiv və emosional təfəkkür stilinə malikdirlər, lakin, ola bilsin ki, bəlkə kişilərin rasional, məntiqə təfəkkür stilində çatışmayan şey elə məhz bundan ibarətdir. Cermeyn Qrir (qadın – Xacə, 1974) elə patriarxal cəmiyyət termini daxil edərək, isbatla aydınlaşdırmışdır ki, ümumilikdə qadınların azad olunması – həm də kişilərin azad olunmasıdır. Bu azadlıq isə «Qadın doğulmuş» kitabının müəllifi Andienna Riçin fikrinə görə qadın təfəkkür tərzinin kişi təfəkkür tərzinə inteqrasiyası (yəni birləşməsi) və reallığın dərkinin universal rasional –intuitiv dilinin yaradılması ilə mümkündür.
Qadın və kişi dəyərlərinin sağlam balansı cəmiyyətdə qarşıya çıxan problemlərin həllinə kömək etməlidir. Təəssüf ki, kişi və qadın dəyərlərinin birləşdirilməsi deyərkən feministlər, öz növbəsində, daha bir «məzlum sinfi» - uşaqları unudurlar. Psixoloji tədqiqatlarda isbat olunur ki, 10 yaşına qədər uşaqların qavrama və dərketmə xüsusiyyəti böyüklərin təsəvvürlərindən ciddi fərqlənir və ilk növbədə, qeyri-verbal informasiyanın verbal (dil, söz) informasiya üzərində üstünlüyündə özünü göstərir. Beləliklə, əsil gender tədqiqatları mahiyyət etibarilə ancaq qadının kişi hakimiyyətindən azad olunmasına yönəlmiş konsepsiyalar olmayıb, daha çox dünyagörüşünün bütün bəşər cəmiyyətinin, xüsusilə də öz hüquqlarını qorumaqda imkanları məhdud olan azlıqların hüquq, xüsusiyyət və rəngarəngliyini nəzərə almağa çağıran bir «demokratik» növüdür.
Yüklə 21,68 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin